"Minlərlə ailə illərdir gözü yolda qalıb" - Zahid Orucdan Ermənistana TƏLƏB

"Minlərlə ailə illərdir gözü yolda qalıb" - Zahid Orucdan Ermənistana TƏLƏBErmənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır.

Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında Milli Məclisin üzvü Zahid Oruc bildirib ki, əsir və itkin düşmüş şəxslərlə bağlı Komissiyanın, Dövlət Təhlükəsizliyi Xidmətinin və bilavasitə cənab Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən beynəlxalq tədbirlər İkinci Qarabağ müharibəsindən sonra dövlətimizin siyasətində yeni bir mərhələyə keçidin ifadəsidir:

"Minlərlə ailə illərdir gözü yolda qalıb" - Zahid Orucdan Ermənistana TƏLƏB"1990-cı illərdə dövlətimizin hələ möhkəmlənmədiyi və savaşın qeyri-nizami dəstələr vasitəsilə aparıldığı zamanlarda itkin düşmüş şəxslərlə bağlı müraciətlər əsasən Ulu öndər Heydər Əliyevə - Naxçıvan Ali Məclisinin sədri kimi məhz ona edilirdi. Həmin dövrün məlumatlarına baxdıqda görmək olar ki, nə qədər insan əgər əsirdirlərsə və sağdırlarsa ailələrinə qaytarılıb, eləcə də qətlə yetirildikləri hallarda cəsədləri Azərbaycana təhvil verilib. Ondan sonrakı dövrdə bu iş mühüm dövlət siyasəti kimi müvafiq komissiyanın fəaliyyəti ilə davam etdirildi. Lakin son dövrdə torpaqlarımızın azad olunması Birinci Qarabağ müharibəsinin baş verdiyi məkanlarda genişmiqyaslı axtarış tədbirlərinin həyata keçirilməsinə imkan yaratdı. İkinci Qarabağ müharibəsi 1990-cı illər savaşının nəticələrini yenilədi. Ekskumasiya və DNT analizlərindən sonra şəxsiyyəti müəyyənləşən 300-dən artıq itkin düşmüş şəxsin nəşləri təkrarən torpağa tapşırıldı. Vətən müharibəsi 4000-dən artıq insanın həyatı və ailəsi üçün mühüm dəyişikliklər yaratdı".

Deputat qeyd edib ki, bu gün keçirilən konfransda müxtəlif xarici ölkələrin dövlət və hökumət nümayəndələri, keçmiş rəhbər şəxslər, vətəndaş cəmiyyəti institutları və media təmsilçiləri fəal iştirak edirdilər:

"Bu, Azərbaycanın beynəlxalq müstəvidə bu məsələyə dair ciddi mövqe formalaşdırdığını göstərir. Ermənistana son 5-6 il ərzində davamlı təzyiqlər yönəldildikdən sonra, nihayət ki, BMT Baş Assambleyasının 81-ci sessiyasında Nikol Paşinyan Azərbaycanla bu məsələdə əməkdaşlıq edəcəklərini dilə gətirdi. Bu, Bakının prinsipial, beynəlxalq hüquqa və Cenevrə konvensiyasına söykənən təsirinin nəticəsidir. Minlərlə ailə illərdir gözü yolda qalıb. Onlar üçün yaxınlarının nəşlərinin tapılması belə, naməlumluqdan qat-qat yaxşıdır.
Hazırkı dövrdə etimad körpüsünün yaradılması istiqamətində addımlar atıla bilər. Biz Bakı və İrəvan arasında müvafiq komissiyaların iştirakı ilə qaynar xətlərin qurulmasını arzulayırıq. Çünki kütləvi məzarlıqların yerini bilənlərdə məsuliyyət və qorxu hissi ola bilər, bu baxımdan anonim qaynar xətlərin qurulması birgə əməkdaşlığa imkan verər. Bu mövzu sırf humanitar məsələdir və siyasiləşdirilməməlidir".

Müsahibimiz əlavə edib ki, Azərbaycan təmsilçiləri bu yaxınlarda BMT-də 70-dən artıq uşağın taleyi ilə bağlı çağırış ediblər:

"Əgər onlar haradasa sağdırlarsa, artıq 30-dan çox yaşları var. Bu gün dünya şöhrətli fotoqraf Reza Deqati də itkin düşmüş şəxslərə həsr etdiyi kitabın təqdimatını etdi. 30 ildən sonra torpağın altından çıxan körpə geyimləri və ayaqqabıları bu faciənin dəhşətini göstərir. Əvvəlki dövrlərdə Azərbaycan bu məsələni daha kəskin qoyurdu ki, hərbi cinayətkarlar cəzalanmalıdır. Natiq Qasımovla bağlı səhnələr, Vitali Balasanyan daxil olmaqla bir çox erməni hərbçisinin vandallığı buna sübutdur. Müqayisə etsək, İkinci Qarabağ müharibəsində cəmi 6 nəfər itkin düşmüş şəxs var. Rəqəmləri müqayisə etdikdə ordumuzun gücü, Ali Baş Komandanın hər bir əsgərin həyatına verdiyi dəyər aydın görünür. Məsələn, Şuşa zirvəsində əsir düşən əsgərimiz operativ şəkildə dəyişdirilmişdi. Azərbaycan dövləti bu məsələni bundan sonra da gündəmdə saxlayacaq və sülh dövrünün ən mühüm şərti Ermənistanın bu istiqamətdə atacağı adımlar olacaq".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 270   Tarix: 07 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Psixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib

Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y

16:49 86
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

16:32 160
.

Məhkəmə qərarından narazı qalanlar bunu bilməlidir

"Məhkəmədə iddia qaldırmış şəxs məhkəmənin qəbul etdiyi qərar, qərardad, qətnamə və digər məhkəmə aktları ilə razılaşmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin məhkəmə aktından yuxarı məhkəmə instansiyasına şikayət verə bilər. Bu, şəxsin öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçü

14:54 155
.

"Bağça uşaq saxlamaq yeri deyil" - Ekspert SƏRT TƏNQİD ETDİ

Azərbaycanda məktəbəqədər təhsilə maraq və bu sahədə fəaliyyət göstərən müəssisələrin sayı son illərdə artmaqdadır. Dövlət bağçaları ilə yanaşı, özəl məktəbəqədər təhsil müəssisələri də uşaqların erkən yaş dövründə təhsil və sosial bacarıqlar qazanmasına imkan yaradır. Uşağın şəxsiyyət kimi formalaşmağ

13:58 192
.

Azər Aydəmirə yeni vəzifə verildi

Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi

12:54 227
.

"Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb. Axşam.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyə

12:37 224
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

16:23 142
.

Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

15:51 142
.

"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?

"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"

14:39 163
.