"Real Madrid" iki ulduzunu satmaq istəyir: 350 milyon avro...
İspaniyanın "Real Madrid" klubu hücum xəttində gözlənilməz qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, Madrid klubu braziliyalı ulduz futbolçuları - Vinisius Junior və Rodriqonu satış siyahısına əlavə edib.
İspaniya mətbuatında yayılan xəbərlərə görə, klub rəhbərliyi hücum planında ciddi dəyişikliklər etməyi düşünür və 350 milyon avrodan artıq gəlir əldə etmək məqsədilə hər iki futbolçunun satılması ehtimalını qiymətləndirir.
Klub prezidenti Florentino Perezin rəhbərliyi altında "Real Madrid" hücum xəttini tamamilə yeniləmək strategiyası çərçivəsində bu addımı atıb. Bununla belə, klub rəhbərliyi mövsümün sonuna qədər futbolçuların çıxışlarını izləyərək son qərarını daha sonra verəcək.
Xəbərdə bildirilir ki, "Real Madrid" rəhbərliyi Vinisius Junior və Rodriqonun bu mövsümdəki qeyri-sabit çıxışlarından narahatdır. Hər iki oyunçunun formadakı dalğalanmaları yay transfer dövrü öncəsi bu strateji satış qərarının əsas səbəbi kimi göstərilir.
Madrid klubunun təxminlərinə görə, bu iki futbolçunun transferindən əldə olunacaq məbləğ təxminən 350 milyon avro olacaq. Bu vəsaitin klubun yeni və irimiqyaslı transferlər həyata keçirməsinə imkan yaradacağı düşünülür. Klub rəhbərliyi hesab edir ki, Vinisius və Rodriqonun birlikdə satışı "Real Madrid" tarixində bənzəri görünməmiş gəlir gətirə bilər.
İspan mətbuatına əsasən, "Real Madrid" artıq potensial alıcı bazarını müəyyənləşdirib. Vinisius Junior üçün Səudiyyə Ərəbistanı klublarının maraqlı ola biləcəyi, Rodriqo üçün isə İngiltərə Premyer Liqası komandalarından təkliflərin gözlənildiyi qeyd edilir.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1452 Tarix: 20 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarının Bakı Olimpiya Stadionunda keçirəcək. "Report" xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında təsdiqini tapıb. Azərbaycan çempionu 4 rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək. "Sabah"ı
05.09.2026 279 Bakıda qalib gələn xorvatiyalı: "İkinci olan idmançı üçün heyifsilənirəm"
"IRONMAN 70.3 Baku" yarışında ilk finiş edən xorvatiyalı triatlonçu Matej Jukiç yarışdan sonra təəssüratını bölüşüb. xəbər verir ki, Xorvatiyanın kiçik şəhərlərindən birindən olduğunu bildirən idmançı Bakıda göstərdiyi nəticədən razı qaldığını deyib. O qeyd edib ki, bu, onun şəxsi ən yaxş
05.09.2026 241 Nyu-Yorkda İnfantinoya qarşı banner peyda oldu
ABŞ-nin Nyu-York şəhərinin Tayms-Skver meydanında Canni İnfantinonun yenidən FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) prezidenti seçilməsinə qarşı banner peyda olub. -ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib. "FIFA liderə layiqdir, tacirə deyil",
05.09.2026 244 "Qarabağ" "Sabah"ı belə təbrik etdi
"Qarabağ" futbol klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, klub bu haqda sosial media hesablarında paylaşım edib. "Qarabağ" FK "Sabah" FK-nı UEFA Çempionlar Liqasını
26.08.2026 422 Neymar "Santos"u FIFA qadağasından xilas etdi
"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı
13.09.2026 216 "Qarabağ" "Tvente" ilə həlledici oyuna çıxır
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. "Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" komandasını qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadas
27.08.2026 261 Azərbaycanın UEFA reytinqində neçəncidir?
Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab
11.09.2026 207 "Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib
Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar
12.09.2026 213 İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub
İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub. "Report" xəbər verir ki, bu barədə oyunçunun yaydan bəri formasını geyindiyi "Kadis" klubu məlumat yayıb. Vinger sözügedən komandanın institusional nümayəndəsi olacaq. Xatırladaq ki, Susa karyerasında İtaliyanı
29.08.2026 269