Erkən nikahlar ciddi cəzalandırılır – cərimə və həbs müddətləri

Erkən nikahlar ciddi cəzalandırılır – cərimə və həbs müddətləri"Azərbaycanda erkən nikahlarla bağlı qanunvericiliyin pozulmasına görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur".

Bunu BiG.AZ-a açıqlamasında vəkil Rəşad Əliyev bildirib.

"İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən, 16 yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmaq inzibati məsuliyyət yaradır. Bu əməli törədən valideynlər, qəyyumlar və ya yetkinlik yaşına çatmış şəxslər 1000 manatdan 2000 manatadək cərimə edilir və ya 1 aydan 2 ayadək inzibati həbs tətbiq oluna bilər.

Bu hallar üzrə protokol Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ya Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunur və məhkəməyə göndərilir.
Eyni zamanda, bu məsuliyyət yalnız zərərçəkmiş şəxs və evliliyə daxil olmaq istəyən yetkinlik yaşına çatmış şəxsin yaş fərqi 5 ildən çox olduqda yaranır.

Bundan əlavə, erkən evliliklə bağlı mərasimlərin keçirilməsi də inzibati məsuliyyət daşıyır.
İXM-nin 189-2.1-ci maddəsinə əsasən, bu cür mərasimlərin (nişan, toy və s.) keçirilməsinə görə:

fiziki şəxslər 1000–1500 manat,

vəzifəli şəxslər 3000–4000 manat,

hüquqi şəxslər isə 6000–9000 manat məbləğində cərimə olunur.

Əgər bu pozuntu bir il ərzində təkrar törədilərsə, daha ağır cərimələr tətbiq edilir.
Bu maddədə "erkən evlilik" dedikdə, yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq nəzərdə tutulur.

Eyni zamanda, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbin kəsilməsi də cəzalandırılır:

ilk dəfə törədildikdə — 1000 manat,

təkrar törədildikdə — 2000 manat cərimə və ya 15 gündən 1 aya qədər inzibati həbs tətbiq edilir.

Nikaha və ya erkən evliliyə məcbur etmə isə artıq cinayət məsuliyyəti yaradır.
Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsinə əsasən, bu əmələ görə 2000–3000 manat cərimə və ya 2 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Eyni əməlin nikah yaşına çatmayan şəxsə qarşı törədilməsi (176-1.2) isə daha ağır sayılır və 3000–4000 manat cərimə və ya 4 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan başqa, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili Cinayət Məcəlləsinin 176-2-ci maddəsinə əsasən cinayət əməli sayılır və bu halda:

təqsirli şəxs 2000–3000 manat cərimə,

və ya 2 ilədək azadlığın məhdudlaşdırılması,

yaxud 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1374   Tarix: 28 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.