Məktəbəqədər təhsil: kiçik hadisələr böyük problemlər yaratmamalıdır
"Məktəbəqədər təhsil müəssisələri ölkədə təhsilin ən həssas və diqqət tələb edən pillələrindən biridir. Hazırda bu müəssisələr uşaqların yalnız çox cüzi hissəsini əhatə edir. Ölkədə 1950-yə qədər dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir, eyni zamanda özəl müəssisələrin sayı isə günü-gündən artır. Dövlət bu sahədə müəyyən təşviqedici tədbirlər həyata keçirir".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib.
O, qeyd edib ki, məktəbəqədər təhsilə cəlb edilən uşaqların sayı həm dövlət, həm də özəl müəssisələri nəzərə aldıqda uşaqların 10%-ni belə əhatə etmir. Bu sahədə ciddi tədbirlərin görülməsi vacibdir:
"Özəl müəssisələrdə uşaqların üzləşdiyi bəzi hadisələr isə diqqətsizliyin nəticəsi olaraq baş verir. Uşaqların yıxılması və yaralanması kimi halların müəyyən şəraitdə meydana gəlməsi mümkündür. Bu, tərbiyəçinin qəsdən yaratdığı problem deyil, sadəcə nəzarət və şərait məsələsidir.
Bir müəssisədə baş verən belə hadisə digər müəssisələrdə də eyni problemlərin olduğunu göstərmir. Ona görə də ictimaiyyətin hər hadisəni ümumi qayda kimi qiymətləndirməsi düzgün deyil. Əsas odur ki, hər bir hadisə fərdi olaraq analiz edilsin: uşaq tərbiyəçidən asılı olaraq yaralanıb, yoxsa ona kifayət qədər nəzarət edilməyib?
Cəmiyyət olaraq məktəbəqədər təhsil müəssisələrinə qarşı loyal və obyektiv yanaşmaq vacibdir. Təhsil müəssisələrini hər addımda günahlandırmaq, "təhsil yoxdur" kimi fikirlər səsləndirmək düzgün deyil. Məqsəd uşaqlar üçün təhlükəsiz və keyfiyyətli təhsil şəraiti yaratmaq olmalıdır, kiçik hadisələri isə ümumi problem kimi qələmə verməmək lazımdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1318 Tarix: 29 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAleyna Tilki sevgi həyatından DANIŞDI: "Küçədə heç kimlə əl-ələ gəzməmişəm"
Türkiyəli məşhur müğənni Aleyna Tilki şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, gənc yaşlarından musiqi dünyasında tanınan ifaçı hazırda həyatında heç kimin olmadığını bildirib. Aleyna Tilki indiyədək sevgilisi ilə küçədə əl-ələ gəzmədiyini də etiraf edib. "Sevgilim yoxdur
07.10.2026 229 "Minlərlə ailə illərdir gözü yolda qalıb" - Zahid Orucdan Ermənistana TƏLƏB
Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həllind
07.10.2026 427 Aqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
07.10.2026 321 İran: ABŞ etimadı bərpa etməlidir
İran ABŞ-la danışıqlarda artıq "kifayət qədər güzəştə getdiyini" bildirib. İranın keçmiş diplomatı Hadi Əfqahi deyib ki, bundan sonra etimadı bərpa etmək ABŞ-ın üzərinə düşür. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əfqahi bildirib ki, İran ABŞ-la apardığı danışıqların dəfələrlə müharib
07.10.2026 192 Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" platforması Gürcüstana səfər edənlərə sərhəd tələblərinə uyğun səyahət sığortasını tam onlayn formada təqdim edir. İstifadəçilər sığort
07.10.2026 187 Bizi daha xoşbəxt edəcək dost tipi AÇIQLANDI
Son vaxtlar insanlar əvvəlcədən uzun-uzadı razılaşmalar tələb etməyən, daha sadə və sərbəst dostluqlar üçün darıxdıqlarını daha çox etiraf edirlər. Söhbət yaxın insanın qəfil bir fincan çay içməyə gəlməsindən, qəhvə içməyi təklif etməsindən və ya hər dəqiqəni söhbətlə doldurmağa çalışmadan sadəcə bi
07.10.2026 173 ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı
ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd
07.10.2026 144 Ən sürətli 5 quş: şahin 389 km/saat sürət yığır, amma...
Düşünürsünüz ki, şahin sürət baxımından mütləq rekordçudur? Şaquli dalış zamanı - bəli. Lakin üfüqi uçuşda o, hətta ilk üçlüyə də düşmür. İynəquyruqlu uzunqanadlı onu demək olar ki, iki dəfə qabaqlayır. xarici mediaya istinadən xəbər verir ki, şahin dalış uçuşunda mütləq rekordçu hesab olunur. O, saatd
07.10.2026 178 Ov mövsümü başlayır
"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla
07.10.2026 152