"Kosmik çanta" hazırladılar

"Kosmik çanta" hazırladılarAsteroid mədənçiliyi və kosmik tullantıların təmizlənməsi üçün ABŞ şirkəti "TransAstra" tərəfindən hazırlanan nəhəng şişmə "Tutma çantası" beynəlxalq elmi dairələrdə böyük maraq doğurub. Sistem kiçik qaya parçalarından tutmuş bina ölçüsündə asteroidləri belə ələ keçirməyi hədəfləyir.

"Qafqazinfo" xəbər verir ki, asteroidlərin dəyərli metallar baxımından zəngin olması və Yer üzərində mədənçiliyin bahalaşması şirkətləri kosmosdakı resurslara yönəldir.

"TransAstra"nın yeni texnologiyası həm asteroid tutmaq, həm də orbitdə artan tullantıları toplamaq üçün istifadə edilə bilər.

Şirkət ötən il Beynəlxalq Kosmik Stansiyada ilk sınağını həyata keçirib. Bir metr diametrli prototip "Falcon 9" raketi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib və mikroqravitasiya şəraitində problemsiz açılıb.

Çanta altı ölçüdə istehsal olunacaq: ən kiçik model qəhvə fincanına yerləşir, ən böyük model isə 10 min tonluq asteroidləri tutmağa qadirdir.

"TransAstra" hazırda NASA-nın maliyyələşdirdiyi 10 metrlik versiya üzərində işləyir. Bu model həm böyük peyklərin təhlükəli orbitlərdən çıxarılması, həm də 100 tonluq kosmik cisimlərin tutulması üçün nəzərdə tutulub.

Şirkət ABŞ və Avstraliyada 12 "Sutter" teleskopu quraşdırıb və yaxın zamanda İspaniyada yeni teleskop yerləşdirəcək. Məqsəd mədən üçün əlverişli kiçik asteroidləri müəyyən etməkdir.

"TransAstra"nın təsisçisi Joel Sercel ilk asteroid tutulmasının 2028-ci ilə planlaşdırıldığını bildirib və bunu "kosmos sənayesində yeni mərhələ" kimi dəyərləndirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 623   Tarix: 14 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

TOP MP3