Sağlam cəmiyyətin təməli: Qida standartlarının yenilənməsi nə vəd edir?
"Ümumiyyətlə, qida normaları və balanslaşdırılmış menyu tələbləri ilk baxışda sadə inzibati yenilik kimi görünsə də, əslində cəmiyyətin sağlam gələcəyi üçün strateji əhəmiyyət daşıyır.
Hamımıza məlumdur ki, balanslı qidalanma təhsilin keyfiyyətinə birbaşa təsir göstərir – bunu gündəlik həyatda, yaxın ətrafımızda da müşahidə edə bilərik. Məktəblərdə, uşaq bağçalarında və internat tipli müəssisələrdə uşaqların qidalanması yalnız fiziki inkişafla məhdudlaşmır".
Bunu BiG.AZ-a açıqlamasında Gənclərin Töhfəsi İctimai Birliyinin sədri və sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib.
O, qeyd edib ki, düzgün enerji balansı, vitamin və mineral qəbulu təmin edildikdə uşaqların diqqəti, yaddaşı və öyrənmə qabiliyyəti artır. Beynəlxalq araşdırmalar da göstərir ki, məktəb yaşlı uşaqlar üçün səhər yeməyi proqramlarının tətbiqi akademik nəticələri orta hesabla yüksəldir:
"Bu mənada qida normaları sadəcə mətbəx qaydaları deyil, həm də təhsilimizin nəticələrinə yönəlmiş bir sərmayədir.
Tibb müəssisələrində qida standartlarının yenilənməsi isə xəstələrin sağalma dinamikasına birbaşa təsir göstərir. Artıq xəstəxanalarda, sanatoriyalarda və reabilitasiya mərkəzlərində menyular fərdi bərpa planlarına uyğunlaşdırılacaq. Bu, diabet, ürək-damar xəstəlikləri və qidalanma pozuntuları olan pasiyentlər üçün xüsusi menyuların hazırlanmasını nəzərdə tutur.
Sosial xidmət sahəsində qidalanma normalarının artırılması isə həssas qrupların rifah səviyyəsini yaxşılaşdırır. Uşaq evləri, ahıllar evi və sosial reabilitasiya mərkəzlərində yeni normalar — xüsusən protein, vitamin və təbii məhsul nisbətlərinin artırılması — qidalanma rejiminin bərpasına imkan yaradacaq.
Bu, həm uzunmüddətli sağlamlıq xərclərinin azalması, həm də sosial ədalətin möhkəmlənməsi baxımından mühüm addımdır.
Əsas məqsəd artıq miqdara deyil, məzmuna fokuslanmaqdır. Yeni normativlərdə duz, şəkər və trans-yağ miqdarının azaldılması, yerli kənd təsərrüfatı məhsullarının payının artırılması, eləcə də ekoloji və halal tələblərin inteqrasiyası xüsusi vurğulanır.
Bu dəyişikliklərin daha bir mühüm tərəfi ictimai sağlamlıqla bağlıdır. Uşaqlıqdan balanslı qidalanma vərdişlərinin formalaşdırılması gələcəkdə piylənmə, diabet, hipertoniya və digər xroniki xəstəliklərin azalmasına səbəb olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 746 Tarix: 30 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862