Rəşad Dağlı vaxtından əvvəl azadlığa çıxa bilər

Rəşad Dağlı vaxtından əvvəl azadlığa çıxa bilərAzərbaycanda əfv sərəncamları adətən əlamətdar günlərdə, xüsusi ilə də bayramlar ərəfəsində imzalanır. Bunun üçün isə bir neçə ay əvvəldən hazırlıqlar başlanılır. Əfvlə bağlı müraciət edən məhbuslardan, onların yaxınlarından ərizələr yığılır, Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir, müraciətlərə baxılır, siyahı tərtib olunur və dövlət başçısına təqdim edilir. Mətbuatda və sosial şəbəkələrdə dərc olunan xəbərlərə görə, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və ya Yeni il bayramları ilə əlaqədar, qışda dövlət başçısı tərəfindən əfv sərəncamı imzalana bilər.

BiG.AZ Yenisabah-a istinadən xəbər verir ki, hazırda bir çox insan tərəfindən əfvi arzulanan tanınmış simalardan biri də meyxanaçı Rəşad Əmirovdur (Dağlı). Tanınmış söz sənətçisi 2022-ci ilin 9 noyabr tarixində şəxsi mübahisə zəminində Bakının Qaradağ rayonunda qonşusu İskəndər Mehtiyevi ürəyindən 14 bıçaq zərbəsi ilə qətlə yetirmişdi. Rəşad Dağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 9 il 6 ay azadlıqdan məhrum edilib.

"Əfvetmə haqqında Əsasnamə"yə əsasən əfv sərəncamı bir qayda olaraq, məhkumların aşağıdakı vəziyyətlərinə görə verilə bilər:

8.2. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;

8.3. ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;

8.4. ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra;

8.5. məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra.

Qanunvericilikdə də öz əksini tapdığı kimi, meyxanaçı Rəşad Dağlı ona verilmiş həbs cəzasının ən az 1/2-ni çəkməlidir. Hazırda onunla bağlı məhkəmə hökmünün verilməsindən 2 il 3 ay ötüb. Bu isə o deməkdir ki, gözlənilən əfv sərəncamı tanınmış meyxanaçıya şamil olunmayacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1230   Tarix: 13 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çiyələk yeyirsiniz, yarpağını atırsınız? Alimlərdən maraqlı nəticə

Çiyələyin yalnız meyvəsi deyil, yarpaqları da alimlərin diqqətini çəkib. Yeni araşdırmada çiyələk yarpağından hazırlanmış ekstraktın yaşlı insanlarda yaddaş və stress göstəricilərinə mümkün təsiri araşdırılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Belçikadakı Katolik Lovan Universitetinin tədqiqatçılar

15:27 104
.

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - Foto

Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətini

14:23 116
.

Azərbaycan-Türkmənistan əməkdaşlığında üç əsas istiqamət - nəqliyyat, enerji və ticarət

"Azərbaycan Prezidentinin Türkmənistana səfəri və Avazada keçirilən 8-ci Məşvərət görüşü bir məsələyə xüsusi diqqət çəkir. Azərbaycan-Türkmənistan münasibətlərində artıq yeni imkanları konkret layihələrə çevirmək mərhələsi başlayır". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyas

16:35 0
.

Şimali Koreya Cənubi Koreyanın tibbi yardım təklifini rədd etdi

Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo-jong Cənubi Koreyanın Pxenyana tibbi avadanlıq bağışlamaq planını təxribat və təhqir kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Kim Yo-jong açıqlamasında bildirib ki, bu təşəbbüs "dövlətimiz

10:58 165
.

Azərbaycanda uşaqlı ailələrə güzəştlər tətbiq oluna bilər: ev, təhsil, iş…

Dünyanın müxtəlif ölkələrində uşağın doğulması ilə bağlı ailələrə yalnız birdəfəlik ödəniş deyil, uzunmüddətli maliyyə dəstəyi də göstərilir. Bu vəsait uşağın böyüdülməsi, təhsili, mənzil təminatı və gələcəyi ilə bağlı xərclərin qarşılanmasına yönəldilir. Belə mexanizmlər ailələrin üzərinə düşən maliyy

11:24 212
.

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə

07.10.2026 419
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

07.10.2026 334
.

Tramp Putinlə telefon danışığı planlaşdırdığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb. xəbər verir ki, Tramp bu barədə jurnalistlərin Putinlə planlaşdırılan telefon danışığı ilə bağlı suallarını cavablandırarkən bildirib. Mətbuat konfransı Ağ Evin YouTube kanalında yayımlanıb. "Telefo

10:41 156
.

30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı

ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da

07.10.2026 364
.