"Ana südü uşağın diş sağlamlığının təməlini qoyur" - Stomatoloq

"Ana südü uşağın diş sağlamlığının təməlini qoyur" - StomatoloqUşaqların diş sağlamlığının qorunmasında ana südü mühüm rol oynayır. Ana südü yalnız qidalandırıcı mənbə deyil, həm də diş və diş ətinin inkişafına təsir edən təbii müdafiə vasitəsidir.

Stomatoloq Günel Qasımova BiG.AZ-a bildirib ki, ana südündə olan təbii maddələr uşağın immun sistemini gücləndirir və ağız boşluğunda bakteriyaların çoxalmasının qarşısını alır:

"Ana südü uşağın orqanizminə kalsium, fosfor və D vitamini kimi vacib elementləri ötürür. Bu maddələr süd dişlərinin daha möhkəm və sağlam çıxmasına kömək edir. Eyni zamanda, südün tərkibindəki antikorlar ağız boşluğundakı infeksiyaları azaldır.

Uzunmüddətli ana südü ilə qidalanma dişlərin çıxma prosesini də asanlaşdırır. Əmmə hərəkəti çənə əzələlərini inkişaf etdirir, bu da sonradan düzgün diş düzülüşünə müsbət təsir göstərir. Lakin uşağın bir yaşından sonra gecə tez-tez əmizdirilməsi, xüsusilə dişlər çıxdıqdan sonra, ağızda süd qalığı yarada bilər. Bu isə kariyes riskini artırır.

Dişlər çıxdıqdan sonra uşağın ağzı hər əmizdirmədən sonra təmiz, nəm tənziflə silinməli və 1 yaşdan etibarən uşaqlar diş fırçasına alışdırılmalıdır.

Ana südü uşağın diş sağlamlığı üçün ən təbii qoruyucu vasitədir. Amma valideynlər gigiyena qaydalarına diqqət etməsələr, bu üstünlük əksinə, diş problemlərinə çevrilə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 628   Tarix: 27 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

GDU-nun tələbəsi vəfat etdi - Foto

Gəncə Dövlət Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, universitetdə təhsil alan 199-cu il təvəllüdlü Əlizadə Fərman Etibar oğlu dünyasını dəyişib. Onun hansı səbəbdən həyatını itirməsi bildirilməyib. Qeyd edək ki, F.Əlizadə Birinci Qarabağ müharibəsi qazisi, Cəbrayı

23.03.2026 671
.

Raketin üzərinə fotosunu vurub təşəkkür etdilər - Video

İran hərbçiləri istifadə etdikləri raketlərin üzərinə İspaniya Baş naziri Pedro Sançesin fotosunu vurublar. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb. Raketlərin üzərində Sançesin fotosu ilə yanaşı onun ABŞ və İsrailin İranla bağlı həyata keçirdiyi əməliyyat

23.03.2026 634
.

Niyə ilk insanlar bugünkü kimi deyildi? - Alimlər cavab verdi

Alimlər ən qədim insan növlərindən birinin təsnifatını şübhə altına alırlar. 1964-cü ildə əfsanəvi paleoantropoloq Luis Liki Tanzaniyada tapılan 2 milyon illik çənə sümüyünü Homo habilis (bacarıqlı insan) adlandırıb. Qaynarinfo "IFLScience" jurnalına istinadən xəbər verir ki, bu növ hazırd

23.03.2026 524
.

Neft kəskin ucuzlaşmadan sonra yenidən bahalaşdı

Neft qiymətləri ötən gün kəskin ucuzlaşmadan sonra yenidən bahalaşıb. xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:13-ə qədər Londonun ICE birjasında may ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 3.84 dollar (3.84%

14:00 157
.

Polkovnik-leytenant haqda - Yeni qərar

Siqaret qaçaqmalçılığında ittiham olunan polkovnik-leytenant Zaur Gülməmmədovun həbsdə saxlanılma müddəti uzadılıb. "Qafqazinfo"nun məlumatına görə, məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib. Z.Gülməmmədovun həbs müddəti daha 3 ay artırılıb. Qeyd edək ki, polkovnik-leytenan

23.03.2026 522
.

Çempionlar Liqası klubları indiyə qədər nə qədər qazanıb?

Çempionlar Liqasının 1/8 final mərhələsinin final oyunları ötən həftə başa çatdı. bildirir ki, Avropanın aparıcı yarışı uğrunda mübarizəni davam etdirəcək səkkiz şanslı komandaları müəyyənləşib. "Bavariya", "Arsenal", "Liverpul", PSJ, "Real", "Barselona"

13:00 200
.

KİV: Tramp GİZLİCƏ İranın yeni ali liderini seçib

ABŞ İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafı bu ölkənin yeni ali lideri postuna namizəd kimi nəzərdən keçirir. xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb. "Ağ Evdə bəzi rəsmilərin fikrincə, Qalibaf İrana rəhbərlik etməyə və müharibənin növbət

11:26 286
.

Dünya nefti təhlükədə: "Chevron"un baş direktoru ABŞ-İran müharibəsinin nəticələrindən DANIŞDI

Yaxın Şərqdəki müharibə qlobal enerji bazarında ciddi fasilələrə səbəb olub. ABŞ-ın İranla müharibəsi qlobal neft bazarında Rusiyanın Ukraynaya qarşı müharibəsindən daha ciddi sarsıntılara səbəb olub. -ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə "Chevron" şirkətinin baş direktoru May

11:15 221
.

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Rusiya alimləri yeraltı temperatur sensorları vasitəsilə zəlzələləri proqnozlaşdırmağı öyrəniblər - bu yenilik seysmik fəlakətlər zamanı insanların xəsarət almasının və həlak olmasının qarşısını almağa kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, 30 il davam edən araşdırma zamanı mütəxəssislə

11:45 222
.

TOP MP3