Ali təhsilin gizli problemi: köhnə auditoriyalar müasir tədrisə mane olur
"Azərbaycan ali təhsil sistemində auditoriyaların hələ də sovet dövründən qalma yanaşma ilə idarə olunması ciddi struktur problemi olaraq qalır. Bu, müasir öyrənmə metodlarına, tədqiqat yönümlü tədrisə və yaradıcılığa uyğun gəlmir. Auditoriyaların sadəcə mühazirə üçün deyil, həm də fikir mübadiləsi və innovativ düşüncə üçün şərait yaratmaması tələbələrin motivasiyasını azaldır".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O, bildirib ki, Elm və Təhsil Nazirliyinin 2024-cü il monitorinqinə görə, ölkədəki 58 ali təhsil müəssisəsindən yalnız 12-də auditoriyaların 25 faizindən çoxu müasir tələblərə cavab verir. Qalan universitetlərdə isə hələ də 1970–1980-ci illərin inventarı istifadə olunur. Halbuki "Təhsil haqqında" Qanuna əsasən, ali məktəblər müasir maddi-texniki baza ilə təmin edilməlidir:
"Maliyyə göstəriciləri də vəziyyətin absurdluğunu göstərir: BDU-nun illik büdcəsi 58 milyon, UNEC-in 45 milyon, AzTU-nun 34 milyon manata yaxındır. Bu qədər vəsait daxil olmasına baxmayaraq, bir çox universitetlərdə köhnə partalar, havasız otaqlar və nasaz avadanlıqlar qalmaqdadır. Maraqlıdır ki, "İstək", "Odlar Yurdu" və "Bakı Modern" kimi liseylərdə tədris mühiti universitetlərdən daha müasirdir.
Dünya təcrübəsində isə vəziyyət tam fərqlidir. Finlandiyada Aalto Universitetinin auditoriyaları çevik məkan sistemi ilə, ABŞ-da MIT və Stanford "collaborative classroom" konsepti ilə, Yaponiyada isə 80 faiz universitet "hybrid learning" modelinə uyğunlaşdırılıb.
Müsbət hal odur ki, Elm və Təhsil Nazirliyi "Ali təhsildə rəqəmsal transformasiya proqramı" çərçivəsində ADA, UNEC və ADPU-da "smart auditoriyalar"ın yaradılmasına başlayıb. Lakin əsas problem – universitetlərin infrastruktur xərclərində şəffaflıq və məsuliyyət mexanizmlərinin zəifliyidir.
Universitetlər illik büdcələrinin azı 10 faizini tədris mühitinin yenilənməsinə yönəltməli, akkreditasiya prosesində "auditoriya və şərait" ayrıca meyar kimi qiymətləndirilməlidir. Əks halda ali təhsil sistemi elmi inkişafdan çox inzibati formallıq üzərində qalacaq.
Ali təhsil yalnız diplom deyil, həm də yaradıcı və elmi mühit formalaşdırmaq deməkdir. Əgər modernləşmə siyasəti davamlı olarsa, Azərbaycan universitetləri nəhayət öyrədən deyil, düşündürən mərkəzlərə çevriləcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 787 Tarix: 04 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşİƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589