Şarm əl-Şeyx sammiti və Qəzzada atəşkəs: ABŞ və İsrail strategiyası
"Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Yaxın Şərq Sülh Sammiti keçirilib. Sammitin yekununda Qəzzada atəşkəs razılaşdırılıb.
Bu sammit humanitar məqsədlərlə keçirilmiş kimi görünməkdədir, lakin əslində daha dərin geosiyasi səbəblər və böyük güclərin strateji maraqları rol oynayıb. İsrailin son hərbi əməliyyatları nəticəsində yaranan humanitar böhran, ölkəni beynəlxalq tənqid və təcrid riskinə məruz qoyub. ABŞ isə İsrailə dəstəyini davam etdirmək istədiyindən sammit vasitəsilə beynəlxalq reaksiyanı neytrallaşdırmağa çalışıb".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, sammitdə diqqətçəkən məqam isə İsrail, İran və HƏMAS nümayəndələrinin iştirak etməməsi olub. İsrail açıq danışıqlara qatılmayaraq hərbi üstünlük qazanmağa fokuslanıb, İran sammiti "şou diplomatiyası" hesab edərək iştirak etməyib, HƏMAS isə rəsmi status və ərəb dövlətlərinin mövqeyi səbəbindən dəvət edilməyib. Fələstin tərəfdən isə Mahmud Abbas iştirak edib:
"Nəticədə, İsrailin Qəzzada geri çəkilməsi hərbi məğlubiyyət deyil, strateji fasilə kimi qiymətləndirilməlidir. ABŞ bu mərhələdə atəşkəsi təşviq etməklə Təl-Əvivi beynəlxalq təzyiqlərdən qoruyub, eyni zamanda bölgədəki nüfuzunu saxlamağa çalışıb".
Politoloq qeyd edib ki, İsrail növbəti mərhələdə İranı əsas hədəf kimi görür və Qəzzadakı vəziyyəti bu strategiyada platforma kimi istifadə edə bilər. ABŞ isə hərbi əməliyyatlara birbaşa qoşulmasa da, diplomatik və sanksiya vasitəsilə dəstəyi davam etdirəcək.
Beləliklə, sammit yalnız atəşkəs sazişi deyil, həm də ABŞ və İsrailin regional siyasət və geosiyasi planlarının bir hissəsi kimi qiymətləndirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 856 Tarix: 15 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678