Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi yeni imkanlar yaradacaq

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi yeni imkanlar yaradacaqAzərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Bu barədə oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə rəsmi elan edilib. Beləliklə, 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə ilk dəfə sədrlik edəcək.
Azərbaycan indiyə qədər hansı beynəlxalq səviyyəli, çoxtərəfli formatlara sədrlik edibsə böyük faydalar verib. Bunu təsdiqləyən çoxlu sayda faktlar sadalamaq olar. İndi isə Azərbaycanın sözügedən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı və qarşıdakı ildə sədrliyinin təmin edilməsi həm bu platforma üçün, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıyacaq. Bu hadisə ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin institusional səviyyədə yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın bir hissəsi olmasa da, Xəzər dənizi vasitəsilə regionla sıx bağlıdır. Tarixi-mədəni əlaqələr, enerji resursları, ticarət və nəqliyyat marşrutları Bakı ilə Mərkəzi Asiya paytaxtları arasında qarşılıqlı əlaqələrin daha da genişlənməsinə əlverişli şərait yaradır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır, bərpaolunan enerji sahəsində də əməkdaşlıq ardıcıl şəkildə genişləndirilir, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın geosiyasi əhəmiyyəti yalnız energetika və nəqliyyat sahələrində birgə layihələrlə məhdudlaşmır. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakı və sədrliyinin ən əhəmiyyətli istiqamətlərindən biri siyasi dialoqun genişləndirilməsidir. Dövlət başçıları səviyyəsində mütəmadi əlaqələr Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında mövcud əməkdaşlığın daha sistemli xarakter almasına mühüm töhfə verir. Belə bir format həm ikitərəfli münasibətlərin, həm də çoxtərəfli təşəbbüslərin əlaqələndirilməsi üçün əlavə imkanlar yaradır və yaradacaq.
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında nəqliyyat və logistika sahəsində sıx əməkdaşlıq var və əməkdaşlıq daha da genişlənəcək. Xəzər dənizinin qərb sahilində yerləşməsi və Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrində mühüm mövqeyə malik olması səbəbindən Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsində əhəmiyyətli tərəfdaşdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu infrastrukturu və Şərq-Qərb nəqliyyat əlaqələri Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında tranzit və logistika əməkdaşlığında mühüm həlqəyə çevirir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı və sədrliyi bu istiqamətdə regional layihələrin müzakirəsini və əlaqələndirilməsini daha geniş institusional çərçivəyə gətirəcək, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca infrastrukturun əlaqələndirilməsi, logistika prosedurlarının sadələşdirilməsi və yükdaşımaların səmərəliliyinin artırılması ilə bağlı məsələlərin birgə müzakirəsinə imkan verəcək.
Enerji sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan həm enerji istehsalçısı, həm də enerji nəqli infrastrukturlarının inkişafında iştirak edən ölkə kimi Mərkəzi Asiya dövlətləri ilə enerji sahəsində əməkdaşlığını genişləndirə bilər. Xəzər dənizinin enerji ehtiyatlarının Avropa bazarlarına çatdırılması, elektrik enerjisi və yaşıl enerji layihələri üzrə əməkdaşlıq gələcəkdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin yeni istiqamətlərini formalaşdıracaq.
Azərbaycanın Məşvərət Görüşündə iştirakının humanitar və mədəni əlaqələrin inkişafı baxımından da əhəmiyyətli olduğundan danışan A.Hüseynov qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya xalqları arasında ortaq tarixi və mədəni irs, dil yaxınlığı və qədim əlaqələr mövcuddur. Təhsil, elm, mədəniyyət, turizm və gənclər siyasəti sahələrində əməkdaşlığın genişləndirilməsi xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. Digər istiqamətlərdə Azərbaycan Mərkəzi Asiya əməkdaşlığının yeni müstəviyə yüksəlməsinin bütün iştirakı tərəflər üçün yeni imkanlara yol açacağı şübhəsizdir.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 112   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik" - Yenilənib

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. "Bu gün ölkəmizdə Mərkəzi Asiy

12:23 148
.

"Bu, siyasi dialoqumuzun intensivliyini əks etdirir" - Yenilənib

"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir". "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfəri

11:53 163
.

Amerikalı xokkeyçi: "Bütün gün bundan başqa heç nə yeyə bilməzdim"

Rusiyanın Nijni Novqorod şəhərinin "Torpedo" komandasında çıxış edən amerikalı xokkeyçi Mayk Vekkione Rusiya və ABŞ mətbəxlərini müqayisə edib. xəbər verir ki, onun sözlərini "Çempionat" qəzeti sitat gətirib. Hücumçu agentinin bir dəfə onu rus mətbəxinin kulinariya turuna apardığın

10:45 163
.

Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır

"Yayın başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Ama çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyin

12:19 212
.

İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gedib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Türkmənistanın baş nazirini

10:10 164
.

Cəbrayılda 26 yaşlı çoban minaya düşdü

Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində mina partlayışı olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. Bildirilib ki, 200-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmi

17:08 56
.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi yeni imkanlar yaradacaq

Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Bu barədə oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə rəsmi elan edilib. Beləliklə, 2027-ci ildə Azərbayca

16:49 74
.

Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün şərtlər irəli sürdü

Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün yeni plan təqdim edib. Üç bənddən ibarət təklif Kiyev tərəfindən əvvəlki təşəbbüslərlə müqayisədə daha əhatəli hesab olunub. xəbər verir ki, planın birinci bəndinə əsasən, tərəflər enerji və digər mühüm infrastruktura hücumları dayandırmalıdır. İkinc

10:48 162
.

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir - Fotolar

Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib

11:13 170
.