Məşhur aktyorun bu sözləri ürəkləri dağladı - "Son nəfəsimə qədər..."
Amerikalı aktyor Erik Deyn amiotrofik lateral skleroz (ALS) xəstəliyi ilə mübarizəsində çətin günlər yaşayır.
Musavat.com xəbər verir ki, onun açıqlamaları hər kəsi kədərləndirib.
"Grey’s Anatomy" serialında canlandırdığı "Dr. Mark Sloan" obrazı ilə tanınan Deyn "Emmy 2025" mükafatlandırma mərasimində səhnəyə çıxmalı idi, lakin son anda iştirakını ləğv etmişdi.
Erik Deyn sentyabrın 30-da Vaşinqton hava limanında kameralara tuş gəlib. Aktyor əlil arabasında görüntülənib. Fotoqraflardan biri ona səhhəti barədə danışmasını xahiş etdikdə Deyn çətinliklə yalnız bu sözləri deyə bilib:
"İnancınızı qoruyun, qardaşım".
Erik Deyn daha əvvəlki açıqlamalarında qolunda hərəkət imkanını itirdiyini, gələcəkdə ayaqlarında da eyni problemin yarana biləcəyini bildirmişdi.
Aktyor bir neçə gün əvvəl siyasətçilərlə görüşərək, bu xəstəliklə yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması, maliyyə dəstəyi və ictimai maarifləndirmə ilə bağlı məsələləri müzakirə edib.
Deyn həmin görüşdə emosional açıqlamalar verib:
"Qızlarımın universiteti bitirməsini, evlənməsini, bəlkə də nəvə sahibi olduğumu görmək istəyirəm".
Erik Deyn həmçinin bu ümidverici sözləri dilə gətirib: "Son nəfəsimə qədər mübarizə aparacağam".
Xatırladaq ki, aktyor ilin əvvəlində xəstəliyini ictimaiyyətə açıqlamış və o gündən bəri həyatına ən güclü şəkildə davam etmək üçün mübarizə apardığını söyləmişdi.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAsılılığından qurtulmaq üçün milyonlar xərcləyib
"Friends" serialının ulduzu Metyu Perrinin bacısı Mia Perri Bouik aktyorun ölümündən sonra ilk dəfə müsahibə verib. Axşam.az xəbər verir ki, "Netflix"in aktyor haqqında hazırladığı sənədli filmin treylerində Mia qardaşının asılılıqla mübarizəsindən danışıb. Onun sözlərinə görə, aktyo
03.10.2026 217 Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?
Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey
04.10.2026 265 Cim Kerri üçüncü dəfə gizli evləndi
Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss
01.10.2026 536 Elzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"
"Hər valideynə nəvələri ilə 2-3 il, gəlinlərə də heç olmasa, qayınanası ilə 2 il qalmağı arzu edirəm. Bunların hamısı bir məktəbdir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətçi hazırda gəlinindən ayrı yaşasa da, münasibətlərini
03.10.2026 256 Samir Bağırov bu səbəbdən depressiyaya düşüb
Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər
29.09.2026 503 2 aktrisa saxlanıldı
Amerikalı aktrisalar Syuzan Sarandon və Hanna Aynbinder Nyu-Yorkda keçirilən İsrail əleyhinə aksiyada saxlanılan fəallar arasında olublar. Axşam.az xəbər verir ki, hüquq-mühafizə əməkdaşları hər iki aktrisanın əllərinə plastik qandal taxaraq onları "Sülh üçün Yəhudi Səsi" hərəkatının icazəsi
26.09.2026 266 "Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum"
"Bacanaqlar" serialına başlayanda 25 yaşım var idi, bitəndə isə 36 yaşım olmuşdu. Serialı dayandırmağımızın iki səbəbi var idi. Xalq artistləri bizi tənqid edirdi. Texnikamız zəif idi, istədiyimiz keyfiyyəti ortaya qoya bilmirdik. Bir də yorulmuşdum və serialı bağladım. Türkiyədə filmə çəkilənd
03.10.2026 239 "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser
04.10.2026 294 Rəsmi boşanma 10 il sonra gerçəkləşdi
Hollivud aktyoru Tobi Maquayr və prodüser Cennifer Meyer boşanmalarını rəsmən yekunlaşdırıblar. Axşam.az xəbər verir ki, "People" nəşrinin məlumatına görə, cütlüyün boşanma prosesi ayrıldıqlarını elan etdikdən 10 il sonra başa çatıb. Maquayr və Meyer 2016-cı ildə ayrıldıqlarını açıqlayıblar
03.10.2026 232