Kassada qiymət fərqi ilə insanları aldadırlar - "Bu il 11 sahibkar cərimələndi"

Kassada qiymət fərqi ilə insanları aldadırlar - "Bu il 11 sahibkar cərimələndi"Tez-tez sosial şəbəkələrdə marketlərlə bağlı şikayətlər səslənir. İstehlakçıların qarşılaşdığı problem vitrində başqa, kassada başqa qiymətlə qarşılaşmaqdır. Kassada məhsulun qiyməti 50 qəpik, bir, hətta iki-üç manat artıq hesablanır. Kassirdən soruşduqda isə "vitrindəki qiymət köhnədir", "endirim bitib, etiketi sökməyi unudublar", yaxud "bizim məlumatımız yoxdur", deyilir.

Bəs görəsən, bu hal nə dərəcədə qanunidir? Marketlərin istehlakçını aldatmasına qarşı hansı tədbirlər görülür? İl ərzində neçə sahibkar və ya şirkət cərimələnib?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, istehlakçı məhsul alarkən vitrin və kassa qiymətləri arasında fərqlə qarşılaşdığı halda mağaza rəhbərliyinə müraciət edərək vitrində göstərilən qiymətlə satılmasını tələb etmək hüququna malikdir:

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın tələblərinə əsasən, satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Malın adı, çəkisi və növü qablaşdırmada göstərilərsə, qiymət yarlığında ancaq mal vahidinin dəyəri qeyd olunmalıdır.

Məhsulun satış qiyməti piştaxta və ya vitrinlərdə göstərilən qiymət hesab edildiyindən, istehlakçılarla hesablaşmalar məhz həmin qiymətə uyğun aparılmalıdır. Ödəniş zamanı istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçı hüquqlarının pozulması, yəni malın (xidmətin) hesabına dair istehlakçıların aldadılması kimi qiymətləndirilir.

İstehlakçı məhsul alarkən vitrin və kassa qiymətləri arasında fərqlə qarşılaşdığı halda mağaza rəhbərliyinə müraciət edərək məhsulun vitrində göstərilən qiymətlə satılmasını tələb etmək hüququna malikdir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə məsuliyyət nəzərdə tutulub".

Bildirilib ki, bu il in 9 ayı ərzində 11 sahibkarlıq subyekti barəsində ümumilikdə 22 inzibati xəta haqqında protokol tərtib edilib:

"Müvafiq sahədə nəzarət tədbirləri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən həyata keçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılmışdır. Nəzərdə tutulmuş müddətdə Agentlik yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər daxil olduqda yoxlama apara bilər.

Bu əsasda Agentliyə daxil olan vətəndaş müraciətləri əsasında müvafiq araşdırmalar aparılır və araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericiliyə əsasən zəruri tədbirlər görülür. 2026-cı ilin 9 ayı ərzində istehlakçıların aldadılması halları ilə bağlı Agentliyə ümumilikdə 408 müraciət daxil olub, həmin müraciətlər üzrə aparılmış araşdırmalar nəticəsində əldə edilmiş faktlar və toplanmış sübutlar əsasında 11 sahibkarlıq subyekti barəsində ümumilikdə 22 inzibati xəta haqqında protokol tərtib edilib.

Bildiririk ki, yuxarıda qeyd olunan hallarla bağlı məhsulun alışını, həmçinin vitrində və kassada tətbiq olunan qiymətlər arasında fərqin olmasını təsdiq edən müvafiq sübutlar (kassa çeki, fotoşəkil və s.) Agentliyə təqdim edildiyi təqdirdə, həmin faktlar araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüləcəkdir.

İstehlakçılar malların üzərində göstərilən qiymətdən (o cümlədən endrimli qiymətdən) yüksək qiymətə satılması, habelə hesablaşma zamanı hüquqlarının pozulması halları ilə qarşılaşdıqda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 125   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan-Türkmənistan əməkdaşlığında üç əsas istiqamət - nəqliyyat, enerji və ticarət

"Azərbaycan Prezidentinin Türkmənistana səfəri və Avazada keçirilən 8-ci Məşvərət görüşü bir məsələyə xüsusi diqqət çəkir. Azərbaycan-Türkmənistan münasibətlərində artıq yeni imkanları konkret layihələrə çevirmək mərhələsi başlayır". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyas

16:35 167
.

Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır

"Yayın başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Ama çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyin

12:19 224
.

Deputat: Azərbaycan-Türkmənistan əlaqələri bütün sahələrdə inkişaf edir

Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqul

14:30 174
.

Müdir işə gedəndə üşüyən əməkdaşlarına BMW hədiyyə etdi

Çində restoranlar şəbəkəsinin sahibi Ma Yanli ən yaxşı əməkdaşlarına yeni BMW avtomobilləri hədiyyə edib. xarici mediaya istinadən xəbər verir ki, iş qadını əməkdaşlarının elektrik skuteri ilə işə gedərkən soyuq havada üşüdüklərini görüb. Buna görə də işçilərinə belə bir sürpriz edib. Avtomobil hədiyy

20:15 1
.

Türkmənistan səfəri: İlham Əliyevin Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji siyasəti

"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri sıradan diplomatik səfər çərçivəsinə sığmır. Bu səfər Azərbaycanın son illərdə ardıcıl şəkildə həyata keçirdiyi regional siyasətin növbəti mühüm mərhələsidir. Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-c

14:51 207
.

Kosmosda ilk dəfə insanların rentgen şəkilləri çəkildi

"Fram2" kommersiya missiyası zamanı ilk dəfə kosmosda insanların diaqnostika üçün yararlı rentgen görüntüləri əldə edilib. Təcrübə gələcək Ay və Mars uçuşlarında astronavtların müayinəsi üçün yeni imkanlar açır. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada üç ekipaj üzvü iştirak edib

18:45 120
.

Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı - Video

Dünən Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avtomobil piyada keçidində hərəkət edən qadınla azyaşlı oğlunun üstündən keçib. Bu zama

17:14 720
.

İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQ

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı "çox tezliklə" başa çatacaq. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddi

14:13 216
.

Antibiotik qəbul edirsinizsə, BUNU yeməyin

Antibiotik müalicəsi zamanı qidalanmaya da diqqət etmək lazım olduğu müəyyənləşib. Yeni araşdırmaya görə, yüksək şəkərli qidalar antibiotiklərin bağırsaq mikrobiomuna təsirini daha da gücləndirə və faydalı bakteriyaların azalmasına səbəb ola bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçıla

15:08 199
.