"Xəyanətin sübut olunması uşağın anadan alınması üçün əsas deyil" - Vəkil

"Xəyanətin sübut olunması uşağın anadan alınması üçün əsas deyil" - VəkilAzərbaycanda boşanma zamanı əksər hallarda hər iki tərəfin razılığı ilə uşaq anada qalır. Bəs qadının xəyanəti və ya əxlaqsız həyat tərzi sübuta yetirilsə, uşaq ataya verilə bilərmi?

Vəkil Turan Abdullazadə BiG.AZ-a bildirib ki, xəyanətin sübut olunması avtomatik olaraq uşağın anadan alınması üçün əsas deyil. Məhkəmə ananın valideynlik qabiliyyətinə, uşağa qayğısına, yaşadığı şəraitə, uşağın ona olan bağlılığına baxır.

O qeyd edib ki, əxlaqsız həyat tərzi ilə xəyanət hüquqi baxımdan tam eyni anlayış deyil. Xəyanət-partnyoruna sadiq qalmamaq, ailədaxili şəxsi davranış sayılır.Əxlaqsız həyat tərzi (prostitusiya, alkoqolizm, narkomaniya, uşağa zərərli mühit və s.) cəmiyyət və ailə üçün təhlükəli, uşağa mənfi təsir edən davranışlardır.
Yəni, xəyanət bir dəfəlik və şəxsi səviyyədə baş vermişsə, bu əxlaqsız həyat tərzi sayılmır.
Amma qadın davamlı şəkildə əxlaqa zidd həyat sürürsə və bu uşağa ciddi şəkildə təsir edirsə, qarşı tərəf bunu sübuta yetirə bilirsə (məsələn, tez-tez fərqli şəxslərlə yaşayır, uşağa baxmır, mənəvi və fiziki laqeydlik göstərir) — onda məhkəmə uşağın atasına verilməsi barədə qərar çıxara bilər:

"Azərbaycanda ailə qanunvericiliyinə görə uşağın kimdə qalacağına məhkəmə qərar verir. Bu qərar zamanı əsas meyar uşağın mənafeyidir, yəni: uşaq üçün daha əlverişli psixoloji, maddi və mənəvi şərait kimdədirsə, uşaq onun yanında qalır.
Lakin 10 yaşına qədər (xüsusilə 7 yaşına qədər) uşaqlar emosional və mənəvi cəhətdən daha çox anaya bağlı olduğundan bir qayda olaraq məhkəmə qərarı ilə ananın himayəsinə verilir.
Xəyanətin sübut olunması avtomatik olaraq uşağın anadan alınması üçün əsas deyil. Məhkəmə ananın valideynlik qabiliyyətinə, uşağa qayğısına, yaşadığı şəraitə, uşağın ona olan bağlılığına baxır.
Yəni, xəyanət faktı olsa belə, əgər qadın uşağa yaxşı baxırsa və uşaq anasına bağlıdırsa — adətən uşaq ananın yanında qalır. Yəni Azərbaycan Respublikası qanunvericiliyi ilə xəyanətə görə uşaq anadan alınmır. Xəyanət bir növ övlada deyil, partnyora qarşı edilmiş sayılır,
Əxlaqsız həyat tərzi ilə xəyanət hüquqi baxımdan tam eyni anlayış deyil.
Xəyanət-partnyoruna sadiq qalmamaq, ailədaxili şəxsi davranış sayılır, bəzi ölkələrdə mənəvi zərər kimi qiymətləndirilə bilər. Məsələn Türkiyə Respublikasında xəyanətə görə kompensasiya tələb etmək olur.
Əxlaqsız həyat tərzi (prostitusiya, alkoqolizm, narkomaniya, uşağa zərərli mühit və s.) cəmiyyət və ailə üçün təhlükəli, uşağa mənfi təsir edən davranışlardır.
Yəni, xəyanət bir dəfəlik və şəxsi səviyyədə baş vermişsə, bu əxlaqsız həyat tərzi sayılmır.
Amma qadın davamlı şəkildə əxlaqa zidd həyat sürürsə və bu uşağa ciddi şəkildə təsir edirsə, qarşı tərəf bunu sübuta yetirə bilirsə (məsələn, tez-tez fərqli şəxslərlə yaşayır, uşağa baxmır, mənəvi və fiziki laqeydlik göstərir) — onda məhkəmə uşağın atasına verilməsi barədə qərar çıxara bilər.
Təkcə xəyanət uşağın anadan alınması üçün yetərli səbəb deyil.
Əxlaqsız həyat tərzi isə (müntəzəm, uşağa mənfi təsir edən davranışlar) bəzi hallarda məhkəmə qərarı ilə uşağın anadan alınmasına səbəb ola bilər.
Hər halda belə halda belə sübutlar, şahidlər, foto-video materiallar, polis və ya sosial xidmət rəyləri mühüm rol oynayır.
Ana əxlaqsız həyat tərzi keçirir, ancaq bunu övladına yansıtmırsa yenə də anadan uşağın alınması ehtimalı azdır.
Ailə qanunvericiliyinə əsasən, uşağın anadan alınmasına, ümumiyyətlə valideynlik hüquqlarından məhrum edilməyə səbəb olan əsaslar aşağıdakılardır:

1) öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
2) alimenti qəsdən ödəmədikdə
3) heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə;
4) valideynlik hüquqlarından sui-istifadə etdikdə;
5) uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə
6) xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
7) uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə;
8) uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə.

Qanunvericiliyə əsasən, 10 yaşına çatmış uşağın fikri əsas götürülür. Yəni 10 yaşına çatmış uşaq kimi istəyirsə məhkəmə bir qayda olaraq uşağın fikrini nəzərə alaraq qərar qəbul edir".

Şəbnəm Lətifi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1613   Tarix: 20 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Psixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib

Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y

07.10.2026 275
.

120 illik avtomobil markası tarixə qovuşdu

ABŞ-ın Roçester şəhərində 120 ilə yaxın tarixə malik beynəlxalq avtomobil sərgisinin fəaliyyəti dayandırılıb. xarici mediaya istinadla xəbər verir ki, təşkilatçılar sərginin keçirilməsinin artıq iqtisadi baxımdan sərfəli olmadığını bildiriblər. Uzun illər minlərlə avtomobil həvəskarını bir araya gətirə

07.10.2026 248
.

Şimali Koreya Cənubi Koreyanın tibbi yardım təklifini rədd etdi

Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo-jong Cənubi Koreyanın Pxenyana tibbi avadanlıq bağışlamaq planını təxribat və təhqir kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Kim Yo-jong açıqlamasında bildirib ki, bu təşəbbüs "dövlətimiz

10:58 91
.

Ən sürətli 5 quş: şahin 389 km/saat sürət yığır, amma...

Düşünürsünüz ki, şahin sürət baxımından mütləq rekordçudur? Şaquli dalış zamanı - bəli. Lakin üfüqi uçuşda o, hətta ilk üçlüyə də düşmür. İynəquyruqlu uzunqanadlı onu demək olar ki, iki dəfə qabaqlayır. xarici mediaya istinadən xəbər verir ki, şahin dalış uçuşunda mütləq rekordçu hesab olunur. O, saatd

07.10.2026 253
.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

07.10.2026 376
.

Co Baydenin son durumu AÇIQLANDI

ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi ilə bağlı son müalicəsinin nəticələrini açıqlayıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Bayden bildirib ki, ötən ilin payızında aldığı şüa müalicəsi "nəzərdə tutulduğu kimi nəticə verib". O, həkimlərə və digər tibb işçilərinə təşəkkü

07.10.2026 273
.

Tramp Putinlə telefon danışığı planlaşdırdığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb. xəbər verir ki, Tramp bu barədə jurnalistlərin Putinlə planlaşdırılan telefon danışığı ilə bağlı suallarını cavablandırarkən bildirib. Mətbuat konfransı Ağ Evin YouTube kanalında yayımlanıb. "Telefo

10:41 102
.

Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

07.10.2026 245
.

"Doğma vətəndə uduzmaq ağırdır" - Hidayət Heydərov

Dünya çempionatında erkən uduzaraq mübarizəni dayandıran Olimpiya çempionumuz Hidayət Heydərov bununla bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb: . "Doğma vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindir

07.10.2026 230
.