Görmə məhdudiyyəti olan şagird məktəbin pəncərəsindən yıxıldı
Anadangəlmə görmə məhdudiyyəti olan məktəbli təhsil aldığı internatda pəncərədən yıxılıb.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə 5 nömrəli Respublika xüsusi internat məktəbində baş verib.
Ciddi xəsarət alan uşaq təcili xəstəxanaya çatdırılıb.
Valideyn Asim Seyidov iddia edir ki, oğlu 2-ci mərtəbədə pəncərədən yıxılmazdan əvvəl yarım saat nəzarətsiz qalıb. O, bu məsələdə müəllimləri ittiham edir. Valideynin iddiasına görə, hadisəyə səbəb uşaqlar arasındakı narazılıq olub.
Asim Seyidov deyir ki, görmə qabiliyyəti tam və qismən məhdud olan uşaqların təhsil aldığı 5 nömrəli Respublika xüsusi internat məktəbinin birinci mərtəbəsindəki pəncərələrdə məhəccərlər olsa da, ikinci mərtəbədə bu məsələ gözdən qaçıb.
Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin VII sinif şagirdi oktyabrın 20-də II mərtəbənin pəncərəsindən yıxılıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Həmçinin məktəbin Pedaqoji şurası çağrılaraq müəllimlərlə söhbət aparılıb, şagirdlərin təhlükəsizliyinin təmin olunmasına diqqətin daha da artırılması istiqamətində müvafiq tapşırıqlar verilib. O da qeyd olunub ki, hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.
Məktəbin 2-ci mərtəbəsində pəncərələrin məhəccərlərinin olmaması məsələsinə gəldikdə isə Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, təhsil müəssisələrinin bina və qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları qanunla tənzimlənir. Belə ki, 2004-cü ildən etibarən təhsil müəssisələrinin binalarında, tikililərində və otaqlarında pəncərələrdə açılmayan dəmir barmaqlıqların quraşdırılması qadağan olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 783 Tarix: 23 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBizi daha xoşbəxt edəcək dost tipi AÇIQLANDI
Son vaxtlar insanlar əvvəlcədən uzun-uzadı razılaşmalar tələb etməyən, daha sadə və sərbəst dostluqlar üçün darıxdıqlarını daha çox etiraf edirlər. Söhbət yaxın insanın qəfil bir fincan çay içməyə gəlməsindən, qəhvə içməyi təklif etməsindən və ya hər dəqiqəni söhbətlə doldurmağa çalışmadan sadəcə bi
07.10.2026 303 Co Baydenin son durumu AÇIQLANDI
ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi ilə bağlı son müalicəsinin nəticələrini açıqlayıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Bayden bildirib ki, ötən ilin payızında aldığı şüa müalicəsi "nəzərdə tutulduğu kimi nəticə verib". O, həkimlərə və digər tibb işçilərinə təşəkkü
07.10.2026 271 İran ordusu: Bölgədə vura biləcəyimiz yeni hədəflər siyahısı hazırlamışıq
"İran ordusu mütəmadi olaraq regionda qabaqlayıcı zərbələrə məruz qala biləcək potensial düşmən hədəflər siyahısına düzəlişlər və dəqiqləşdirmələr edir". Teleqraf xəbər verir ki, bu barədə "Al Mayadeen"ə İran Silahlı Qüvvələrindən bildirilib. "İran ordusu düşmən hədəflərlə bağl
07.10.2026 287 Məhkəmə qərarından narazı qalanlar bunu bilməlidir
"Məhkəmədə iddia qaldırmış şəxs məhkəmənin qəbul etdiyi qərar, qərardad, qətnamə və digər məhkəmə aktları ilə razılaşmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin məhkəmə aktından yuxarı məhkəmə instansiyasına şikayət verə bilər. Bu, şəxsin öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçü
07.10.2026 233 Azərbaycan-Ermənistan sülhündə son düyün: "Bakı bu məsələdə haqlıdır"
Yerdə de-fakto sülh mövcuddur, lakin dönməz sülhə gedən yolda mühüm maneə hələ də aradan qaldırılmalıdır. Teleqraf xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Finlandiyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər zaman
07.10.2026 253 "Bağça uşaq saxlamaq yeri deyil" - Ekspert SƏRT TƏNQİD ETDİ
Azərbaycanda məktəbəqədər təhsilə maraq və bu sahədə fəaliyyət göstərən müəssisələrin sayı son illərdə artmaqdadır. Dövlət bağçaları ilə yanaşı, özəl məktəbəqədər təhsil müəssisələri də uşaqların erkən yaş dövründə təhsil və sosial bacarıqlar qazanmasına imkan yaradır. Uşağın şəxsiyyət kimi formalaşmağ
07.10.2026 242 Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə
07.10.2026 345 Uşaqlıq FOTOSUDUR: İndi məşhur aktyordur
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun uşaqlıq illərinə aid fotosu gündəm olub. xəbər verir ki, Tatlıtuğun uşaqlıq görünüşü ilə indiki halı arasındakı oxşarlıq sosial şəbəkə istifadəçilərində maraq yaradıb. Onun azyaşlı vaxtlarında çəkilmiş fotosunda üz cizgilərinin illər ərzində çox dəyişmədiy
07.10.2026 295 Aqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
07.10.2026 371