Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır

Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır"Yayın başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Ama çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyinə çevrilən bir məsələ var. Bu da tüstü bacalarının vəziyyətidir".

Bu sözləri BiG.AZ-a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev bildirib. O qeyd edib ki, tüstü bacaları evin tüstüsünü çıxaran sadə bir hissə kimi görünsə də, düzgün işləməyən baca insan həyatı üçün böyük təhlükə yaradır:

"Çünki dəm qazı zəhərlənməsi, yanğın və digər faciələr məhz buradan başlayır. Təəssüf ki, ölkəmizdə hər il qış mövsümündə dəm qazından zəhərlənmə halları baş verir. Bu hadisələrin çoxu ölümlə nəticələnir. Statistikaya görə hər il onlarca insan məhz dəm qazı səbəbindən həyatını itirir. Baş verən hadisələrin də böyük əksəriyyəti bacaların vaxtında təmizlənməməsi və texniki nasazlıq ucbatından baş verir. Bir çox fərdi evlərdə tüstü bacaları illərlə təmizlənmir. Çoxmənzilli binalarda isə tüstü bacalarının və ventilyasiya sistemlərinin təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı İdarələrinin və ya MTK-ların öhdəliyinə düşsə də, çox vaxt bu işlər lazımi qaydada icra olunmur".

Müsahibimizin fikrincə, problemlərin əsas böyüyü bacaların köhnəlməsidir:

"Sovet dövründə tikilmiş binalarda və köhnə fərdi evlərdə illərlə təmizlənməyən tüstü bacaları artıq tamamilə yararsız vəziyyətə düşüb. Çatlar, qopmuş kərpiclər, tutulmuş kanallar - bütün bunlar dəm qazının evə dolmasına səbəb olur. Digər səbəb isə insanların qeyri-peşəkar müdaxiləsidir. Çox vaxt ev sahibləri bacaları özləri açmağa, təmizləməyə çalışırlar. Ama bu təhlükəni aradan qaldırmır, əksinə daha da artırır. Çünki düzgün təmizlənməyən baca zədələnə bilər və qaz evə sızar. Bu işlərin icrası mütləq ixtisaslaşmış təşkilatlar tərəfindən icra olunmalıdır".

Ekspert qeyd edib ki, "Tüstü bacalarını kim təmizləməlidir"? , "İnsanlar hara müraciət etməlidirlər"? bu suallar da çox mühümdür:

"Qanunvericiliyə görə fərdi evlərdə bacaların işlək vəziyyətdə saxlanılması ev sahibinin məsuliyyətidir. Çoxmənzilli binalarda isə mənzil kommunal idarələrinin və MTK-ların öhdəliyinə düşür. Ama real vəziyyətdə insanlar çaşqınlıq içindədirlər, çünki kimə müraciət edəcəklərini bilmirlər. Bu sahədə dövlət səviyyəsində vahid qayda və vahid xidmət sistemi yaradılmalıdır. Bacaların təmizlənməsi yalnız ixtisaslaşmış xidmətlər tərəfindən icra olunmalıdır. Yəni vətəndaş ev sahibidirsə, çoxmənzilli binada yaşayırsa, sadəcə bir xidmətə - dövlətin tanıdığı rəsmi quruma müraciət etməlidir. Həm məsuliyyət dağınıq olmaz bu halda, həm də xidmətin keyfiyyətinə zəmanət verilər. Belə bir sistem yaradılsa, insanlar dəqiq biləcəklər ki, hara müraciət etməlidirlər, dövlət də bacaların vəziyyətinə nəzarəti təmin edə bilər. Bu, ölkədə dəm qazı zəhərlənmələrinin qarşısını almaq üçün əsas addımlardan biridir. Beynəlxalq təcrübədə geniş istifadə olunan dəm qazı detektorlarının rolu barədə də qeyd etmək olar ki, dəm qazı detektoru kiçik, sadə, batareya ilə işləyən, baha olmayan, ama həyati əhəmiyyət kəsb edən bir cihazdır. Qaz evdə toplanmağa başlayanda cihaz səs siqnalı verir. İnsan dərhal anlayır ki, təhlükə var və müvafiq tədbirlər görür".

