Azərbaycan regionda sülhün təminatçısıdır

Azərbaycan regionda sülhün təminatçısıdırNoyabr ayının 3-də Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında səsləndirdiyi "Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq" fikri dövlətimizin regionda sülhə nə qədər sadiq və dinc birgəyaşayışda nə qədər maraqlı olduğunu göstərir.
Dövlətimizin başçısının bu bəyanatı Azərbaycanın qarşıdurma və revanşizm ideyalarına deyil, sülh və əməkdaşlıq fəlsəfəsinə əsaslanan siyasət yürütdüyünü təsdiqləyir. Azərbaycan heç vaxt yeni qarşıdurma niyyətində olmayıb. Əksinə, dövlətimiz bölgədə davamlı sülhün və əmin-amanlığın yalnız dinc və qarşılıqlı hörmət əsasında mümkün olduğunu ən yüksək tribunalardan bəyan edir. Prezidentin bu fikri Azərbaycanın sülh çağırışlarının ardıcıl və prinsipial xarakter daşıdığını bir daha nümayiş etdirir.
Bəzi hallarda Azərbaycanın bu mövqeyi Ermənistan və anti-Azərbaycan dairələr tərəfindən təhrif olunaraq yanlış təqdim edilir. Onlar guya Azərbaycanın Ermənistana qarşı ərazi iddiasının olduğunu bəyan edirlər. Əslində isə Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan yalnız tarixi ədalətin və hüququn bərpası mövqeyindən çıxış edir. Vaxtilə indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş, fundamental insan hüquqlarından məhrum edilmiş yüz minlərlə soydaşımızın öz tarixi yurdlarına qayıtmaq hüququnun tanınması bu məsələnin əsasını təşkil edir. Bu, siyasi deyil, humanitar və hüquqi məsələdir.
Azərbaycan bu gün regionda sülhün, sabitliyin və əməkdaşlığın əsas təşəbbüskarı, yəni, "sülhün lokomotivi" kimi çıxış edir. Biz bütün məsələlərin danışıqlar yolu ilə, diplomatik mexanizmlər çərçivəsində həllinin tərəfdarıyıq. Prezident İlham Əliyevin səsləndirdiyi bu fikir ləyaqətli və dinc qayıdış konsepsiyasının, Azərbaycanın gələcəyə baxan sülh modelinin ideoloji əsasını təşkil edir.
Bu prosesdə təkcə dövlətin deyil, həm də qeyri-dövlət aktorlarının, elmi-ictimai institutların, diplomatik qurumların üzərinə mühüm vəzifələr düşür. İki xalq və iki ölkə arasında davamlı sülhə nail olmağın ən mühüm şərtlərindən biri etimad quruculuğudur. Bu baxımdan, elmi və ictimai institutlar, beyin mərkəzləri, ilk növbədə, iki xalq arasında etimad mühitinin formalaşmasına töhfə verməlidirlər. Təqdirəlayiq haldır ki, son zamanlar həm Azərbaycan, həm də Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri, beyin mərkəzləri arasında müəyyən görüşlər keçirilir. Bu dialoq mühitinin inkişafı bölgədə sülh prosesinə real təkan verir.
Ermənistan hökuməti sülhdə həqiqətən maraqlıdırsa, bu prosesə konstruktiv mövqedən yanaşmalıdır. Revanşist çağırışlardan, qarşıdurma meyillərindən uzaq durmaq, zorla köçürülmüş azərbaycanlıların hüquqlarının bərpası istiqamətində ədalətli addımlar atmaq Ermənistan üçün də faydalıdır. Azərbaycan bu məsələyə siyasi rəng vermədən, beynəlxalq hüququn və ədalətin prinsipləri çərçivəsində yanaşır. Əgər Ermənistan konstruktiv mövqe nümayiş etdirsə, bu, iki ölkə arasında sülh prosesinə ciddi töhfə olacaq.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 634   Tarix: 04 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xərçənglə saçların ağarması arasında əlaqə aşkar edildi

Saçların ağarması yalnız yaşlanmanın əlaməti olmaya bilər. Siçanlar üzərində aparılan araşdırma göstərib ki, saçın rəngini təmin edən kök hüceyrələr müəyyən zədələnmələrdən sonra xərçəngə çevrilmək riskini azaldan bir prosesdən keçir. Bunun nəticəsində isə saçlar ağarır. xarici mediaya istinadla xəbə

07.10.2026 219
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

07.10.2026 223
.

Jurnalistlərin IX qurultayının vaxtı dəyişdi

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda, qurultayın keçirilmə tarixini

07.10.2026 169
.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

07.10.2026 177
.

Psixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib

Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y

07.10.2026 226
.

Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür

Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" platforması Gürcüstana səfər edənlərə sərhəd tələblərinə uyğun səyahət sığortasını tam onlayn formada təqdim edir. İstifadəçilər sığort

07.10.2026 187
.

Aqşin Fatehin atasının dəfn mərasimi sabah baş tutacaq

Meyxanaçı Aqşin Fethin atası Səyyad Hacıyev sabah saat 12-də dəfn olunacaq. "Yeni Sabah" xəbər verir ki, dəfn mərasimi Xətai rayonu Cavanşir küçəsi bina 23-də keçiriləcək. Bu barədə meyxanaçı özü məlumat yayıb

07.10.2026 215
.

Bu şəxslər 2000 manat cərimə olunacaq

Heyvanlara qarşı qəddarlıq, işgəncə və zorakılıq halları cəmiyyətdə narahatlıq doğuran məsələlərdəndir. Xüsusilə heyvanların qəsdən xəsarət yetirilməsi və ya öldürülməsi ilə bağlı görüntülərin yayılması bu əməllərə görə məsuliyyətin nə dərəcədə effektiv olduğunu gündəmə gətirir. Bəs Azərbaycan qanunvericiliyind

07.10.2026 256
.

Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. "Qafqazinfo" xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba

07.10.2026 285
.