Paltaryuyan maşın nə qədər elektrik enerjisi "yeyir"

Paltaryuyan maşın nə qədər elektrik enerjisi "yeyir"Paltaryuyan maşın evdə əvəzolunmaz köməkçidir. Yeni texnika seçərkən və sonrakı istifadə zamanı onun nə qədər enerji sərf etdiyini diqqətlə öyrənmək çox vacibdir. Güc və enerji sərfiyyatı parametrlərini başa düşmək yalnız optimal modeli seçməyə deyil, həm də texnikadan daha şüurlu və ekoloji istifadə edərək elektrik xərclərini əhəmiyyətli dərəcədə azaltmağa kömək edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin qeyd etdiyinə görə, maşının faktiki enerji sərfiyyatı gücdən, seçilən rejimdən, yüklənmədən və digər amillərdən asılı olaraq dəyişir.

Paltaryuyan maşının gücü və enerji sərfiyyatı nədir: əsas anlayışlar

Məişət cihazının nominal gücü onun işini yerinə yetirmək üçün sərf etməli olduğu, vat və ya kilovatla ölçülən sabit enerji miqdarıdır.

Enerji sərfiyyatı (və ya faktiki işləmə gücü) maşının müəyyən yuma dövrü ərzində sərf etdiyi real enerji miqdarıdır. Müasir modellərin sərfiyyatı proqramdan asılı olaraq 400-2000 vat arasında dəyişə bilər.
Enerji sərfiyyatını təqribən hesablamaq üçün cihazın orta gücünü onun işləmə müddətinə vurmaq kifayətdir.

Hesablama formulu belədir: enerji sərfiyyatı paltaryuyan maşının orta gücü iş müddəti. Məsələn, nominal gücü 800 vat olan maşın, şəraitdən asılı olaraq bir dövrədə 600 vat, digər dövrədə isə 780 vat sərf edə bilər.

Real enerji sərfiyyatını müəyyən edən amillər

Hər yuma dövründə maşının nə qədər enerji sərf edəcəyinə bir sıra istifadə amilləri təsir göstərir: Suyun temperaturu ən vacib faktordur. Su nə qədər isti olmalıdırsa, onu qızdırmaq üçün bir o qədər çox enerji tələb olunur. Soyuq suda yuma zamanı enerji sərfiyyatı minimum olur, çünki su ümumiyyətlə qızdırılmır. Seçilmiş yuma proqramı intensiv və uzun proqramlar (məsələn, pambıq yuması yüksək temperaturda) qısa və yüngül proqramlardan daha çox enerji sərf edir.

Barabanın yüklənməsi tam yükləmədə enerji sərfi qismən yükləmədən çox olur, lakin barabanı çox az miqdarda paltarla işə salmaq da sərfəli deyil. Optimal yüklənmə ən qənaətcilidir. Sıxma sürəti yüksək sıxma sürəti daha çox enerji tələb edir, çünki baraban daha sürətli fırlanır, lakin paltarın daha tez qurumasına kömək edir. Maşının vəziyyəti əhəng çöküntüsü və detalların köhnəlməsi enerji sərfini artırır, çünki cihaz daha az effektiv işləyir.

Paltaryuyan maşınların enerji effektivliyi sinifləri: qənaət üçün işarələmə

İstehlakçılar üçün rahatlıq məqsədilə paltaryuyan maşınlar enerji effektivliyi səviyyəsinə görə işarələnir:

A+++ - çox yüksək enerji qənaəti.

A++ - çox yüksək effektivlik.

A+ - yaxşı qənaət, lakin A++-dan bir qədər aşağı.

A - standart səviyyə.

B-G daha ucuz, lakin çox enerji sərf edən modellər.

Məsələn, A++ sinifli modellər B sinifli maşınlarla müqayisədə 30-40 faiz daha az enerji sərf edir. Real həyatda bu o deməkdir ki, A++ sinifli maşın bir yuma dövründə cəmi 0,5-0,8 kVt/saat sərf etdiyi halda, daha ucuz modellər bunun iki qatını istifadə edə bilər.

Effektivliyə görə daha çox ödəməyə dəyərmi?

Paltaryuyan maşından tez-tez istifadə edirsinizsə, A++ və ya A+++ modelləri uzunmüddətli perspektivdə elektrik xərclərini xeyli azaldaraq özünü tamamilə doğruldur. Cihazdan nadir hallarda istifadə edənlər üçün isə bahalı model almağın fərqi o qədər də hiss olunmaya bilər.

Stirkədə necə qənaət etmək olar?

Əsas faktor aşağı temperaturda yuma. Gündəlik geyimlərin əksəriyyəti üçün 30 dərəcə kifayətdir, 40 və ya 60 dərəcə tələb olunmur.

Müasir maşınlar və yuma vasitələri soyuq suda belə effektiv işləmək üçün nəzərdə tutulub. Temperaturu 40-dan 30 dərəcəyə endirməklə enerji sərfi 38 faiz, 20 dərəcəyə keçməklə isə 62 faiz azalır. Aşağı enerji sərf edən doğru yuma proqramlarını seçmək vacibdir əgər paltarlar güclü çirklənməyibsə, intensiv rejimə ehtiyac yoxdur.

Barabanın optimal yüklənməsi çox önəmlidir. Maşını həddindən artıq doldurmaq olmaz paltar üçün hərəkət boşluğu azalır, nəticədə yuma və yaxalama keyfiyyəti aşağı düşür, xoşagəlməz qoxu yaranır və paltarı yenidən yumağa ehtiyac olur. Optimal yüklənmə barabanın üst kənarı ilə paltar arasında əlinizi rahat yerləşdirə biləcəyiniz qədər boşluq qalmasıdır.

Nəhayət, paltaryuyan maşına müntəzəm qulluq onun effektivliyini və ömrünü artırır. Vaxtaşırı əhəng təmizlənməli, detallar yoxlanmalıdır. Ayda bir dəfə paltarsız qaynar su dövrü işlətmək, sirkə və ya xüsusi təmizləyicilərdən istifadə etmək, eləcə də rezin contaları silmək tövsiyə olunur ki, nəm və kif toplanmasın.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1639   Tarix: 14 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

13:40 185
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

06.10.2026 330
.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

14:48 220
.

Ov mövsümü başlayır

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla

14:33 136
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

06.10.2026 436
.

Azərbaycan-Ermənistan sülhündə son düyün: "Bakı bu məsələdə haqlıdır"

Yerdə de-fakto sülh mövcuddur, lakin dönməz sülhə gedən yolda mühüm maneə hələ də aradan qaldırılmalıdır. Teleqraf xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Finlandiyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər zaman

15:31 161
.

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd

11:25 265
.

Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. "Qafqazinfo" xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba

16:54 165
.

Deepfake-ləri işıqla aşkar edən süni intellekt hazırlandı

Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək üçün yeni texnologiya hazırlanıb. ABŞ-ın Kaliforniya Universitetinin (UCLA) alimləri videoları elektrik siqnalları əvəzinə işıq vasitəsilə analiz edən optik süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmay

10:54 170
.