Ət bazarında qonşu asılılığı: İdxalın 98%-i iki ölkədən gəlir
"Ölkəyə gətirilən diri iri buynuzlu heyvanların 65%-i Rusiyadan, 10%-i Qazaxıstandan, 25%-i isə Gürcüstandan idxal olunur. Diri xırda buynuzlu heyvanların 88%-i Gürcüstandan, 10%-i isə Rusiyadan gətirilir. Beləliklə, Azərbaycanın diri heyvan idxalının 98%-i məhz bu iki ölkənin payına düşür. Təbii ki, burada coğrafi yaxınlıq və logistika üstünlüyü mühüm rol oynayır".
Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib.
O, qeyd edib ki, təzə və soyudulmuş mal əti üzrə əsas tədarükçü ölkə Belarusiyadır. Hazırda Belarusiya Azərbaycan bazarına gətirilən təzə və soyudulmuş mal ətinin təxminən 99%-ni təmin edir:
"Dondurulmuş iri buynuzlu heyvan ətləri arasında Ukraynanın payı 70%, Braziliyanın payı isə 24%-dir.
Təzə soyudulmuş qoyun və keçi ətinin idxalında isə Monqolustan liderlik edir. Bu ölkə əhalisinin sayına nisbətdə ət istehsalına görə dünyada ön sıralarda yer alır. Buna görə də Monqolustandan ətin gətirilməsi həm iqtisadi, həm də logistika baxımından daha sərfəli hesab olunur.
Bəs niyə dondurulmuş ət daha ucuzdur?
Bunun əsas səbəbi istehlakçı davranışıdır. Əhali arasında yeni kəsilmiş ət daha keyfiyyətli sayıldığı üçün onun qiyməti bazarda "tavan qiymət" rolunu oynayır.
İdxalçılar isə bu qiymətə əsaslanaraq gətirilən ətin daha ucuz olmasını təmin etməyə çalışırlar ki, alıcıların diqqətini cəlb etsinlər. Yəni, dondurulmuş ətin ucuzluğu keyfiyyət fərqindən çox bazar strategiyası ilə bağlıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4922 Tarix: 30 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ İrandan Hörmüzdəki hücumları dayandıracağını açıq şəkildə tələb edir və rüsum tətbiq etməyəcəyini bildirir
ABŞ-ın yüksək vəzifəli rəsmiləri bildiriblər ki, ABŞ İrandan Hörmüz boğazında gəmilərə hücumları dayandıracağını və boğazdakı bütün zolaqların rüsumsuz gəmiçilik üçün açıq olacağını açıq şəkildə bildirməsini tələb edir. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, İran dünya neft tədarükünü
11:12 206 Tayvanda "Bavi" qasırğası nəticəsində 87 nəfər yaralanıb
Tayvanda "Bavi" tayfunu nəticəsində 87 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Qeyd olunub ki, xəsarət alanların çoxu artıq xəstəxanalardan buraxılıb, ölüm və ya ciddi xəsarət halları qeydə alınmayıb. Ada üzrə 14,2 mi
16:20 142 Saatına 1 000 manat alan psixoloqlar: Bu qiymətləri kim və necə təyin edir?
Son illərdə pandemiyanın yaratdığı uzunmüddətli təsirlər, qlobal gərginliklər, eləcə də sosial və iqtisadi təzyiqlər insanların psixoloji vəziyyətinə təsirsiz ötüşməyib. Bununla yanaşı, son dövrlər sosial şəbəkələrdə psixoloq xidmətlərinə dair paylaşımların çoxalması da diqqət çəkir. Tələbat və izləyic
17:20 126 Rəsmilər Kiyevin Rusiyanın raket hücumuna məruz qaldığını bildirirlər
Rəsmilər bildiriblər ki, Rusiya şənbə günü səhər saatlarında Ukraynanın paytaxtı Kiyevi ballistik raketlərlə vurub. Reuters şahidi hava xəbərdarlığı elan edilməzdən əvvəl şəhərdə bir sıra güclü partlayışlar eşidib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, şəhər hərbi administrasiyası Telegram mesajlaşm
10:06 186 Vyetnamın Fukuok adası sahillərində kater çevrilib, 15 nəfər ölüb
Vyetnamın cənubundakı Fukuok adası sahillərində sürət kateri çevrilib, nəticədə 15 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə "VnExpress" məlumat yayıb. "Göyərtəsində 32 hindistanlı turist, həmçinin dörd heyət üzvü və xidmət personalının olduğu gəmi Fukuok adası sularınd
17:00 123 Bakıda bu tarixlərdə GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ!
İyulun 12-14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Şəmkir, Gəncə, Daşkəsən
17:41 125 Paytaxtda növbəti daxili iməclik keçirilib
Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, paytaxtımız Bakı şəhərinə olan diqqət və qayğının artması nəticəsində bu ğün Bakı şəhəri inkişaf edir, günü-gündən gözəlləşir. Bunu şəhər sakinləri və paytaxtımıza gələn çoxsaylı xarici qonaqlar xüsusi qeyd edirlər. Onlar həmçinin şəhəri
12:49 180 Avqustda neçə gün iş olmayacaq? - TƏQVİM
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, avqust ayında qeyri-iş günü nəzərdə tutulmayıb. xəbər verir ki, beşgünlük iş həftəsi üzrə ay ərzində 21 tam iş günü olacaq. Bu isə ümumilikdə 168 saat iş vaxtı deməkdir. Bu səbəbdən çalışan əhali avqust ayında yalnız həftəsonları istirahə
15:54 193 Masallıda atdan yıxılan kişi öldü
Masallı rayonunda atdan yıxılan 49 yaşlı kişi ölüb. BİG.AZ apa-ya istinadla xəbər verir ki, hadisə ötən gün rayonun Ninalov kəndinin ərazisində baş verib. Məlumata görə, kənd sakini 1977-ci il təvəllüdlü Mikayıl Əbilov ehtiyatsızlıqdan atdan yıxılıb və ölüb. Faktla bağlı araşdırma aparılır
18:00 93