63 milyon manatlıq sifariş alan "universal" şirkət: "Vest-LTD"nun sahibi kimdir?
Dövlət satınalmalarında fəal iştirak edən bəzi şirkətlər var ki, müxtəlif satınalma predmetləri üzrə qalib elan edilir. Tutaq ki, bir quruma geyim sifarişi alan şirkət başqa bir qurum üçün təmir işləri görür, yaxud hansısa yerli icra hakimiyyətinin abadlıq işləri ilə bağlı elan etdiyi tenderin qalib olur.
Qaynarinfo xəbər verir ki, belə şirkətlərdən biri də "Vest-LTD" Qapalı Səhmdar Cəmiyyətidir (QSC).
.
QSC cari ilin 9 ayında 7 tenderin qalibi elan edilib. Bu tenderlər Milli Arxiv İdarəsi, Azərbaycan Dövlət İqtisad Universiteti, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi və "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən keçirilib.
Yuxarıda adı çəkilən qurumlar şirkətdən inventarlar, auditoriyaların, xidməti otaqların və digər müxtəlif təyinatlı məkanların komplektləşdirilməsi ilə bağlı mallar, əsaslı və cari təmir işləri, abadlıq işləri, mebel, yataq ləvazimatları və xüsusi geyimlər almağı planlaşdırır. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 63 046 864,83 manatdır.
Satınalma predmetlərindən görünür ki, "Vest-LTD" QSC həm mebel, həm yataq ləvazimatları, həm xüsusi geyimlər satır, həm də təmir və abadlıq işləri görür.
Əlbəttə bir şirkətin çoxprofilli olması mümkündür. "Vest-LTD" QSC-nin də faliyyəti müxtəlif sahələri əhatə edə bilər. Lakin 9 aya 63 milyonluq sifariş alan bir şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdursa, şirkətin adicə əlaqə nömrələrinə, internet səhifəsinə rast gəlinmirsə, onun ümumiyyətlə fəaliyyəti şübhə altına düşür.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Vest-LTD" QSC 14 aprel 2010-cu ildə qeydiyyata alınıb. Şirkət 2018-ci ilədək MMC kimi fəaliyyət göstərib. Həmin ildən təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilib. "Vest-LTD" QSC-nin nizamnamə kapitalı 2050 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, mənzil 46-da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur. "Vest-LTD" QSC kimi Şahin Verdəliyev haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Mediada yer alan iddialara görə, şirkətin sahibi Hacı Ramazan Mirəzyevdir. O, "tender kralı" kimi tanınır. Hacı Ramazan Mirəzyevin nəzarətində olan şirkətlərin əsasən Bakı Şəhər İcra Hakimiyyətinin və onun nəzdində fəaliyyət göstərən qurumların, xüsusilə "Bakı Şəhəri Əsaslı Tikinti və Təmir" MMC-nin keçirdiyi tenderlərin qalibi olduğu iddia edilir.
"Vest-LTD" QSC də sözügedən MMC-nin tenderlərində bir çox hallarda qalib olur. Bu isə mediada yer alan iddiaların əsassız olmadığına şübhələri artırır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 920 Tarix: 13 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇiyələk yeyirsiniz, yarpağını atırsınız? Alimlərdən maraqlı nəticə
Çiyələyin yalnız meyvəsi deyil, yarpaqları da alimlərin diqqətini çəkib. Yeni araşdırmada çiyələk yarpağından hazırlanmış ekstraktın yaşlı insanlarda yaddaş və stress göstəricilərinə mümkün təsiri araşdırılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Belçikadakı Katolik Lovan Universitetinin tədqiqatçılar
15:27 104 Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - Foto
Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətini
14:23 116 Azərbaycan-Türkmənistan əməkdaşlığında üç əsas istiqamət - nəqliyyat, enerji və ticarət
"Azərbaycan Prezidentinin Türkmənistana səfəri və Avazada keçirilən 8-ci Məşvərət görüşü bir məsələyə xüsusi diqqət çəkir. Azərbaycan-Türkmənistan münasibətlərində artıq yeni imkanları konkret layihələrə çevirmək mərhələsi başlayır". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyas
16:35 0 Şimali Koreya Cənubi Koreyanın tibbi yardım təklifini rədd etdi
Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo-jong Cənubi Koreyanın Pxenyana tibbi avadanlıq bağışlamaq planını təxribat və təhqir kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Kim Yo-jong açıqlamasında bildirib ki, bu təşəbbüs "dövlətimiz
10:58 165 Azərbaycanda uşaqlı ailələrə güzəştlər tətbiq oluna bilər: ev, təhsil, iş…
Dünyanın müxtəlif ölkələrində uşağın doğulması ilə bağlı ailələrə yalnız birdəfəlik ödəniş deyil, uzunmüddətli maliyyə dəstəyi də göstərilir. Bu vəsait uşağın böyüdülməsi, təhsili, mənzil təminatı və gələcəyi ilə bağlı xərclərin qarşılanmasına yönəldilir. Belə mexanizmlər ailələrin üzərinə düşən maliyy
11:24 212 Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə
07.10.2026 419 ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı
ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd
07.10.2026 334 Tramp Putinlə telefon danışığı planlaşdırdığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb. xəbər verir ki, Tramp bu barədə jurnalistlərin Putinlə planlaşdırılan telefon danışığı ilə bağlı suallarını cavablandırarkən bildirib. Mətbuat konfransı Ağ Evin YouTube kanalında yayımlanıb. "Telefo
10:41 156 30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da
07.10.2026 364