Metro sərnişinlərinin sayı azalıb, avtomobil istifadəçilərinin sayı artıb - 10 ayın statistikası

Metro sərnişinlərinin sayı azalıb, avtomobil istifadəçilərinin sayı artıb - 10 ayın statistikası2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 2.3 və 5.3 faiz artıb.

Oxu.Az rəsmi statistikaya əsaslanaraq xəbər verir ki, bu dövrdə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 198 milyon 300 min ton (198.3 milyon ton) yük daşınıb. Yüklərin 3.9 faizi dəniz, 7 faizi dəmir yolu, 0.2 faizi hava, 61.5 faizi avtomobil nəqliyyatı, 27.4 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3.7 faiz artıb və daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79.9 faiz təşkil edib.

Yanvar-oktyabr aylarında nəqliyyatçılar 1 milyard 785 milyon (1785 milyon) sərnişinə xidmət göstərib. Sərnişinlərin 89 faizi avtomobil nəqliyyatı, 10.3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə bu dövrdə 14 milyon ton yük və 8 milyon 265 min 600 (8265.6 min) sərnişin daşınıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9.7 faiz azalma, sərnişin daşınmasında isə 19.1 faiz artım qeydə alınıb.

Dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 7 milyon 724 min 700 ton (7724.7 min ton) təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 7.8 faiz artıb. Yüklərin 48.1 faizi neft yüklərindən ibarət olub. Dəniz limanları tərəfindən 10 milyon 842 min 100 ton (10842.1 min ton) həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 8 milyon 579 min 300 tonunu (8579.3 min tonunu), yəni 79.1 faizini tranzit yüklər təşkil edib. 2025-ci il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 420 min 100 ton (420.1 min ton) olub. Bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz azalaraq 21 min 300 nəfər (21.3 min nəfər) olub.

Avtomobil nəqliyyatı ilə daşınmış yükün həcmi 122 milyon ton, sərnişin sayı isə 1 milyard 588 milyon 700 min nəfər (1588.7 milyon nəfər) olub. 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə müvafiq olaraq yük daşınmasında 6 faiz, sərnişin daşınmasında 6.2 faiz artım qeydə alınıb. Sərnişinlərin 95.6 faizi avtobus, 4.4 faizi isə taksi xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 7.4 faiz, sərnişin dövriyyəsi isə 8.4 faiz artıb.

Metro nəqliyyatından istifadə etmiş sərnişinlərin sayı 2.5 faiz azalaraq 184 milyon 500 min nəfər (184.5 milyon nəfər) olub.

Hava nəqliyyatı ilə 3 milyon 476 min 100 sərnişin (3476.1 min sərnişin) daşınıb və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.2 faiz çox olub. Daşımaların 99.9 faizi dövlət, 0.1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yük daşımaları 5.6 faiz azalaraq 322 min ton olub.

Magistral neft kəmərləri ilə 30 milyon 580 min 700 ton (30580.7 min ton) neft nəql edilib. Nəqlin 74.4 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 22 milyon 760 min 800 ton (22760.8 min ton) neft ötürülüb. BTC kəməri ilə nəql edilmiş neftin 85.1 faizi Azərbaycanda hasil edilən neft, 14.9 faizi isə Türkmənistan və Qazaxıstandan daxil olan neft olub.

Magistral qaz kəmərləri ilə 33 milyard 10 milyon 600 min kub-metr (33010.6 milyon kub-metr) qaz nəql edilib və 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0.5 faiz artıb. Qazın nəqlinin 58 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 19 milyard 136 milyon 900 min kub-metr (19136.9 milyon kub-metr) qaz ötürülüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 654   Tarix: 16 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Keçmiş kəşfiyyat zabiti UFO-dan sağ çıxan "sürünənlər" barədə danışdı

ABŞ Milli Kəşfiyyatının (NİA) keçmiş zabiti Devid Qruş ABŞ ordusunun kosmik gəmi qəzasından sağ çıxan sürünənabənzər canlıları məhv etdiyini iddia edib. xəbər verir ki, Qruş hökumət rəsmilərindən eşitdiyini bildirdiyi bu hekayəni "The Joe Rogan Experience" podkastında danışıb. Keçmiş kəşfiyya

10:37 178
.

Co Baydenin son durumu AÇIQLANDI

ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi ilə bağlı son müalicəsinin nəticələrini açıqlayıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Bayden bildirib ki, ötən ilin payızında aldığı şüa müalicəsi "nəzərdə tutulduğu kimi nəticə verib". O, həkimlərə və digər tibb işçilərinə təşəkkü

15:03 171
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

06.10.2026 435
.

Çində təhsil alan azərbaycanlı tələbədən qürurverici addım - Video

Çinin Zhengzhou Tibb Universitetində təhsil alan sumqayıtlı gənc Fateh Novruzlu oxuduğu təhsil müəssisəsinin önündə Azərbaycan bayrağındakı rəng xətasını fərq edərək dərhal onu düzəldib. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu olan F.Novruzl

10:38 169
.

Deepfake-ləri işıqla aşkar edən süni intellekt hazırlandı

Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək üçün yeni texnologiya hazırlanıb. ABŞ-ın Kaliforniya Universitetinin (UCLA) alimləri videoları elektrik siqnalları əvəzinə işıq vasitəsilə analiz edən optik süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmay

10:54 169
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

16:32 160
.

Melonidən qeyri-adi qərar

İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard

06.10.2026 360
.

"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov

"Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi". Qaynarinfo xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində keçmiş təhsi

06.10.2026 274
.

Husilər hava limanına hücum etdiklərini açıqladı

Yəməndəki Husi Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıb. xəbər verir ki, bu barədə Husi Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səria özünün "Telegram" kanalında məlumat verib

11:04 173
.