"Şuşanın azad edilməsi Azərbaycanın hərbi-siyasi iradəsinin təntənəsi idi" - Politoloq
"8 noyabr Şuşa şəhəri günü Azərbaycanın müasir tarixində yalnız hərbi qələbənin deyil, həm də milli birliyin, dövlətçilik və diplomatik gücün simvoluna çevrilib. Politoloqların fikrincə, bu gün təkcə Şuşanın azad edilməsinin deyil, Azərbaycanın regionda yeni geosiyasi reallıq yaratmasının rəmzidir".
Bu sözləri politoloq Rəcəb Həsənov BiG.AZ-a bildirib.
O qeyd edib ki, 2020-ci ilin 8 noyabrında Şuşanın azad edilməsi ilə Azərbaycan Cənubi Qafqazda tamamilə yeni qüvvələr balansı formalaşdırdı:
"Şuşanın azad edilməsi Azərbaycanın hərbi-siyasi iradəsinin təntənəsi idi. Bu şəhər həm strateji, həm də mədəni baxımdan bölgənin açarı rolunu oynayır. Şuşaya nəzarət edən tərəf təkcə coğrafi üstünlük qazanmır, həm də ideoloji və mənəvi üstünlük əldə edir.
Son dörd ildə Prezident İlham Əliyevin Şuşaya çoxsaylı səfərləri, burada keçirilən beynəlxalq tədbirlər şəhərin artıq regional diplomatiyanın yeni mərkəzinə çevrildiyini göstərir:
Şuşada Türk Dövlətləri Təşkilatının Zirvə görüşü, Qlobal Media Forumlar, beynəlxalq konfranslar və mədəni festivallar keçirilməsi Azərbaycanın yumşaq güc siyasətinin bariz nümunəsidir. Bu, ölkəmizin həm türk dünyasında, həm də İslam coğrafiyasında artan nüfuzunu nümayiş etdirir.
Şuşanın azadlığı ilə başlayan yeni mərhələ Azərbaycan diplomatiyasına əlavə imkanlar yaradıb.
Şuşa artıq yalnız mədəniyyət paytaxtı deyil, həm də geosiyasi mərkəzdir. Burada qəbul olunan qərarlar və keçirilən görüşlər regionun gələcək siyasi xəritəsini müəyyənləşdirir. Bu, İlham Əliyevin uzaqgörən siyasətinin və qətiyyətli liderliyinin nəticəsidir.
Şuşanın 2024-cü ildə İslam dünyasının, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsinə xidmət edir.Bu, Azərbaycanın mədəni diplomatiyasının uğurlu modelidir. Şuşa artıq beynəlxalq səviyyədə Azərbaycanın yenidən doğuluşunun simvoluna çevrilib.
Şuşa şəhəri gününün qeyd olunması Azərbaycan xalqının birliyinin, Ordumuzun qəhrəmanlığının və dövlətimizin siyasi iradəsinin əbədi rəmzidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 712 Tarix: 04 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşİƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589