Mal-qaranı 36 manata sığortalamaq olar - fermerlərə MÜJDƏ

Mal-qaranı 36 manata sığortalamaq olar - fermerlərə MÜJDƏQarşıdan gələn qış mövsümü təkcə əkin sahələri üçün deyil, heyvandarlıq təsərrüfatları üçün də yüksək risk dövrüdür. Soyuq havalarda təsərrüfatı qızdırmaq üçün istifadə olunan qızdırıcılar bəzi hallarda yanğına və heyvanların tələf olmasına səbəb olur. Digər tərəfdən, qışda yem tapmaq çətinləşdiyindən təsərrüfatlara vəhşi heyvanların hücumları qat-qat artır və bu da fermerlərə böyük zərər vurur.

Hər il, xüsusilə qış mövsümündə təsərrüfatlarda onlarla yanğın və vəhşi heyvan hücumları qeydə alınır. Fermerlər belə hallardan mal-qaranı sığortalamaqla qoruna bilərlər. 
Mal-qara saxlayan fermerlər öz təsərrüfatlarındakı iribuynuzlu heyvanları Aqrar Sığorta Fondunda sərfəli şərtlərlə sığortalaya bilərlər. Dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində inək və camışlarla yanaşı, qoyun və keçilərin də sığortalanması mümkündür. Bu zaman sığorta haqqının yarısını fermerin yerinə dövlət ödəyir. 
Azərbaycanda ən çox iribuynuzlu heyvan olan rayonlardan biri Bərdədir. Bu rayonda ümumilikdə 110 min başlan artıq iribuynuzlu heyvan saxlanılır. Yuxarıda göstərilən şərtləri nəzərə alanda, məsələn, Bərdə rayonunda qiyməti 1500 manat olan 1 baş iribuynuzlu heyvanın 1 il müddətinə sığortalanması fermer üçün 36 manata başa gəlir. Sığortanın ümumi haqqı 72 manat təşkil edir. Dövlət tərəfindən sığorta haqqının 50 faizi ödənildiyindən fermerin ödəyəcəyi məbləğ 36 manat təşkil edir.
Aqrar sığorta çərçivəsində iribuynuzlu heyvanlar təbii fəlakətlər, yoluxucu xəstəliklər, ot və yemdən zəhərlənmə, ilan və həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalana bilər.


Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında sığorta eksperti Vüsal Bədəlov bildirib ki, artıq bir neçə ildir ki, fermerlər, kənd təsərrüfatı ilə məşğul olan kəndlilər və sahibkarlar aqrar sığorta məhsullarından geniş istifadə etməyə başlayıblar:

Mal-qaranı 36 manata sığortalamaq olar - fermerlərə MÜJDƏ"İribuynuzlu heyvanların aqrar sığortası fermerlər üçün kifayət qədər əlverişli və əlçatan mexanizmdir. Heyvanları xəstəliklərdən, zəhərlənmədən, təbii fəlakətdən, yanğından, vəhşi heyvanların hücumundan və digər risklərdən qoruyur. Hətta burada heyvanların donvurması və ya yemədən zəhərlənməsi kimi risklər də daxildir. Bu kimi hallardan sığortalayır. 
Ən mühüm üstünlüyü isə burada dövlət dəstəyinin olmasıdır. Fermerlərə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara dövlət tərəfindən subsiddiyalar verilir. Əlavə olaraq da sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir".

Müsahibimiz qeyd edib ki, artıq fermerlər bu mexanizmdən bir neçə ildir ki, istifadə edirlər:

"Statistikaya baxsaq, 2024-cü ildə 3 276 heyvan sığortalanmışdı. 2025-ci ildə isə bu rəqəm 6 935-ə yüksəlib. Bu da il ərzində sığortalanmanın sayında 2,1 dəfə artım deməkdir. Bu da göstərir ki, fermerlər artıq gün keçdikcə aqrar sığortaya həm inamları artır, həm dövlət subsidiyasından istifadə edirlər və bu da birbaşa sığortalanma prosesinin artımına gətirib çıxarır. Ümumiyyətlə, bu məhsul həm əlçatan, həm əlverişlidir. Aqrar Sığorta Fonduna müraciət etməklə kənd təsərrüfatı ilə məşğul olan həm sahibkarlar, həm kəndlilər öz əkin sahələrini və heyvanlarını gələcək risklərdən sığortalaya bilərlər".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 107   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimali Koreya Cənubi Koreyanın tibbi yardım təklifini rədd etdi

Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo-jong Cənubi Koreyanın Pxenyana tibbi avadanlıq bağışlamaq planını təxribat və təhqir kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Kim Yo-jong açıqlamasında bildirib ki, bu təşəbbüs "dövlətimiz

10:58 142
.

Si Cinpinin istirahəti üçün sammitin proqramı dəyişdirilib

Çin rəsmiləri ABŞ-dakı həmkarlarından Çin Prezidenti Si Cinpinin ABŞ-a səfəri zamanı istirahəti üçün xüsusi şərait yaradılmasını istəyiblər. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, Si Cinpinin qeyri-adi uzun istirahə

10:37 123
.

30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı

ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da

07.10.2026 343
.

Ət qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər

"Heyvanların daxili orqanlarının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Məsələn, bir tikə qaraciyər qida dəyəri baxımından zəngin məhsullardan hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini il

07.10.2026 573
.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

07.10.2026 304
.

İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gedib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Türkmənistanın baş nazirini

10:10 141
.

İran ordusu: Bölgədə vura biləcəyimiz yeni hədəflər siyahısı hazırlamışıq

"İran ordusu mütəmadi olaraq regionda qabaqlayıcı zərbələrə məruz qala biləcək potensial düşmən hədəflər siyahısına düzəlişlər və dəqiqləşdirmələr edir". Teleqraf xəbər verir ki, bu barədə "Al Mayadeen"ə İran Silahlı Qüvvələrindən bildirilib. "İran ordusu düşmən hədəflərlə bağl

07.10.2026 300
.

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlə

07.10.2026 651
.

Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür

Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" platforması Gürcüstana səfər edənlərə sərhəd tələblərinə uyğun səyahət sığortasını tam onlayn formada təqdim edir. İstifadəçilər sığort

07.10.2026 260
.