Söyüş üstündə qonşusunu öldürən HAKİM QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Rzayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim heyətində dəyişiklik edildiyi elan olunaraq məhkəmə istintaqının yenidən başlanılması bildirilib.
Qeyd edək, cinayət işi daha əvvəl hakim Anar Sadıqovun icraatında olub. Anar Sadıqovun hakimlik fəaliyyətinə xitam verildiyi üçün cinayət işi hakim Vüqar Seyidovun icraatına verilib.
Təqsirləndirilənin anket məlumatları dəqiqləsdirildikdən sonra iş məhkəmə baxışına verilib. Daha sonra prokuror ittiham aktını elan edib.
Təqsirləndirilən şəxsə sərbəst ifadə üçün söz verilsə də daha əvvəlki icraatda verdiyi ifadəsini təsdiq edərək, yenidən ifadə vermək istəmədiyini bildirib.
Bundan sonra növbəti məhkəmə 12 noyabr saat 11:00-a təyin edilib.
Xatırladaq ki, hadisə 2024-cü ilin dekabrında Bakının Yasamal rayonunun ərazisində qeydə alınıb. Paytaxt sakini Bəyiş Quliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu Elşən Rzayev saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində CM-nin 120.2 (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb. İttihama əsasən, tərəflər arasında mübahisə E.Rzayevə məxsus avtomobili B.Quliyevin idarə etdiyi zaman törədilən yol hərəkəti qaydası pozuntusuna görə yaranıb. Qayda pozuntusuna görə avtomobil sahibi cərimələndiyi üçün E.Rzayev narazılıq edib. Bir neçə gün sonra tərəflər aralarında yaranmış gərginliyi aradan qaldırmaq üçün görüşsələr də, mübahisə yenidən alovlanıb. Bu zaman B.Quliyev E.Rzayevə qarşı nalayiq ifadələr işlətdiyi üçün təqsirləndirilən şəxs ona iki bıçaq zərbəsi endirib.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Fərqanə Novruzova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 885 Tarix: 29 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAleyna Tilki sevgi həyatından DANIŞDI: "Küçədə heç kimlə əl-ələ gəzməmişəm"
Türkiyəli məşhur müğənni Aleyna Tilki şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, gənc yaşlarından musiqi dünyasında tanınan ifaçı hazırda həyatında heç kimin olmadığını bildirib. Aleyna Tilki indiyədək sevgilisi ilə küçədə əl-ələ gəzmədiyini də etiraf edib. "Sevgilim yoxdur
07.10.2026 229 "Minlərlə ailə illərdir gözü yolda qalıb" - Zahid Orucdan Ermənistana TƏLƏB
Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həllind
07.10.2026 427 Aqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
07.10.2026 321 İran: ABŞ etimadı bərpa etməlidir
İran ABŞ-la danışıqlarda artıq "kifayət qədər güzəştə getdiyini" bildirib. İranın keçmiş diplomatı Hadi Əfqahi deyib ki, bundan sonra etimadı bərpa etmək ABŞ-ın üzərinə düşür. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əfqahi bildirib ki, İran ABŞ-la apardığı danışıqların dəfələrlə müharib
07.10.2026 192 Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" platforması Gürcüstana səfər edənlərə sərhəd tələblərinə uyğun səyahət sığortasını tam onlayn formada təqdim edir. İstifadəçilər sığort
07.10.2026 187 Bizi daha xoşbəxt edəcək dost tipi AÇIQLANDI
Son vaxtlar insanlar əvvəlcədən uzun-uzadı razılaşmalar tələb etməyən, daha sadə və sərbəst dostluqlar üçün darıxdıqlarını daha çox etiraf edirlər. Söhbət yaxın insanın qəfil bir fincan çay içməyə gəlməsindən, qəhvə içməyi təklif etməsindən və ya hər dəqiqəni söhbətlə doldurmağa çalışmadan sadəcə bi
07.10.2026 173 ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı
ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd
07.10.2026 144 Ən sürətli 5 quş: şahin 389 km/saat sürət yığır, amma...
Düşünürsünüz ki, şahin sürət baxımından mütləq rekordçudur? Şaquli dalış zamanı - bəli. Lakin üfüqi uçuşda o, hətta ilk üçlüyə də düşmür. İynəquyruqlu uzunqanadlı onu demək olar ki, iki dəfə qabaqlayır. xarici mediaya istinadən xəbər verir ki, şahin dalış uçuşunda mütləq rekordçu hesab olunur. O, saatd
07.10.2026 178 Ov mövsümü başlayır
"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla
07.10.2026 152