"İlham Əliyevin "Kazinform"a müsahibəsi Türk dünyasının inteqrasiyasının sürətlənməsi baxımından yol xəritəsi rolunu oynayır"

"İlham Əliyevin "Kazinform"a müsahibəsi Türk dünyasının inteqrasiyasının sürətlənməsi baxımından yol xəritəsi rolunu oynayır""Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə "Kazinform" agentliyinə verdiyi müsahibə təkcə iki ölkə arasındakı strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirmir, eyni zamanda Türk dünyasında inteqrasiyanın dərinləşməsi, iqtisadi, siyasi və mədəni əməkdaşlığın yeni istiqamətlərə keçidi baxımından da xüsusi əhəmiyyət daşıyır".

Bu sözləri politoloq Nicat Qasımov BiG.AZ-a bildirib.

O qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər bu gün qarşılıqlı etimad, ortaq dəyərlər və qardaşlıq üzərində qurulub. Prezident İlham Əliyevin müsahibəsində də vurğuladığı kimi iki ölkə arasında həm siyasi, həm də iqtisadi sahələrdə əlaqələr tarixi yüksəliş mərhələsindədir. Bu yaxınlıq ilk növbədə, Türk kimliyinə əsaslanan strateji müttəfiqlik formatının uğurla işlədiyinin göstəricisidir:

"Prezident İlham Əliyevin sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi ilə ölkənin dinamik inkişafı və modernləşməsi regionda sabitliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Qazaxıstan liderləri arasında formalaşan sıx dialoq həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığa güclü siyasi impuls verir.

Ali Dövlətlərarası Şuranın yaradılması və onun fəaliyyətinin dərinləşdirilməsi münasibətlərin institusional səviyyədə sabitləşməsini təmin edir. Bu Şura gələcək illərdə iki ölkə arasında qərarların daha operativ və məqsədyönlü qəbuluna imkan yaradacaq.

Müsahibədə qeyd olunan rəqəmlər iqtisadi əlaqələrin sürətlə genişləndiyini göstərir. Ticarət dövriyyəsinin 2025-ci ildə üç dəfə artaraq 547 milyon dollara çatması iki ölkənin iqtisadi siyasətində qarşılıqlı marağın və effektiv koordinasiyanın nəticəsidir.
Bu artım, xüsusilə, Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı ilə bağlıdır. Azərbaycan və Qazaxıstanın birgə nəqliyyat-logistika strategiyası regionun tranzit potensialını gücləndirərək Avropa-Asiya inteqrasiyasına mühüm töhfə verir.

SOCAR və "KazMunayQaz" arasında əməkdaşlığın genişlənməsi, neft və enerji sahəsində yeni sazişlərin imzalanması enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. Eyni zamanda yaşıl energetika və bərpaolunan enerji sahəsində imzalanmış üçtərəfli sazişlər regionun ekoloji sabitliyinə yönəlmiş uzunmüddətli siyasətin bariz göstəricisidir.

Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələr xalqların yaxınlaşmasında xüsusi rol oynayır. Mədəniyyət günlərinin keçirilməsi, ədəbiyyat və incəsənət sahəsində layihələrin reallaşması ortaq kimliyin dərinləşməsinə xidmət edir.
İlham Əliyevin müsahibəsində qeyd olunan Kemel Tokayevin əsərlərinin Azərbaycan dilində nəşri, Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması kimi təşəbbüslər Türk dünyasının mənəvi və intellektual birliyinin möhkəmlənməsinə yönəlmiş addımlar kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin müsahibəsində Türk Dövlətləri Təşkilatına xüsusi yer ayrılması təsadüfi deyil. TDT bu gün Türk dünyasının siyasi, iqtisadi və humanitar inteqrasiyasının mərkəzinə çevrilib.
Azərbaycan və Qazaxıstan bu təşkilatın dayaqlarından sayılır. Son illərdə Şuşa və Qəbələdə keçirilən Zirvə görüşləri Türk birliyinin real siyasi çərçivəyə çevrildiyini sübut edir.

Prezident İlham Əliyevin "Kazinform"a müsahibəsi Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı vəziyyətini və gələcək istiqamətlərini aydın şəkildə ortaya qoyur. Bu çıxış iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsi, Türk dünyasının siyasi və iqtisadi inteqrasiyasının sürətlənməsi, eləcə də regional təhlükəsizlik və rifahın möhkəmlənməsi baxımından yol xəritəsi rolunu oynayır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1023   Tarix: 20 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Psixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib

Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y

07.10.2026 275
.

120 illik avtomobil markası tarixə qovuşdu

ABŞ-ın Roçester şəhərində 120 ilə yaxın tarixə malik beynəlxalq avtomobil sərgisinin fəaliyyəti dayandırılıb. xarici mediaya istinadla xəbər verir ki, təşkilatçılar sərginin keçirilməsinin artıq iqtisadi baxımdan sərfəli olmadığını bildiriblər. Uzun illər minlərlə avtomobil həvəskarını bir araya gətirə

07.10.2026 248
.

Şimali Koreya Cənubi Koreyanın tibbi yardım təklifini rədd etdi

Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo-jong Cənubi Koreyanın Pxenyana tibbi avadanlıq bağışlamaq planını təxribat və təhqir kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Kim Yo-jong açıqlamasında bildirib ki, bu təşəbbüs "dövlətimiz

10:58 91
.

Ən sürətli 5 quş: şahin 389 km/saat sürət yığır, amma...

Düşünürsünüz ki, şahin sürət baxımından mütləq rekordçudur? Şaquli dalış zamanı - bəli. Lakin üfüqi uçuşda o, hətta ilk üçlüyə də düşmür. İynəquyruqlu uzunqanadlı onu demək olar ki, iki dəfə qabaqlayır. xarici mediaya istinadən xəbər verir ki, şahin dalış uçuşunda mütləq rekordçu hesab olunur. O, saatd

07.10.2026 253
.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

07.10.2026 376
.

Co Baydenin son durumu AÇIQLANDI

ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi ilə bağlı son müalicəsinin nəticələrini açıqlayıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Bayden bildirib ki, ötən ilin payızında aldığı şüa müalicəsi "nəzərdə tutulduğu kimi nəticə verib". O, həkimlərə və digər tibb işçilərinə təşəkkü

07.10.2026 273
.

Tramp Putinlə telefon danışığı planlaşdırdığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb. xəbər verir ki, Tramp bu barədə jurnalistlərin Putinlə planlaşdırılan telefon danışığı ilə bağlı suallarını cavablandırarkən bildirib. Mətbuat konfransı Ağ Evin YouTube kanalında yayımlanıb. "Telefo

10:41 102
.

Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

07.10.2026 245
.

"Doğma vətəndə uduzmaq ağırdır" - Hidayət Heydərov

Dünya çempionatında erkən uduzaraq mübarizəni dayandıran Olimpiya çempionumuz Hidayət Heydərov bununla bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb: . "Doğma vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindir

07.10.2026 230
.