Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaşdır

Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaşdırTürkmənistan bizim qardaş ölkəmizdir, türk dövlətidir. Üstəlik, Oğuz türk dövlətidir. Yəni biz eyni dil ailəsindən gəlirik. Əlavə olaraq, bütün tarix boyu, tarixin ən qədim çağlarında belə, türkmənlərlə biz eyni olmuşuq.
Azərbaycan dövləti Türkmənistanla münasibətlərə çox önəm verir. Türkmənistan neytral dövlətdir və Azərbaycan onun bu neytrallıq seçiminə hörmətlə yanaşır. Bilirsiniz ki, Azərbaycan başqa dövlətlərin müstəqil və suveren seçimlərinə həmişə hörmətlə yanaşıb.
Aramızdakı münasibətlərdə heç bir soyuqluq və gərginlik yoxdur. Münasibətlərimiz dostluq münasibətləridir. Ümumiyyətlə, hər iki dövlət və hər iki ölkənin xalqları bir-birinə çox hörmətlə yanaşır. Aramızda doğmalıq və yaxınlıq var. Münasibətlərimiz haqqında mənfi hər hansı bir işarə yoxdur.
Azərbaycan-Türkmənistan münasibətləri baxımından da, Türkiyə ilə bağlı dediyimiz kimi, Türkmənistanla bağlı da eyni fikri söyləyə bilərik: bir millət, iki dövlətik.
Artıq Azərbaycan təkcə Avropa qitəsi üçün deyil, həmçinin Mərkəzi Asiya ölkələri üçün də olduqca mühüm tərəfdaş statusuna sahibdir. Əgər əvvələr ölkəmizlə Asiya ölkələri arasında əlaqələr sadəcə müəyyən əməkdaşlıqdan ibarət idisə, hazırda Azərbaycan bu ölkələrlə mühüm iqtisadi layihələr, infrastruktur planlar üzərində iş aparır. Qazaxıstan və Özbəkistanda son bir neçə ay ərzində Azərbaycanın reallaşdırdığı nəhəng layihələr dediklərimizi tamamilə təsdiq edir.
Azərbaycan Prezidentinin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü zamanı səsləndirdiyi fikirlər, xüsusilə burada imzalanmış sənədlər gələcək tərəfdaşlıq üçün vacib əhəmiyyət daşıyır. SİTAT: "Əvvələr Türkmənistanla əlaqələrimiz qarşılıqlı nəzakət və müəyyən məsələlər barədə görüşlər o yana keçmirdi. Son bir neçə il ərzində Azərbaycan Prezidentinin bu ölkə ilə böyük əməkdaşlığa hesablanmış tərəfdaşlıq siyasəti artıq Azərbaycanla Türkmənistanı vacib tərəfdaşlara çevirib. İndi rəsmi Aşqabadla Bakını mühüm regional tərəfdaşlıq əlaqələri, xüsusilə hər iki ölkənin maraqlarına cavab verən enerji siyasəti birləşdirir. Həmçinin Xəzər dənizi və Orta Dəhliz iki ölkənin tranzit potensialını birləşdirən əsas həlqəyə çevrilib. Tam əminliklə demək olar ki, hazırda Azərbaycan Mərkəzi Asiya bölgəsində əsaslı siyasi və iqtisadi təsir imkanlarına sahib dövlətdir. Bu, olduqca mühüm faktdır.

Türkan Cümşüdova - YAP üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 116   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik" - Yenilənib

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. "Bu gün ölkəmizdə Mərkəzi Asiy

12:23 148
.

"Bu, siyasi dialoqumuzun intensivliyini əks etdirir" - Yenilənib

"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir". "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfəri

11:53 163
.

Amerikalı xokkeyçi: "Bütün gün bundan başqa heç nə yeyə bilməzdim"

Rusiyanın Nijni Novqorod şəhərinin "Torpedo" komandasında çıxış edən amerikalı xokkeyçi Mayk Vekkione Rusiya və ABŞ mətbəxlərini müqayisə edib. xəbər verir ki, onun sözlərini "Çempionat" qəzeti sitat gətirib. Hücumçu agentinin bir dəfə onu rus mətbəxinin kulinariya turuna apardığın

10:45 163
.

Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır

"Yayın başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Ama çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyin

12:19 212
.

İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gedib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Türkmənistanın baş nazirini

10:10 164
.

Cəbrayılda 26 yaşlı çoban minaya düşdü

Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində mina partlayışı olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. Bildirilib ki, 200-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmi

17:08 56
.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi yeni imkanlar yaradacaq

Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Bu barədə oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə rəsmi elan edilib. Beləliklə, 2027-ci ildə Azərbayca

16:49 74
.

Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün şərtlər irəli sürdü

Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün yeni plan təqdim edib. Üç bənddən ibarət təklif Kiyev tərəfindən əvvəlki təşəbbüslərlə müqayisədə daha əhatəli hesab olunub. xəbər verir ki, planın birinci bəndinə əsasən, tərəflər enerji və digər mühüm infrastruktura hücumları dayandırmalıdır. İkinc

10:48 162
.

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir - Fotolar

Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib

11:13 170
.