Tarixin ən qəribə sənət soyğunluqları

Tarixin ən qəribə sənət soyğunluqlarıİncəsənət əsərlərinin milyonlarla dollar dəyərində oğurlanması çox vaxt cazibədar filmlər üçün ideal süjetə çevrilir. Boston İsbella Stüart Qardner Muzeyindəki hadisə kimi epik, açılmamış oğurluqlar və ya "Hörümçək adam" ləqəbli fransız oğrusunun akrobatik fəndləri, lazer təhlükəsizlik sistemlərini aşa bilən zərif quldurlar haqqında romantik təsəvvürü təsdiqləyir.

19 oktyabr səhəri dörd maskalı oğru elektrik alətləri ilə dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvra daxil olub. Onlar 102 milyon dollar dəyərində səkkiz ədəd kral zinət əşyasını oğurlayıblar. Cinayətkarlar muzeyin yaxınlığında yerləşdirilmiş mexaniki nərdivanlı yük maşınından və zəncirli mişarlardan istifadə edərək məşhur Apollon Qalereyasının pəncərələrini kəsiblər. İkidənəsi içəri girərək vitrini sındırıb və mühafizəçiləri hədələyib. Oğurluq cəmi səkkiz dəqiqə davam edib, ardından cinayətkarlar motosikletlərlə qaçıblar.

Amma səhvlər də olub. İki əşya, o cümlədən imperatriça Yevgeniyanın tacı yaxınlıqda tapılıb. Oğrular həmçinin mexaniki liftə od vurmağa cəhd etsələr də, uğur qazana bilməyiblər incəsənət oğurluqları tarixində "bacarıqsız" səhvlərdən biri.

Lent.az incəsənət oğurluqlarının komediyaya çevrildiyi hadisələri təqdim edir.

Uğursuz alınan Dali saxtakarlığı

2003-cü ildə Nyu-Yorkun Reykers həbsxanasının dörd mühafizəçisi Salvador Dalinin "Xaçdakı İsa" rəsmini oğurlamağa cəhd etmişdi. Onlar əsəri bir milyon dollara satacaqlarına ümid edirdilər. Plan, yalançı yanğın siqnalı yaratmaq, orijinalı saxtası ilə əvəz etmək və rəsmi çıxarmaq idi. Problem isə buydu: mühafizəçilərdə rəssamlıq istedadı yox idi. Saxta əsər çox kobud hazırlanmışdı və tezliklə üzə çıxmışdı. Nəticədə bir mühafizəçi həbs olundu, biri şərti cəza aldı, biri günahını etiraf edərək anlaşmaya getdi, biri isə azadlıqda qaldı.

Van Qoqun oğurluğu və deşilmiş təkər

1991-ci ildə silahlı quldurlar Amsterdamdakı muzeydən 20 Van Qoq rəsm əsərini oğurladılar. Plan əsərləri ikinci avtomobilə yükləyib tez qaçmaq idi, lakin həmin maşının təkəri partladığı üçün oğrular rəsm əsərlərini atıb qaçmağa məcbur oldular. Oğurlanmış sənətin dəyəri təxminən 500 milyon dollar idi.

Tablonun ölçüsü səbəbindən baş verən uğursuzluq

2012-ci ildə Stokholmda oğrular üç tablo, o cümlədən Karl Larssonun Clair-Obscur əsərini oğurlamağa çalışdılar. Lakin əsərlərdən biri onların maşınına sığmadı və qaçarkən onu tullamaq məcburiyyətində qaldılar.

Muzeylərdə təhlükəsizlik problemləri

2010-cu ildə Qahirədə Məhəmməd Mahmud Xəlil Muzeyindən Van Qoqun "Gelinciklər" əsəri oğurlandı. 43 təhlükəsizlik kamerasından cəmi yeddisi işləyirdi. Tablo asanlıqla çərçivədən çıxarılmışdı və onun harada olduğu bu gün də bilinmir.

"Okean" tələbələri

2004-cü ildə Transilvaniya Universitetinin dörd tələbəsi nadir kitab və rəsmləri oğurlamağa cəhd edərək "Ouşen’s Eleven" kimi filmlərdən ilhamlanmışdılar. Planları uğursuz oldu: tələbələrdən biri elektroşokerlə kitabxanaçını zərərsizləşdirməyə çalışsa da, o qışqırdı və tələbələr kitabların çoxunu atmağa məcbur oldular. Sonda hamısı yeddi il həbs cəzası aldı.

Oğurluğu dayandıran tələbələr

2017-ci ildə Boston Universitetinin üç tələbəsi Galerie d’Orsay qalereyasının qapısını sındıraraq əsərləri oğurlayan cinayətkarı gördülər. Onlar oğrunu təqib edib əsərləri geri aldılar və polis gələnə qədər onu saxladılar.

Zəif mühafizə - asan qənimət

2012-ci ildə Radu Doqaru Rotterdamdakı Kunsthal Muzeyindən Pikasso, Mone və Qogen əsərlərini cəmi 90 saniyəyə oğurladı. Ümumi dəyəri 200 milyon avrodan çox idi. Daha sonra o, hətta muzeyi "çox zəif mühafizə" üçün məhkəməyə verməyə cəhd etmişdi.

Cəsarətli oğrular üçün dərs

2003-cü ildə Mançesterdə bir oğru Pikasso, Van Qoq və Qogenin əsərlərini Uitvort Universiteti qalereyasından oğurlayıb. Onun məqsədi "mühafizənin zəifliyini göstərmək" idi. Əsərlər tezliklə tərk edilmiş tualetdə tapıldı, yanında isə belə bir qeyd vardı: "Biz onları oğurlamaq istəmirdik, sadəcə pis mühafizəni göstərmək istəyirdik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 812   Tarix: 14 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

13:40 185
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

06.10.2026 330
.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

14:48 220
.

Ov mövsümü başlayır

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla

14:33 136
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

06.10.2026 436
.

Azərbaycan-Ermənistan sülhündə son düyün: "Bakı bu məsələdə haqlıdır"

Yerdə de-fakto sülh mövcuddur, lakin dönməz sülhə gedən yolda mühüm maneə hələ də aradan qaldırılmalıdır. Teleqraf xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Finlandiyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər zaman

15:31 161
.

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd

11:25 265
.

Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. "Qafqazinfo" xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba

16:54 165
.

Deepfake-ləri işıqla aşkar edən süni intellekt hazırlandı

Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək üçün yeni texnologiya hazırlanıb. ABŞ-ın Kaliforniya Universitetinin (UCLA) alimləri videoları elektrik siqnalları əvəzinə işıq vasitəsilə analiz edən optik süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmay

10:54 170
.