Qazi: "Şuşada demək olar ki, əlbəyaxa vuruşurduq, bu döyüş ömür boyu yadımdan çıxmaz"
Şuşanın azad olunması uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən çətin və həlledici mərhələlərindən biri olub.
Bu barədə Baku TV-yə danışan Vətən müharibəsi iştirakçısı, qazi, ehtiyatda olan xüsusi təyinatlı qüvvələrin mənsubu Kamran İbrahimov həmin anları xatırlayıb.
Onun sözlərinə görə, səhər saat 6-7 radələrində ermənilər pusqu qurub hücuma keçiblər:
"Dağın ortasında idik. Yuxarıda da, aşağıda da düşmən mövqelənmişdi. Biz Xankəndidən gələn qüvvələrin Şuşaya daxil olmasının qarşısını alırdıq, digər qrup isə şəhər daxilində təmizlik aparırdı".
K.İbrahimov bildirib ki, ermənilərin atıb qaçdığı postlarından silah-sursat götürüb geri qayıdarkən düşmən tankı ilə üzləşiblər:
"Tank bizim istiqamətə yaxınlaşırdı, mənim mövqeləndiyim yer isə 50-60 metr uzaqlıqda idi. Gördüm ki, ora gedənə qədər tank məni görsə, vuracaq. Tanrı sanki yoxdan varlıq yaratdı, baxdım ki, dağdan gələn suyun asfaltın altından axıb keçməsi üçün boru var. Girdik ora, tank bizim üstümüzdən keçdi, yoxlanış edib qayıtdı".
Qazi deyir ki, həmin əməliyyat zamanı dəstənin 70 faizi şəhid olub, sağ qalanlar isə sonadək döyüşü davam etdiriblər:
"Şuşa şəhərinə girib içəridə təmizlik əməliyyatı apardıq. Bu, ən ağır döyüşlərdən biri idi. Çox yaxın məsafədə, demək olar ki, əlbəyaxa vuruşurduq. Bu əməliyyat həyatım boyu yadımdan çıxmaz".
Daha ətraflı Baku TV-nin videomaterialında:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 704 Tarix: 08 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Mehtər marşı" qalmaqalı: Diplomatik mesaj, yoxsa dövlət protokolu?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO Sammiti çərçivəsində Yunanıstanın Baş naziri Kiriakos Miçotakisi "Mehtər marşı"nın sədaları altında qarşılaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xarici istifadəçilərin bir qismi bunu Yunanıstana ünvanlanmış simvolik mesaj kim
10.07.2026 309 "Kreml nəzarəti itirir, iqtisadiyyat laxlayır" - "Ölkə 30 il geriyə qayıdır..."
Ukrayna PUA-larının ardıcıl zərbələri nəticəsində Rusiyanın neft emalı sənayesi iflic vəziyyətinə düşüb. Ölkədə yaranan dözülməz yanacaq böhranı fonunda Rusiya Prezidenti Vladimir Putin hökumətlə növbəti təcili iclasını keçirib. Toplantıda daxili bazarda benzin qıtlığını aradan qaldırmaq üçün ölkəd
10.07.2026 320 1968-ci ildə çəkilmiş filmdə... gerçəkləşməkdə olan qorxulu proqnoz var
Süni intellektin biznes, səhiyyə, hüquq və yaradıcı sənayelərdə getdikcə daha geniş istifadə olunması elmi fantastik klassikalara marağı yenidən artırıb. Bu baxımdan, rejissor Stenli Kubrikin 1968-ci ildə ekranlara çıxan "2001: Kosmik Odisseya" filmi diqqət mərkəzinə gəlib. Mütəxəssislər hesa
10.07.2026 225 Qaraciyər köçürülən aktyorun işləməsinə icazə verildi
Bir neçə ay öncə qaraciyər köçürülən türkiyəli aktyor Ufuk Özkan artıq çəkiliş meydançasına qayıtmağa hazır olduğunu açıqlayıb. "Qafqazinfo" "Sabah"a istinadən xəbər verir ki, aktyor sağlamlığının qaydasında olduğunu və həkimlərdən işinin başına qayıtmaq üçün lazımi razılığı aldığın
10.07.2026 343 Ali Məhkəmədən müşahidə kameraları ilə bağlı mühüm qərar - VƏKİLDƏN AÇIQLAMA
Çoxmənzilli yaşayış binalarında quraşdırılan müşahidə kameraları ilə bağlı mühüm hüquqi presedent formalaşıb. Azərbaycan Ali Məhkəməsi bildirib ki, vətəndaş öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək məqsədilə kamera quraşdıra bilər. Lakin həmin kamera ümumi dəhlizi, qonşuların mənzil girişini
10.07.2026 381 Ölümdən əvvəl insanlar nə görür? Həkimlərdən maraqlı açıqlama
İnsan ömrünün son anları əsrlər boyu həm elm adamlarını, həm də adi insanları düşündürən ən sirli mövzulardan biri olub. Ölümün özündən çox, həmin ana qədər insanın nə hiss etdiyi, nə gördüyü və beynində hansı proseslərin baş verdiyi barədə saysız-hesabsız fərziyyələr irəli sürülüb. Son illərdə dünyanı
10.07.2026 293 Balakəndə qəbiristanlığı sel basdı: İcra nümayəndəsi son vəziyyəti açıqladı
Balakən rayonunun İtitala kənd qəbiristanlığının sel suları altında qalmasının səbəbləri məlum olub. Kənd üzrə icra nümayəndəsi German Balayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, güclü və uzunmüddətli yağışlardan sonra dağlardan gələn sel suları qəbiristanlığı da su altında qoyub:. "Dağlı
10.07.2026 225 İlham Əliyev Gürcüstanla sazişi TƏSDİQLƏDİ
Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş təsdiq edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, sənəd 2026-cı il mayın 18-də Bakı şəhərində imzalanıb
10.07.2026 216 ABŞ İsraili İranla müharibədən uzaq tutmağa çalışır
CNN-in yaydığı məlumata görə, ABŞ administrasiyası İsrail ilə İran arasında münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır və İsraili müharibənin yeni mərhələsinə cəlb etməmək üçün diplomatik səylərini artırıb. Vaşinqton hesab edir ki, münaqişənin yenidən alovlanması Yaxın Şərqdə vəziyyət
10.07.2026 213