Təhsil sistemində hədiyyələrin yeri: təşəkkürün daha düzgün yolu
"Müəllimlərə şagirdlər və ya valideynlər tərəfindən kiçik hədiyyələr — şokolad, əlyazma və ya təşəkkür məktubları — səmimi minnətdarlıq jesti kimi qəbul edilə bilər. Lakin bu, bəzi hallarda sosial ədalət prinsiplərinə və müəllim-şagird münasibətlərinin obyektivliyinə təsir edə bilər".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O, qeyd edib ki, Azərbaycanda müəllimlik müqəddəs peşə kimi qəbul olunur və şagirdlərin minnətdarlıq göstərməsi normaldır. Lakin daha imkanlı valideynlərin hədiyyələri digər ailələr və şagirdlər üçün təzyiq yarada bilər, bəzən tədris prosesində etik problemlər ortaya çıxır:
"Dünya təcrübəsində Skandinaviya və ABŞ-da müəllimlərə maddi hədiyyə vermək ya qadağan olunur, ya da sərhədlərlə tənzimlənir. Məqsəd təhsildə obyektivliyi qorumaq və müəllim-şagird münasibətlərində şəffaflığı təmin etməkdir.
Azərbaycanda məktəb rəhbərliyi və valideyn komitələri bu məsələdə həssas davranmalı, valideynlərə minnətdarlığı hədiyyə ilə deyil, şagirdlərin tədris nəticələri və müəllimə hörmət yolu ilə ifadə etməyin vacibliyini izah etməlidir. Müəllimlər isə hədiyyələri qəbul etməzdən əvvəl bunun etik və pedaqoji baxımdan uyğun olub-olmadığını nəzərə almalıdırlar.
Nəticədə, müəllimlərə hədiyyələr yalnız səmimi təşəkkür jesti kimi qalmalı, sosial təzyiq yaratmamalı və təhsil prosesinə zərər verməməlidir. Səmimiyyət və qarşılıqlı hörmətin ön plana çıxması, həm müəllimlərin nüfuzunu qoruyar, həm də təhsilin keyfiyyətinə töhfə verər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 791 Tarix: 12 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304