"Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzində "möcüzəli dərd"lər artıb...

"Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzində "möcüzəli dərd"lər artıb...Hələ Sahil Babayevin dövründə Əmək və Əhalinin Sosail Müdafəsi Nazirliyinin (ƏƏSMN) "yükü" olan "Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzinin indi də yeni nazir Anar Əliyevin, hətta rayonun icra başçısının başına bəla olması barədə xəbər yayılıb.

Bu barədə Mia.az-ın poçtuna daxil olan məktubda deyilir ki, bu sanatoriyada ötən illərdəki xoşagəlməz hallar bu gün də davam etməkdədir:

"Hörmətli media nümayəndələri! Ümid edirəm, müraciətim sizin vasitənizlə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə çatacaq. Dövlət başçısına müraciət etməyimizin səbəbi əlaqədar qurumların müraciətimizlə bağlı hərəkətsizliyidir. Söhbət "Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzi adı ilə fəaliyyət göstərən, lakin antisanitariyanın hökm sürdüyü, ciddi maliyyə pozuntularının olması barədə iddiaların olduğu "sanatoriyadan" gedir.

Obyektin rəhbəri Elşən Əmiralanovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqəyə girib "otkad" əməliyyatları həyata keçirir.Sanatoriyada natəmizlik barədə dəfələrlə şikayət etsək də nəticəsi yoxdur.

Bu il sanatoriyaya üz tutan yüzlərlə pasiyent narazı qayıdır. Əksəriyyəti də sözegedən Nazirliyin xətti ilə gələn qazilər, əlillər və şəhid ailələridir.

İddialarımızı sübut etməyə hazırıq. Sanatoriyada antisanitariya, keyfiyyətsiz qidalanma, başıpozuqluq pasiyentləri boğaza yığdı.

Şikayət edənlərlə də müəssisənin rəhbəri kobud davranıb. Dərd ondadır ki, yerli icra hakimiyyəti də onlardan gələn şikayəti qulaqardına vurur. Sanatoriyanın rəhbəri Elşən Əmiralanov və onun avtoş oğlu Qoca Əmiraslanov rayonda hamının yanında İcra Hakimiyyəti də daxil olmaqla, hamının hesabını çatdırdıqlarını iddia edirlər.

Həmin qurumlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını xüsusi çəkirlər. Hər göndərilən xəstəyə görə guya "haqq" ödədikləri deyilir. Doğrudanmı, belə mötəbər nazirlik bu cür yollara gedir?!

Xahiş edirik, həmin müəssisənin işi və onun İcra Hakimiyyəti ilə qaranlıq əlaqələrinin araşdırılmasına yardımçı olsanız!"

Xatırladaq ki, bir neçə il əvvəl də bu sanatoriyadan narazılıq, eyni zamanda, antisanitariya ilə bağlı rəsmi qurumların yoxlaması olub.

Yoxlama ilə "Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi"ndə ciddi nöqsanlar aşkar edilib: "Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, həmçinin sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçilərin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib. Eyni zamanda, müəssisənin qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu qaydalarına əməl edilmədiyi, istehlak üçün nəzərdə tutulmuş ət və ət məhsullarının, süd və süd məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçmədiyi və istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb".

Qida Təhlükəsizliyi Agentliyi məhz sadalanan bu neqativ hallarla bağlı müəssisəni cəzalandırıb.

Məsələyə ilə bağlı araşdırmamız davam edəcək.

Qarşı tərəfin münasibətini də yazıya əlavə etməyə hazırıq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1466   Tarix: 22 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bizi daha xoşbəxt edəcək dost tipi AÇIQLANDI

Son vaxtlar insanlar əvvəlcədən uzun-uzadı razılaşmalar tələb etməyən, daha sadə və sərbəst dostluqlar üçün darıxdıqlarını daha çox etiraf edirlər. Söhbət yaxın insanın qəfil bir fincan çay içməyə gəlməsindən, qəhvə içməyi təklif etməsindən və ya hər dəqiqəni söhbətlə doldurmağa çalışmadan sadəcə bi

07.10.2026 303
.

Co Baydenin son durumu AÇIQLANDI

ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi ilə bağlı son müalicəsinin nəticələrini açıqlayıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Bayden bildirib ki, ötən ilin payızında aldığı şüa müalicəsi "nəzərdə tutulduğu kimi nəticə verib". O, həkimlərə və digər tibb işçilərinə təşəkkü

07.10.2026 271
.

İran ordusu: Bölgədə vura biləcəyimiz yeni hədəflər siyahısı hazırlamışıq

"İran ordusu mütəmadi olaraq regionda qabaqlayıcı zərbələrə məruz qala biləcək potensial düşmən hədəflər siyahısına düzəlişlər və dəqiqləşdirmələr edir". Teleqraf xəbər verir ki, bu barədə "Al Mayadeen"ə İran Silahlı Qüvvələrindən bildirilib. "İran ordusu düşmən hədəflərlə bağl

07.10.2026 287
.

Məhkəmə qərarından narazı qalanlar bunu bilməlidir

"Məhkəmədə iddia qaldırmış şəxs məhkəmənin qəbul etdiyi qərar, qərardad, qətnamə və digər məhkəmə aktları ilə razılaşmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin məhkəmə aktından yuxarı məhkəmə instansiyasına şikayət verə bilər. Bu, şəxsin öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçü

07.10.2026 233
.

Azərbaycan-Ermənistan sülhündə son düyün: "Bakı bu məsələdə haqlıdır"

Yerdə de-fakto sülh mövcuddur, lakin dönməz sülhə gedən yolda mühüm maneə hələ də aradan qaldırılmalıdır. Teleqraf xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Finlandiyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər zaman

07.10.2026 253
.

"Bağça uşaq saxlamaq yeri deyil" - Ekspert SƏRT TƏNQİD ETDİ

Azərbaycanda məktəbəqədər təhsilə maraq və bu sahədə fəaliyyət göstərən müəssisələrin sayı son illərdə artmaqdadır. Dövlət bağçaları ilə yanaşı, özəl məktəbəqədər təhsil müəssisələri də uşaqların erkən yaş dövründə təhsil və sosial bacarıqlar qazanmasına imkan yaradır. Uşağın şəxsiyyət kimi formalaşmağ

07.10.2026 242
.

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə

07.10.2026 345
.

Uşaqlıq FOTOSUDUR: İndi məşhur aktyordur

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun uşaqlıq illərinə aid fotosu gündəm olub. xəbər verir ki, Tatlıtuğun uşaqlıq görünüşü ilə indiki halı arasındakı oxşarlıq sosial şəbəkə istifadəçilərində maraq yaradıb. Onun azyaşlı vaxtlarında çəkilmiş fotosunda üz cizgilərinin illər ərzində çox dəyişmədiy

07.10.2026 295
.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

07.10.2026 371
.