Orxan Musayev əlavə edib ki, Avropa ölkələrində bu cihazların istifadəsi məcburi xarakter daşıyır:

"Məsələn, Böyük Britaniyada, Almaniyada, Skandinaviya ölkələrində qaz cihazı quraşdırılan hər evdə detektor da quraşdırılır. Orada bu, qanuni tələbdir. Bu qaydalar illərin acı təcrübəsindən sonra qəbul olunub və minlərlə insanın həyatını xilas edib. Təəssüf ki, bizdə bu hələ geniş yayılmayıb. Halbuki hər bir evdə qaz detektoru olsa, dəm qazı faciələrinin böyük hissəsinin qarşısı alınar.  Bacaların təmizliyi və təhlükəsizliyi sadəcə texniki məsələ deyil, bu, həyat və ölüm məsələsidir. Hər il ölkəmizdə baş verən dəm qazı faciələrinin qarşısını almaq mümkündür. Bunun üçün sadəcə hər birimiz məsuliyyətli olmalı, bacaların təmizlənməsinə və müvafiq təhlükəsizlik tədbirlərinin vaxtında, fasiləsiz yerinə yetirilməsinə diqqət yetirməliyik".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 120   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı

ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da

07.10.2026 343
.

Türkmənbaşıda sənədlər imzalandı

Bu gün Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezident

12:39 69
.

Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu

Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Amansızlıqla qətl

10:14 259
.

Tokayev Böyük Britaniyanın baş nazirini Qazaxıstana səfərə dəvət edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Böyük Britaniyanın Baş naziri Endi Börnhemi ölkəyə səfərə dəvət edib. "Report" 24 KZ-yə istinadən xəbər verir ki, bu barədə Tokayev Astanada Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Anas Sarvarla görüşü zamanı bildirib. Tokayev və Sarvar iki ölk

07.10.2026 240
.

"Bu, siyasi dialoqumuzun intensivliyini əks etdirir" - Yenilənib

"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir". "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfəri

11:53 105
.

Bizi daha xoşbəxt edəcək dost tipi AÇIQLANDI

Son vaxtlar insanlar əvvəlcədən uzun-uzadı razılaşmalar tələb etməyən, daha sadə və sərbəst dostluqlar üçün darıxdıqlarını daha çox etiraf edirlər. Söhbət yaxın insanın qəfil bir fincan çay içməyə gəlməsindən, qəhvə içməyi təklif etməsindən və ya hər dəqiqəni söhbətlə doldurmağa çalışmadan sadəcə bi

07.10.2026 317
.

Nigar Fərhadın həyat yoldaşı başqa təcridxanaya köçürüldü

"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasında bel

11:40 133
.

Sevgiləri kimi serialları da bitdi

"Mercan köşk" serialının aqibəti bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 7-ci bölümdə final edərək izləyiciləri ilə vidalaşacaq. Xatırladaq ki, layihənin baş rollarını Kubilay Aka, Hafsanur Sancaktutan və Bertan Asllaninin canlandırır. Bundan əvvəl "A.B.İ." və "Aşk v

07.10.2026 387
.

Azərbaycanda uşaqlı ailələrə güzəştlər tətbiq oluna bilər: ev, təhsil, iş…

Dünyanın müxtəlif ölkələrində uşağın doğulması ilə bağlı ailələrə yalnız birdəfəlik ödəniş deyil, uzunmüddətli maliyyə dəstəyi də göstərilir. Bu vəsait uşağın böyüdülməsi, təhsili, mənzil təminatı və gələcəyi ilə bağlı xərclərin qarşılanmasına yönəldilir. Belə mexanizmlər ailələrin üzərinə düşən maliyy

11:24 157
.