Vergi bəyannaməsi avtomatik hazırlanır — sahibkarlar nələrə diqqət etməlidir?

Vergi bəyannaməsi avtomatik hazırlanır — sahibkarlar nələrə diqqət etməlidir?Vergi ödəyicilərinə sadələşmiş vergi bəyannaməsinin öncədən doldurulması xidməti istifadəyə verilib. Bu nə kimi yeniliklər gətirəcək?

"Sadələşdirilmiş vergi ödəyiciləri 12 aylıq dövriyyəsi 200000 manatı aşmayan, əsasən pərakəndə ticarətlə məşğul olan və əhaliyə xidmətlər göstərən sahibkarlıq subyektləridir. Belə sahibkarlıq subyektləri sayca daha çoxdur və onlar daha çox kiçik bizneslərinin davamlı olması üçün çalışırlar. Belə sahibkarların əksəriyyəti ayrıca mühasib xidmətlərindən istifadə etmələri üçün xərc çəkmək istəmirlər və ya buna imkanları yetərincə olmur. Ona görə də onlar vergi xidməti orqanlarının vergi ödəyicilərinə xidmət şöbələrinə gəlməklə və ya tanıdıqları mühasiblərə müraciət etməklə rüblük sadələşdirilmiş bəyannamələrini elektron qaydada tərtib etdirib göndərirdilər".

Bunu BiG.AZ-a açıqlamasında vergi mütəxəssisi Mehdi Babayev bildirib.

O, qeyd edib ki, artıq 1 oktyabr tarixindən sadələşdirilmiş vergi ödəyisiləri sadələşdirilmiş vergi bəyannaməsini hazır tərtib olunmuş formada əldə edə və əgər razılaşarlarsa, təsdiq edib göndərə biləcəklər:

"Öncədən tərtibetmə xidmətinin üstünlükləri kifayət qədər çoxdur:

- Bəyannamədə göstəricilər düzgün əks olunacaqdır, yəni məlumatlar vergi orqanının özündə olan dəqiq məlumatlardan istifadə olunur, burda səhv rəqəm yazıla bilməz. Bəyannamə əsasən vergi ödəyicisinin kargüzarlıq sistemindəki gələn və göndərilən elektron qaimə-fakturalarda, elektron alış aklarında və digər elektron fakturalarda, əmək haqqına dair vahid bəyannamələrində, Elektron Yük Gömrük bəyannamələrində, yeni nəsil onlayn Nəzarət kassa aparatlarında, POS terminallarda və digər məlumat bazalarlnda olan göstəricilərdən istifadə edilməklə avtomatik tərtib olunacaqdır.
- Bəyannamə tərtib etmə forması asanlaşdırılır və vaxta kifayət qədər qənaet olunur.
- vergi uyğunsuzluqları barədə bildiriş və ya xəbərdarlıqlar demək olar ki, vergi ödəyicisinə göndərilmir və ya cüzi göndərilir, çünki yoxlayan orqan bəyannaməni özü tərtib edir.

Lakin bu asanlaşdırılan xidmətdən sui istifadə edilməməlidir. Ola bilər ki, bəzi sadələşdirilmiş vergi ödəyiciləri vergi orqanının bu rahat xidmətindən istifadə etdiyinə və vergi orqanı ilə problemlərinin olmayacağına əsaslanaraq gəlirlərinin və xərclərinin uçotunu aparmaqdan və sənədləşmələrin qanuna uyğun aparılmasından yayınsın. Bu yol verilməzdir və sadələşdirilmiş vergi ödəyiciləri bilməlidirlər ki, mühasibat uçotu qanunvericiliyinə uyğun olaraq uçot formalaşdırmalı və müvafiq sənədləşdirmələr həyata keçirməlidirlər.
Digər tərəfdən belə vergi ödəyiciləri vergi orqanının elektron bazasına düşən ilkin məlumatlarının düzgün göndərilməsinə əmin olmalıdır ki, hesablanan vergi yükü həqiqətə tam uyğun gəlsin. Həmçinin vergi orqanının bir başa əldə edə bilməyəcəyi elə satışdakənar gəlirlər də vardır ki, məsələn, vergi ödəyicisinin məzənnə gəlirləri, cərimə gəlirləri, iddia müddəti ötmüş kreditor borcların silinməsindən gəlirlər və digər gəlirlər vegri orqanının məlumat bazasında olmaya bilər. Belə gəlirlər öncədən hazırlanmış sadələşdirilmiş vergi bəyannaməsinin müvafiq sətirlərində vergi ödəyicisi tərəfindən əlavə edilməklə təsdiq edilib göndərilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1537   Tarix: 21 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Psixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib

Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y

07.10.2026 275
.

120 illik avtomobil markası tarixə qovuşdu

ABŞ-ın Roçester şəhərində 120 ilə yaxın tarixə malik beynəlxalq avtomobil sərgisinin fəaliyyəti dayandırılıb. xarici mediaya istinadla xəbər verir ki, təşkilatçılar sərginin keçirilməsinin artıq iqtisadi baxımdan sərfəli olmadığını bildiriblər. Uzun illər minlərlə avtomobil həvəskarını bir araya gətirə

07.10.2026 248
.

Şimali Koreya Cənubi Koreyanın tibbi yardım təklifini rədd etdi

Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo-jong Cənubi Koreyanın Pxenyana tibbi avadanlıq bağışlamaq planını təxribat və təhqir kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Kim Yo-jong açıqlamasında bildirib ki, bu təşəbbüs "dövlətimiz

10:58 91
.

Ən sürətli 5 quş: şahin 389 km/saat sürət yığır, amma...

Düşünürsünüz ki, şahin sürət baxımından mütləq rekordçudur? Şaquli dalış zamanı - bəli. Lakin üfüqi uçuşda o, hətta ilk üçlüyə də düşmür. İynəquyruqlu uzunqanadlı onu demək olar ki, iki dəfə qabaqlayır. xarici mediaya istinadən xəbər verir ki, şahin dalış uçuşunda mütləq rekordçu hesab olunur. O, saatd

07.10.2026 253
.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

07.10.2026 376
.

Co Baydenin son durumu AÇIQLANDI

ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi ilə bağlı son müalicəsinin nəticələrini açıqlayıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Bayden bildirib ki, ötən ilin payızında aldığı şüa müalicəsi "nəzərdə tutulduğu kimi nəticə verib". O, həkimlərə və digər tibb işçilərinə təşəkkü

07.10.2026 273
.

Tramp Putinlə telefon danışığı planlaşdırdığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb. xəbər verir ki, Tramp bu barədə jurnalistlərin Putinlə planlaşdırılan telefon danışığı ilə bağlı suallarını cavablandırarkən bildirib. Mətbuat konfransı Ağ Evin YouTube kanalında yayımlanıb. "Telefo

10:41 102
.

Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

07.10.2026 245
.

"Doğma vətəndə uduzmaq ağırdır" - Hidayət Heydərov

Dünya çempionatında erkən uduzaraq mübarizəni dayandıran Olimpiya çempionumuz Hidayət Heydərov bununla bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb: . "Doğma vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindir

07.10.2026 230
.