62 yaşlı ilanın geridə qoyduğu sirli miras
2021-ci ildə Missurinin Sent-Luis zooparkı özünün ən məşhur sakinlərindən biri ilə vidalaşdı. Heyvanxanalarda yaşamış ən yaşlı ilan hesab edilən bu krallıq pitonu, 62 illik ömrünün son mərhələsində belə elm aləmini heyrətləndirən bir hadisəyə imza atmışdı.
Qaynarinfo xəbər verir ki, adətən "Python regius" növünə aid krallıq pitonlarının orta ömür müddəti 30 il civarındadır. Buna görə də 60 yaşı aşması artıq qeyri-adi hal sayılırdı. Lakin onun əsl şöhrəti, ölümündən yalnız bir il əvvəl – 2020-ci ildə yumurta qoyması xəbəri ilə gəlib.
Bu yaşlı ilanın yumurtlaması təkcə yaşı baxımından möcüzə hesab olunmurdu. Ən maraqlı məqam o idi ki, heyvanxana qeydlərinə əsasən, ilan artıq 15 ildir öz növündən heç bir erkəklə təmasda olmamışdı. Buna baxmayaraq, yumurtaların sağlam olması dərhal nadir bir bioloji prosesi gündəmə gətirib – partenogenez hadisəsini.
Sent-Luis zooparkının herpetologiya şöbəsinin rəhbəri Mark Vanner həmin dövrdə açıqlamasında bu ilanın məlum olan ən yaşlı ilan olduğunu bildirmişdi. Onun uzunömürlülüyünə əlavə olunan bu sirli doğum hadisəsi, ilanı demək olar ki, bioloji fenomenə çevirib.
Bakirə doğuş: partenogenez nədir?
Yunanca "bakirə yaradılış" mənasını verən partenogenez döllənməyə ehtiyac olmadan yumurta hüceyrəsinin birbaşa embrion halına keçməsi ilə baş verən cinsi olmayan çoxalma formasıdır. Bu proses adətən "otomiksi" adlı mexanizm vasitəsilə gerçəkləşir.
Otomiksi zamanı yumurta hüceyrəsi əmələ gələrkən ortaya çıxan və normalda itib gedən "qütb cisimcikləri" ilə birləşir. Nəticədə doğulan balalar anaya çox bənzəyir, lakin onun tam surəti olmur və adətən hamısı dişi olur.
Heyvanxana əməkdaşları ilanın ölümündən sonra belə bu hadisənin səbəbini araşdırmaqdan vaz keçməyib. Yumurtalardan sağ qalan balanın öyrənilməsi üçün universitet səviyyəsində genetik tədqiqat başladılıb. Məqsəd, bu doğumun həqiqətən partenogenez nəticəsindəmi, yoxsa başqa nadir bir bioloji mexanizmin məhsulumu olduğunu müəyyən etməkdir.
Göründüyündən daha yayğındır
Uzun müddət çox nadir bioloji hadisə kimi qəbul edilən partenogenez bu gün elm adamları tərəfindən əvvəl düşünüləndən daha geniş yayılmış bir proses kimi tanınır. Artıq onun yalnız arılar və su ayıları ("tardiqradlar") kimi canlılarda deyil, 80-dən çox müxtəlif növdə müşahidə olunduğu məlumdur. Bəzi hallarda dişi heyvanlar, erkəklərə çıxış imkanı olsa belə, təkbaşına çoxalmağı "seçirlər".
Lakin partenogenez, dişilərin erkəksiz çoxalmasının yeganə yolu deyil. Bəzi ilan və tısbağa növləri spermanı və ya döllənmiş yumurtaları bədənlərində illərlə saxlayaraq, münasib şərait yarandıqda hamiləlik prosesini başlada bilirlər.
Bu yaşlı krallıq pitonunun doğuşunun partenogenez nəticəsindəmi, yoxsa illər əvvəl bədənində qalmış spermin aktivləşməsi iləmi baş verdiyi, elm adamlarının cavab tapmağa çalışdığı ən böyük sirr olaraq qalır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1071 Tarix: 28 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAleyna Tilki sevgi həyatından DANIŞDI: "Küçədə heç kimlə əl-ələ gəzməmişəm"
Türkiyəli məşhur müğənni Aleyna Tilki şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, gənc yaşlarından musiqi dünyasında tanınan ifaçı hazırda həyatında heç kimin olmadığını bildirib. Aleyna Tilki indiyədək sevgilisi ilə küçədə əl-ələ gəzmədiyini də etiraf edib. "Sevgilim yoxdur
07.10.2026 229 "Minlərlə ailə illərdir gözü yolda qalıb" - Zahid Orucdan Ermənistana TƏLƏB
Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həllind
07.10.2026 427 Aqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
07.10.2026 321 İran: ABŞ etimadı bərpa etməlidir
İran ABŞ-la danışıqlarda artıq "kifayət qədər güzəştə getdiyini" bildirib. İranın keçmiş diplomatı Hadi Əfqahi deyib ki, bundan sonra etimadı bərpa etmək ABŞ-ın üzərinə düşür. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əfqahi bildirib ki, İran ABŞ-la apardığı danışıqların dəfələrlə müharib
07.10.2026 192 Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" platforması Gürcüstana səfər edənlərə sərhəd tələblərinə uyğun səyahət sığortasını tam onlayn formada təqdim edir. İstifadəçilər sığort
07.10.2026 187 Bizi daha xoşbəxt edəcək dost tipi AÇIQLANDI
Son vaxtlar insanlar əvvəlcədən uzun-uzadı razılaşmalar tələb etməyən, daha sadə və sərbəst dostluqlar üçün darıxdıqlarını daha çox etiraf edirlər. Söhbət yaxın insanın qəfil bir fincan çay içməyə gəlməsindən, qəhvə içməyi təklif etməsindən və ya hər dəqiqəni söhbətlə doldurmağa çalışmadan sadəcə bi
07.10.2026 173 ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı
ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd
07.10.2026 144 Ən sürətli 5 quş: şahin 389 km/saat sürət yığır, amma...
Düşünürsünüz ki, şahin sürət baxımından mütləq rekordçudur? Şaquli dalış zamanı - bəli. Lakin üfüqi uçuşda o, hətta ilk üçlüyə də düşmür. İynəquyruqlu uzunqanadlı onu demək olar ki, iki dəfə qabaqlayır. xarici mediaya istinadən xəbər verir ki, şahin dalış uçuşunda mütləq rekordçu hesab olunur. O, saatd
07.10.2026 178 Ov mövsümü başlayır
"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla
07.10.2026 152