Bakıda ana azyaşlı qızının bədənini yandırdı, kəmərlə döydü - TƏFƏRRÜAT

Bakıda ana azyaşlı qızının bədənini yandırdı, kəmərlə döydü - TƏFƏRRÜATBakıda azyaşlı qızına qarşı dəfələrlə fiziki zorakılıq etməkdə, işgəncə verməkdə ittiham olunan 23 yaşlı Fatimə Ramazanovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

BiG.AZ "Teleqraf"a istinadla xəbər verir ki, cinayət işi materiallarında Fatimə Ramazanovanın 2021-ci il təvəllüdlü qızına verdiyi dəhşətli işgəncələr ortaya çıxıb.

Azyaşlının uzun müddət müxtəlif alətlərlə döyülməsi, yandırılması və təhqiredici davranışlara məruz qalması məlum olub.

Fatimə Ramazanova heç bir əsas olmadan azyaşlı qızına müxtəlif dövrlərdə oxlov, elektrik naqili, dəri kəmər və digər əşyalarla zərbələr endirib. Bundan başqa, kəfkiri sobada qızdıraraq uşağın sol əlinin ovuc səthinə, sol qoluna və burnunun üstünə basdırmaqla termiki yanıq xəsarətləri yetirib.

Sonuncu dəfə isə 2 mart 2025-ci il tarixində isə yenə də uşağın yemək yeməməsi bəhanəsi ilə dəri kəmərlə döymə nəticəsində azyaşlının bədənində çoxsaylı hematomalar, qançırlar və sıyrıqlar yaranıb.

Fatimə Ramazanova ifadəsində uşaqlıq dövründən etibarən ailə zorakılığına məruz qaldığını, 13 yaşı olanda atasının intihar etdiyini, anasının isə normal həyat tərzi keçirmədiyini bildirib.

15 yaşında evdən qaçaraq işləməyə başlayan Fatimə uzun müddət müxtəlif ünvanlarda yerləşən kafelərdə ofisiant olaraq işləyib. 18 yaşından sonra Elçin adlı şəxslə birgə yaşayıb və onların ailə mühitində də zorakılıq halları baş verib.

Elçinin narkotik istifadəsinə görə cinayət məsuliyyətinə cəlb olunmasından sonra Fatimə yeni iş yerində Əsmər adlı qadınla tanış olub və həmin şəxsin evinə köçüb. Bu müddətdə hamilə qaldığını öyrənib və 2021-ci ildə qızı dünyaya gəlib.

Uşağın doğumundan sonra uzunmüddətli iş rejimi səbəbindən Mələk adlı azyaşlı bir neçə ay Almaz adlı qadının evində qalıb. Daha sonra azyaşlı başqa dayənin - Samirənin yanına verilib. Fatimə uşağına baxdığına görə Samirə adlı qadına gündəlik 20 manat ödəniş edirmiş.

Fatimənin dediyinə görə, qızı Samirənin evində olduğu müddətdə onun qidalanma və davranış problemləri yaranıb. Buna görə də Samirə ilə onun arasında gərginliklər yaranıb. Fatimə deyib ki, buna görə uşağı cəzalandırmağa başlayıb.

Azyaşlı yemək yemədiyi üçün anası tərəfindən işgəncələrə məruz qalıb. Fatimə iddia edib ki, qızının yemək yeməməsinin səbəbi Samirə adlı qadın olub. Onun sözlərinə görə, Samirə onun qızını övladlığa götürmək istəyib, lakin o, bununla razılaşmayıb. Fatimə deyib ki, Samirə adlı qadın qızına yemək yeməməsini tapşırıb.

Fatimə qızını döydüyünü etiraf etsə də, onun bədənini yandırmadığını söyləyib. Bildirib ki, qızı Samirənin evində qaldığı zaman qızı qotur xəstəliyinə tutulduğu üçün bədənində yaralar əmələ gəlib və həmin izlər də həmin xəstəlikdən sonra yaranıb.

Azyaşlının ifadəsi...

Yetkinlik yaşına çatmayan azyaşlı zərərçəkmiş qismində psixoloqun müşayiəti ilə ifadə verən zaman bildirib ki, anası onu mütəmadi olaraq kəmər, dəmir dabankeş və kəfkirdən istifadə edərək döyüb. Qulağına isti su töküb, saçından dartaraq təhqiramiz davranışlar edib, gecələr bir ayaq üstdə saxlayıb.

Azyaşlının ifadəsindən məlum olub ki, onun bədənindəki siqaret yanıqları anası ilə birgə yaşayan Roma adlı şəxs tərəfindən edilib. Azyaşlı, həmçinin, ifadəsində bildirib ki, anası ilə yaşayan Roma adlı şəxs ona zorakılıq barədə danışmasını qadağan edib, danışacağı təqdirdə onu döyməklə hədələyib.

Azyaşlının işgəncələrə məruz qalmasını əks etdirən videogörüntünün sosial şəbəkələrdə yayılmasının təfərrüatı da məlum olub.

Belə ki, Fatimə Ramazanova qızına işgəncələr verdiyi, bir ayağı üstdə saxladığı videogörüntünü Samirə adlı qadına göndərərək baş verənlərin günahkarı kimi onu göstərib. Fatimə Samirə adlı qadına deyib ki, uşağının yemək yeməməsinin səbəbi odur və buna görə də əsəbiləşərək qızına qarşı bu davranışları edir.

Azyaşlı gecələr çığıraraq yuxudan oyanırmış...

"Azərbaycan Uşaqları" İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə isə ifadəsində bildirib ki, azyaşlı onların sığınacağına gətirilən zaman ilk günlər danışmaqdan imtina edib, bədənindəki xəsarətlər səbəbindən 2 ay ərzində ona toxunmaq belə mümkün olmayıb.

Sığınacaq rəhbəri əlavə edib ki, azyaşlı gecələr çığıraraq yuxudan oyanıb, uzun müddət anasının yanına qaytarılacağı qorxusu ilə yaşayıb.

Fatimə analıq hüququndan məhrum ediləcək...

Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi isə bildirib ki, Fatimə Ramazanovanın valideynlik hüququndan məhrum edilməsi üçün məhkəməyə müraciət olunub. İş hazırda Suraxanı Rayon Məhkəməsindədir.

Məhkəmə hökmünə əsasən Fatimə Ramazanova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, azyaşlının bu fotoları sığınacağa yerləşdirildiyi ilk gündə (bu ilin mart ayının əvvəlində) çəkilib.

Bakıda ana azyaşlı qızının bədənini yandırdı, kəmərlə döydü - TƏFƏRRÜATBakıda ana azyaşlı qızının bədənini yandırdı, kəmərlə döydü - TƏFƏRRÜAT


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1128   Tarix: 15 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

13:40 185
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

06.10.2026 330
.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

14:48 220
.

Ov mövsümü başlayır

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla

14:33 136
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

06.10.2026 436
.

Azərbaycan-Ermənistan sülhündə son düyün: "Bakı bu məsələdə haqlıdır"

Yerdə de-fakto sülh mövcuddur, lakin dönməz sülhə gedən yolda mühüm maneə hələ də aradan qaldırılmalıdır. Teleqraf xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Finlandiyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər zaman

15:31 161
.

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd

11:25 265
.

Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. "Qafqazinfo" xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba

16:54 165
.

Deepfake-ləri işıqla aşkar edən süni intellekt hazırlandı

Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək üçün yeni texnologiya hazırlanıb. ABŞ-ın Kaliforniya Universitetinin (UCLA) alimləri videoları elektrik siqnalları əvəzinə işıq vasitəsilə analiz edən optik süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmay

10:54 170
.