"Ramiz Mehdiyevin bütün səlahiyyətləri əlindən alına bilər" - Elman Nəsirov
Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib.
Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Milli Məclisin deputatı Elman Nəsirov BiG.AZ-a bildirib ki, Ramiz Mehdiyevin bu ağır cinayət məsələləri sübuta yetiriləcəyi təqdirdə onun bütün səlahiyyətləri əlindən alına bilər. O, Təhlükəsizlik Şurasının üzvlüyündən, eyni zamanda YAP-ın üzvlüyündən və YAP Veteranlar Şurasının üzvlüyündən çıxarıla bilər:
"Birincisi, Ramiz Mehdiyevin ittiham olunduğu maddələrə diqqəti cəlb etmək istəyirəm. 274-cü maddə bəlkə də Cinayət Məcəlləsinin ən ağır maddəsidir və bu maddə dövlətə xəyanət məsələsini özündə ehtiva edir. Cinayətlərin içində də ən ağırı məhz bu cinayətdir – dövlətinə, vətəninə xəyanət yolunu seçmək. Bu maddə üzrə ittiham olunur.
278-ci maddə dövlət hakimiyyətini zorla ələ keçirməkdir. Yəni bu o deməkdir ki, hakimiyyəti zəbt etmək və konstitusiya quruluşunu devirmək məsələləri ilə bağlıdır. Üstəlik, bu il Konstitusiya ilidir və bu Konstitusiyanın qəbulunun 30-cu ildönümünü qeyd etməyə hazırlaşırıq. Belə bir ildə konstitusiya quruluşunu devirmək, hakimiyyəti zəbt etməklə bağlı ağır bir ittihama, ağır bir məsələyə ittiham olunur.
Üçüncü ittiham olunan maddə 193-cü maddədir. Bu, iqtisadi cinayətkarlıq məsələlərini özündə ehtiva edir, amma 1-ci və 2-ci maddələr olduqca ağırdır. Dövlət Təhlükəsizlik Xidməti istintaqı aparır. Bu faktın özü çox şeydən xəbər verir. Deməli, Dövlət Təhlükəsizlik Orqanının əlində təkzibedilməz faktlar, əsaslı dəlillər, hüquqi sübutlar olub ki, bax belə bir cinayət işinə başlayıb və Səbail Məhkəməsi isə Ramiz Mehdiyevin ev dustaqlığına bağlı qərar qəbul edib, qətimkan tədbiri seçib.
Hesab edirəm ki, 4 ay ərzində onun cinayət işi ilə bağlı istintaq prosesi gedəcək. Ramiz Mehdiyevin bu ağır cinayət məsələləri sübuta yetiriləcəyi təqdirdə onun bütün səlahiyyətləri əlindən alına bilər. O, Təhlükəsizlik Şurasının üzvlüyündən, eyni zamanda YAP-ın üzvlüyündən və YAP Veteranlar Şurasının üzvlüyündən çıxarıla bilər.
Toxunulmazlıq presedenti var deyə indi bunlar baş vermir, çünki məhkəmənin məlum ittihamlarla bağlı yekun qərarı olmalıdır. O da müəyyən mənada zaman alan məsələdir. Amma istənilən halda ictimai rəy də ona yönəlib ki, Ramiz Mehdiyev ağır cinayət əməlində iştirakçıdır. Gözləyək. İstənilən halda Azərbaycan hüquqi dövlətdir və istənilən cinayətkar kimliyindən asılı olmayaraq cəzasını alır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1202 Tarix: 15 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gedib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Türkmənistanın baş nazirini
10:10 159 Deputat: Azərbaycan-Türkmənistan əlaqələri bütün sahələrdə inkişaf edir
Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqul
14:30 104 Fransada məktəbli etirazları böyüyür: Makron hökuməti təzyiq altında
Fransanın mərkəzi İl-de-Frans regionunda ötən həftə başlayan yuxarı sinif şagirdlərinin etiraz aksiyaları hazırda ölkənin müxtəlif bölgələrinə yayılıb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Hadisələr
15:54 0 Çiyələk yeyirsiniz, yarpağını atırsınız? Alimlərdən maraqlı nəticə
Çiyələyin yalnız meyvəsi deyil, yarpaqları da alimlərin diqqətini çəkib. Yeni araşdırmada çiyələk yarpağından hazırlanmış ekstraktın yaşlı insanlarda yaddaş və stress göstəricilərinə mümkün təsiri araşdırılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Belçikadakı Katolik Lovan Universitetinin tədqiqatçılar
15:27 60 İran XİN: ABŞ-nin müharibədə itkiləri açıqlanandan daha çoxdur
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ hərbçiləri arasında faktiki ölüm sayının və ABŞ-ın hərbi aktivlərinə dəyən zərərin rəsmi açıqlanan rəqəmlərdən "daha çox" olduğunu bildirib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əraqçi "X" hesabında yazıb ki, may ayında ABŞ Konqresini
11:45 142 "Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..."
"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər". xəbər verir ki, bunu -a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib. O iddia edib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınlar
15:23 91 Sezen Aksunun sevənlərinə pis xəbər
Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Axşam.az xəbər verir ki, ifaçı Nişantaşındakı özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətində ciddi problem olmadığı, hazırda evində istirahət etdiyi bildirilib. Seze
14:54 110 Si Cinpinin istirahəti üçün sammitin proqramı dəyişdirilib
Çin rəsmiləri ABŞ-dakı həmkarlarından Çin Prezidenti Si Cinpinin ABŞ-a səfəri zamanı istirahəti üçün xüsusi şərait yaradılmasını istəyiblər. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, Si Cinpinin qeyri-adi uzun istirahə
10:37 149 Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind
12:58 159