"1 yaşdan yuxarı uşaqlarda uzunmüddətli əmzik istifadəsi dişlərin çıxmasına mənfi təsir göstərə bilər" - Pediatr

"1 yaşdan yuxarı uşaqlarda uzunmüddətli əmzik istifadəsi dişlərin çıxmasına mənfi təsir göstərə bilər" - PediatrƏmzik uşaqlar üçün sakitləşdirici vasitə olsa da, həkimlər onun uzunmüddətli istifadəsinin bir sıra mənfi təsirləri ola biləcəyini bildirirlər. Əmzikdən istifadə körpənin ilk aylarında faydalı sayılsa da, müəyyən yaşdan sonra tərgitmək vacibdir.

Pediatr Nigar Əsədova BiG.AZ-a bildirib ki, əmzik əsasən 6 aya qədər körpənin emosional rahatlığını təmin edir və ana döşünü əvəz etmir, sadəcə refleks ehtiyacını azaldır:

"6 aydan sonra uşağın əmziyə olan ehtiyacı tədricən azalmalıdır. 1 yaşdan yuxarı uşaqlarda uzunmüddətli əmzik istifadəsi dişlərin çıxmasına, diş qövsünün formalaşmasına və nitqin inkişafına mənfi təsir göstərə bilər.

Əmziyi tərgitmək üçün ən münasib dövr 9–12 ay aralığıdır. Bəzi hallarda uşaqlar 18 aya qədər əmzikdən tam ayrılır, lakin 2 yaşdan sonra istifadə artıq zərərli sayılır.

Uşağı əmzikdən birdən-birə ayırmaq əvəzinə, tədricən azaltmaq daha məqsədəuyğundur. Gündüz saatlarında əmzik verməmək, yatmazdan əvvəl isə onu yavaş-yavaş əvəzləyici üsullarla oyuncaqlar və ya sakit musiqi ilə əvəz etmək daha az stres yaradır".

Əmziyin uzun müddət istifadəsi dişlərin önə əyilməsi, çənə formasının dəyişməsi və nitq problemləri kimi ortodontik fəsadlara səbəb ola bilər.

Uşaqlar əmziyi ən geci 1 yaş yarımına qədər tərgitməlidirlər, çünki bu dövrdən sonra əmzikdən uzaqlaşmaq həm fiziki, həm də psixoloji inkişaf baxımından daha sağlam hesab olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 880   Tarix: 21 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məhkəmə qərarından narazı qalanlar bunu bilməlidir

"Məhkəmədə iddia qaldırmış şəxs məhkəmənin qəbul etdiyi qərar, qərardad, qətnamə və digər məhkəmə aktları ilə razılaşmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin məhkəmə aktından yuxarı məhkəmə instansiyasına şikayət verə bilər. Bu, şəxsin öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçü

07.10.2026 233
.

Co Baydenin son durumu AÇIQLANDI

ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi ilə bağlı son müalicəsinin nəticələrini açıqlayıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Bayden bildirib ki, ötən ilin payızında aldığı şüa müalicəsi "nəzərdə tutulduğu kimi nəticə verib". O, həkimlərə və digər tibb işçilərinə təşəkkü

07.10.2026 271
.

Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

07.10.2026 244
.

120 illik avtomobil markası tarixə qovuşdu

ABŞ-ın Roçester şəhərində 120 ilə yaxın tarixə malik beynəlxalq avtomobil sərgisinin fəaliyyəti dayandırılıb. xarici mediaya istinadla xəbər verir ki, təşkilatçılar sərginin keçirilməsinin artıq iqtisadi baxımdan sərfəli olmadığını bildiriblər. Uzun illər minlərlə avtomobil həvəskarını bir araya gətirə

07.10.2026 244
.

Onları polislə hədələdi

Müğənni Tacir Şahmalıoğlunun xeyli çəki atması uzun müddətdir müzakirə olunur. Axşam.az xəbər verir ki, sənətçi bir müddət əvvəl əməliyyat olunduğunu və diabet problemi olduğu üçün çəki atmalı olduğunu açıqlayıb. Lakin sosial şəbəkələrdə ifaçının ağır xəstəlikdən əziyyət çəkdiyi iddia olunub. T.Şahmalıoğlunu

07.10.2026 373
.

"Doğma vətəndə uduzmaq ağırdır" - Hidayət Heydərov

Dünya çempionatında erkən uduzaraq mübarizəni dayandıran Olimpiya çempionumuz Hidayət Heydərov bununla bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb: . "Doğma vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindir

07.10.2026 230
.

Limon suyu: onu qida rasionuna daxil etmək üçün 6 səbəb

Limon suyu sadəcə suyun və ya salatın dadını yaxşılaşdırmaq üçün istifadə olunan əlavə deyil. Onun tərkibində C vitamini, antioksidantlar, kalium və limon turşusu var. xarici mediaya istinadən xəbər verir ki, bu maddələr orqanizmdə bir sıra vacib proseslərin normal gedişini dəstəkləyə bilər. Bir neç

07.10.2026 259
.

İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gedib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Türkmənistanın baş nazirini

10:10 54
.

Yumurta bişirəndə bu səhvləri etməyin

Yumurta bişirərkən edilən səhvlərin əksəriyyəti onun qida dəyərini yox, dadını, görünüşünü və konsistensiyasını korlayır. xəbər verir ki, yumurta zülal, vitaminlər və xolin kimi faydalı mikroelementlərlə zəngin qidalardan biridir. Yumurta çox bişiriləndə bütün faydasını itirir fikri isə doğru deyil

07.10.2026 284
.