Meyiti 15 il mənzildə qaldı: Dəhşətli TƏFƏRRÜATLAR

Meyiti 15 il mənzildə qaldı: Dəhşətli TƏFƏRRÜATLARİspaniyanın Valensiya şəhərində yaşayış binasının yuxarı mərtəbəsində 15 il ərzində mənzilində qalan pensiyaçı kişinin cəsədi təsadüf nəticəsində tapılıb. Meyit yalnız o zaman aşkar olunub ki, güclü yağışlardan sonra boruların tutulması səbəbindən su aşağıdakı mənzili basıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə yerinə gələn yanğınsöndürənlər pəncərədən içəri girdikdə, mənzilin içində tam skelet halına düşmüş və qismən mumiyalaşmış cəsədi, eləcə də çoxlu zibil, milçəklər və göyərçinlər gördülər.

İlkin istintaq məlumatına görə, Antonio adlı kişi qonşular tərəfindən sonuncu dəfə 2010-cu ildə görülüb. Onun yoxa çıxması barədə heç kim polisə məlumat verməyib. Poçt qutusu dolu olmayıb, pensiyası isə illərlə avtomatik şəkildə bank hesabına köçürülüb, buna görə də heç kim onun öldüyündən şübhələnməyib.

Qonşular Antiononu "ruh kimi adam" adlandırıblar. Onların sözlərinə görə, o, həmişə tənha və kədərli görünürdü. Bir müddət sonra kişi mənzildən çıxmağı dayandırdıqda, sakinlər onun ya qocalar evinə köçdüyünü, ya da qohumlarının yanında yaşadığını düşünüblər. Əslində isə onun iki övladı olsa da, onlarla əlaqəsi çoxdan kəsilib, ailəsini təxminən 30 il əvvəl tərk edib.

Polisin açıqlamasına görə, ölüm təbii səbəblərdən baş verib. Mənzildə zorakılıq və ya oğurluq izləri aşkarlanmayıb. Antonio son illərdə necə sakit və tənha yaşamışdısa, elə də səssiz şəkildə dünyasını dəyişib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 863   Tarix: 20 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vyetnamın Fukuok adası sahillərində kater çevrilib, 15 nəfər ölüb

Vyetnamın cənubundakı Fukuok adası sahillərində sürət kateri çevrilib, nəticədə 15 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə "VnExpress" məlumat yayıb. "Göyərtəsində 32 hindistanlı turist, həmçinin dörd heyət üzvü və xidmət personalının olduğu gəmi Fukuok adası sularınd

11.07.2026 156
.

Paşinyan sabiq deputatdan böhtan və təhqirlərə görə kompensasiya tələb edir

Ermənistanın Baş naziri Nikol Paşinyan öz partiyasından ("Mülki müqavilə") sabiq deputat Sofiya Ovsepyanı və "Yelk" parlament fraksiyası üzrə keçmiş həmkarı, "Maarifçi Ermənistan" partiyasının rəhbəri Edmon Marukyanı məhkəməyə verib. "Report" Ermənistan mediasın

11.07.2026 121
.

Xaçmazda avtomobil su hovuzuna düşüb, 69 yaşlı sürücü ölüb

Xaçmaz rayonu, Ağyazıbuduq kəndi ərazisində avtomobil su hovuzuna düşüb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub. Dalğıclar tərəfində

11.07.2026 162
.

Saatına 1 000 manat alan psixoloqlar: Bu qiymətləri kim və necə təyin edir?

Son illərdə pandemiyanın yaratdığı uzunmüddətli təsirlər, qlobal gərginliklər, eləcə də sosial və iqtisadi təzyiqlər insanların psixoloji vəziyyətinə təsirsiz ötüşməyib. Bununla yanaşı, son dövrlər sosial şəbəkələrdə psixoloq xidmətlərinə dair paylaşımların çoxalması da diqqət çəkir. Tələbat və izləyic

11.07.2026 168
.

İlin sonunadək Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq

Bu ilin sonunadək Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə (45 nəfər) qayıdacaq. "Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevə iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olarkən məlumat verilib

11.07.2026 158
.

Prezident İlham Əliyev: "Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır"

"Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə bildirib. Dövlətimizin başçısı qeyd edib:. "Biz bütün dünyaya göstərdi

11.07.2026 164
.

Bu kartla nəqliyyat ödənişinin 10%-İ GERİ QAYTARILACAQ

TəhsilPlus kartı çərçivəsində təhsil işçiləri üçün nəqliyyat sahəsində təqdim olunan üstünlüklərin əhatə dairəsi genişlənir. Bu barədə "Bakupost"a Təhsilin İnkişafı Fondundan məlumat verilib. Bildirilib ki, iyulun 1-dən sentyabrın 30-u tarixləri ərzində Gəncə şəhərində ictimai nəqliyyat üzr

00:21 134
.

Bakıda bu tarixlərdə GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ!

İyulun 12-14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Şəmkir, Gəncə, Daşkəsən

11.07.2026 255
.

İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlər barədə məluma

11.07.2026 163
.

TOP MP3