Zəfər göydən düşmədi: Azərbaycan Ordusunun qələbə formulu
"44 günlük Vətən müharibəsində qələbə qazanmağımızın həm siyasi, həm də hərbi səbəbləri var. Qələbənin hərbi tərəflərinə nəzər salsaq, Azərbaycan Ordusu həm say, həm də texniki baxımdan üstünlüyə malik idi".
Bunu BiG.AZ-a açıqlamasında hərbi jurnalist Heydər Mirzə bildirib.
O, qeyd edib ki, Azərbaycan 2013-cü ildən etibarən müharibəyə tam surətlə hazırlaşmağa başladı. Bu hazırlıq prosesi təxminən 6-7 il davam etdi. Bu müddətdə Silahlı Qüvvələrimiz yeni növ hərbi birliklər formalaşdıra bildi. Bu, postsovet məkanında tətbiq olunan yeni model ordu idi. Qeyd edək ki, həmin dövrdə Ukrayna-Rusiya müharibəsi hələ başlamamışdı:
"Qələbənin əsas amillərindən biri ordumuzun keyfiyyət üstünlüyü idi. Azərbaycan Silahlı Qüvvələrinin arsenalı genişləndirildi. Artıq ölkəmizdə 20 ildən çoxdur ki, fəaliyyət göstərən hərbi sənaye mövcuddur. Azərbaycan bu gün ən kiçik silahdan tutmuş ən iri hərbi texnikaya qədər bir çoxunu özü istehsal edir. 44 günlük Vətən müharibəsində ordumuzun arsenal ehtiyatı böyük rol oynadı. Müharibə zamanı Azərbaycan tərəfi hər gün on minlərlə mərmi istifadə edirdi. Əgər əvvəlcədən hazırlanan bu arsenal olmasaydı, müharibənin gedişatında ciddi problemlərlə üzləşə bilərdik.
Müharibədə Azərbaycanın müttəfiqləri də mühüm rol oynadı. Türkiyə, Pakistan və İsrail kimi ölkələrlə qurulan əməkdaşlıq bizə həm hərbi, həm də mənəvi üstünlük qazandırdı.
Mən heç vaxt düşməni alçaltmağın tərəfdarı deyiləm. Zabitlərimizlə söhbətlər zamanı məlum olur ki, qarşı tərəf — erməni ordusu da kifayət qədər motivasiyalı idi və öz zəfərinə inanırdı. Onlar düşünmürdülər ki, Azərbaycan müharibəyə başlayarsa, onu sona qədər aparacaq. Çünki 30 il ərzində Azərbaycanın gücünü, potensialını düzgün qiymətləndirməmişdilər.
Zəfər bizə "göydən düşmədi". Düşmən yetərincə hazırlıqlı idi, lakin Azərbaycan Ordusu onu qaçmağa məcbur etdi — o, sadəcə qaçmaq istəmirdi. Bizim əsgər və zabitlər ölümü düşünmürdü, qorxmurdu. Bu, ordumuzun mənəvi-psixoloji üstünlüyündən irəli gəlirdi.
Müharibə zamanı Azərbaycan mediası, xüsusilə hərbi media, Ermənistan mediasından qat-qat üstün performans göstərdi. Bu, çox önəmli faktordur. Çünki qarşı tərəf bizi yalnız cəbhədə deyil, həm də informasiya və psixoloji müstəvidə sınağa çəkdi — və bu sahədə də məğlub oldu.
2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin cəmi 23 saatlıq əməliyyatla ərazi bütövlüyümüzü tam bərpa etməsi, torpaqlarımızı separatçılardan təmizləməsi — informasiya müharibəsində əldə edilən uğurun da nəticəsi idi".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 749 Tarix: 06 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. "Qafqazinfo" -a istinadən xəbə
15:13 234 Azərbaycan regionlararası ticarət əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərind
16:57 188 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi
20:19 119 Antibiotik qəbul edirsinizsə, BUNU yeməyin
Antibiotik müalicəsi zamanı qidalanmaya da diqqət etmək lazım olduğu müəyyənləşib. Yeni araşdırmaya görə, yüksək şəkərli qidalar antibiotiklərin bağırsaq mikrobiomuna təsirini daha da gücləndirə və faydalı bakteriyaların azalmasına səbəb ola bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçıla
15:08 209 Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind
12:58 225 Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto
Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zaman
20:33 126 Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar
"Kənd məktəbi" ifadəsini eşidəndə bəzilərinin ağlına dərhal imkanları məhdud olan məktəb gəlir. Şagird sayı azdır, bəzi resurslar məhduddur, şəhərdəki qədər seçim yoxdur. Bu çətinliklərin bir hissəsi həqiqətən mövcuddur. Lakin kənddə təhsil alan uşağın keyfiyyətli təhsil almaq imkanlarını
16:31 182 Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş
16:04 395 Əmlakın bazar dəyəri ilə satış qiyməti niyə fərqlənir?
"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasını təmin edən peşəkar prosesdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper
16:14 183