Azərbaycan-Türkmənistan əməkdaşlığında üç əsas istiqamət - nəqliyyat, enerji və ticarət

Azərbaycan-Türkmənistan əməkdaşlığında üç əsas istiqamət - nəqliyyat, enerji və ticarət"Azərbaycan Prezidentinin Türkmənistana səfəri və Avazada keçirilən 8-ci Məşvərət görüşü bir məsələyə xüsusi diqqət çəkir. Azərbaycan-Türkmənistan münasibətlərində artıq yeni imkanları konkret layihələrə çevirmək mərhələsi başlayır".

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, bu istiqamətdə üç əsas sahə ön plana çıxır: nəqliyyat, enerji və ticarət.

"Nəqliyyat sahəsində Azərbaycan Orta Dəhlizin mühüm halqası, Türkmənistan isə Mərkəzi Asiyanın Xəzər sahilində yerləşən əsas nəqliyyat qovşaqlarından biridir. Deməli, iki ölkənin liman və logistika imkanlarının əlaqələndirilməsi Mərkəzi Asiya ilə Avropa arasında daha səmərəli bağlantının yaradılmasına imkan verə bilər. Burada məqsəd yalnız tranzit yükün həcmini artırmaq deyil, eyni zamanda daşınmanı sürətləndirmək, gömrük prosedurlarını rəqəmsallaşdırmaq və logistika xərclərini azaltmaqdır.
Azərbaycan-Türkmənistan əməkdaşlığında üç əsas istiqamət - nəqliyyat, enerji və ticarətEnerji sahəsində də böyük potensial mövcuddur. Azərbaycan və Türkmənistanın enerji imkanlarının uzlaşdırılması həm ikitərəfli əməkdaşlıq, həm də regional enerji təhlükəsizliyi baxımından yeni imkanlar yarada bilər. Burada əsas məsələ yalnız enerji resurslarının deyil, onların nəqli və tranziti üçün mövcud infrastrukturun da effektiv şəkildə əlaqələndirilməsidir.

Digər mühüm istiqamət ticarətdir. İki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədirsə, bu dinamika qarşılıqlı ticarət əlaqələrində də öz əksini tapmalıdır. Birgə müəssisələrin yaradılması, investisiya layihələrinin həyata keçirilməsi, biznes forumlarının keçirilməsi və yeni məhsul bazarlarının formalaşdırılması bu istiqamətdə mövcud imkanları daha da genişləndirə bilər.

Məncə, Avaza görüşünün əsas mesajlarından biri də budur ki, Azərbaycan artıq Mərkəzi Asiyaya yalnız tərəfdaş kimi deyil, regionlararası bağlantıların fəal iştirakçısı kimi daxil olur.

İndi qarşıda duran vəzifə çox konkretdir: qəbul edilən siyasi qərarları real yük marşrutlarına, enerji layihələrinə, investisiyalara və yeni ticarət imkanlarına çevirmək lazımdır.

Çünki strateji tərəfdaşlığın əsl nəticəsi sənədlərin sayında deyil, yaradılan yeni nəqliyyat marşrutlarında, artan ticarət dövriyyəsində, reallaşan investisiyalarda və Xəzərin iki sahilini birləşdirən iqtisadi layihələrdə özünü göstərir", - deyə B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 93   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran XİN: ABŞ-nin müharibədə itkiləri açıqlanandan daha çoxdur

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ hərbçiləri arasında faktiki ölüm sayının və ABŞ-ın hərbi aktivlərinə dəyən zərərin rəsmi açıqlanan rəqəmlərdən "daha çox" olduğunu bildirib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əraqçi "X" hesabında yazıb ki, may ayında ABŞ Konqresini

11:45 159
.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi yeni imkanlar yaradacaq

Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Bu barədə oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə rəsmi elan edilib. Beləliklə, 2027-ci ildə Azərbayca

16:49 74
.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş

16:04 216
.

Azərbaycan regionlararası ticarət əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərind

16:57 65
.

Azərbaycanda uşaqlı ailələrə güzəştlər tətbiq oluna bilər: ev, təhsil, iş…

Dünyanın müxtəlif ölkələrində uşağın doğulması ilə bağlı ailələrə yalnız birdəfəlik ödəniş deyil, uzunmüddətli maliyyə dəstəyi də göstərilir. Bu vəsait uşağın böyüdülməsi, təhsili, mənzil təminatı və gələcəyi ilə bağlı xərclərin qarşılanmasına yönəldilir. Belə mexanizmlər ailələrin üzərinə düşən maliyy

11:24 224
.

Si Cinpinin istirahəti üçün sammitin proqramı dəyişdirilib

Çin rəsmiləri ABŞ-dakı həmkarlarından Çin Prezidenti Si Cinpinin ABŞ-a səfəri zamanı istirahəti üçün xüsusi şərait yaradılmasını istəyiblər. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, Si Cinpinin qeyri-adi uzun istirahə

10:37 155
.

Vanilin gizli faydası üzə çıxdı: Yaraların sağalmasına kömək edir

Vanilin yalnız qidalara xoş ətir və dad verən maddə deyil. Alimlər onun xroniki və gec sağalan yaraların müalicəsində istifadə oluna biləcək xüsusiyyətlərə malik olduğunu müəyyənləşdiriblər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Avstraliyanın Flinders Universitetinin Biomedical Nanoengineerin

11:57 199
.

"Bu, siyasi dialoqumuzun intensivliyini əks etdirir" - Yenilənib

"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir". "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfəri

11:53 163
.

Əliyevi "Avaza" Kompleksində qarşıladı - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gəlib. "Qafqazinfo" xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədo

11:05 164
.