Valideynlərdən pul yığılması qanunsuzdur — məktəblərin xərclərini dövlət qarşılayır
"Məktəblərin maliyyələşmə mexanizmləri göstərir ki, dövlət ümumtəhsil müəssisələrinin saxlanılması, təmiri və təsərrüfat xərcləri dövlət büdcəsi hesabına təmin edilir. "Təhsil haqqında" Qanuna əsasən, məktəblərin tikintisi və təmiri yalnız büdcə vəsaiti ilə həyata keçirilə bilər. Bu, valideynlərdən pul yığılmasının qanunsuz olduğunu açıq göstərir.
Bununla belə, bəzi hallarda məktəb rəhbərləri və valideyn komitələri siniflərin təmiri, pərdələrin və işıqlandırmanın yenilənməsi kimi işlər üçün valideynlərdən pul toplamağa meyllənirlər. Bu yanaşma qanunsuz olmaqla yanaşı, təhsil sisteminə ictimai etimadı da azaldır".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O, qeyd edib ki, 2024-cü ilin dövlət büdcəsində təhsil sektoruna 4,4 milyard manat vəsait ayrılıb. Bunun 200 milyon manatı məktəblərin tikintisi və təmiri üçün nəzərdə tutulub. Son on ildə 400-dən çox yeni məktəb binası tikilib, yüzlərlə təhsil ocağı əsaslı təmir olunub:
"Elm və Təhsil Nazirliyi valideynlərdən pul yığılmasının qarşısını almaq üçün nəzarəti gücləndirib və ictimai maarifləndirmə işini artırıb. Nazirliyin bu sahədə apardığı şəffaf fəaliyyət təhsil siyasətində hesabatlılıq prinsiplərinin möhkəmlənməsinə xidmət edir.
Lakin bəzi regionlarda büdcə vəsaitlərinin vaxtında ayrılmaması məktəbləri qeyri-rəsmi yollara yönəldir. Problemin kökü planlaşdırma və nəzarət boşluqlarındadır. Əgər məktəblərə illik operativ xərclər üçün ayrıca fond ayrılsa, pul yığımı məsələsi də gündəmdən çıxar.
Dövlətin təhsilə yatırımı artdıqca, məktəblərdə şərait yaxşılaşacaq, valideynlərin üzərinə düşən qeyri-qanuni yük aradan qalxacaq. Nazirliyin bu istiqamətdəki prinsipial mövqeyi və şəffaf fəaliyyəti isə təhsilin inkişafı üçün mühüm addımdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 992 Tarix: 30 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862