"Euroclear" rəhbəri Aİ-nin Rusiya aktivlərinin müsadirəsi qərarını bloklayır
Belçikada yerləşən beynəlxalq depozitar "Euroclear"ın rəhbəri Valeri Urben Avropa Komissiyası (AK) və Avropa İttifaqı Şurasının gələcəkdə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı göstərişlərinin icrasına qarşı məhkəmə vasitəsilə mübarizə aparmağa hazır olduğunu bildirib.
"Report" xəbər verir ki, Urben bunu "Le Monde" qəzetinə verdiyi müsahibəsində açıqlayıb.
"Qanunlar mövcuddur. Hüquqi bazadan asılı olaraq biz qərar verəcəyik ki, nə edə bilərik və nə etmək istəyirik", – deyə o vurğulayıb.
Onun sözlərinə görə, əgər Avropa institutları depozitarı bu addımı atmağa məcbur etmək istəsələr, məhkəməyə müraciət olunması istisna edilmir. Urben əlavə edib ki, 2022-ci ildən bəri hüquq şöbəsi 10 nəfərdən 200 əməkdaşa qədər genişləndirilib.
"Euroclear" hesablarında Rusiyanın dondurulmuş 193 milyard avro həcmində aktivləri depozitarın ümumi 42,5 trilyon avro dəyərindəki vəsaitlərinin yalnız kiçik bir hissəsini təşkil edir. Urben hesab edir ki, bu aktivlərin müsadirəsi, hətta dolayı formada olsa belə, bütün Avrozonaya zərər vura bilər. O izah edib ki, digər ölkələrin nümayəndələri söhbətlərdə bu gedişatdan ciddi narahatlıq ifadə edirlər və əgər Rusiya vəsaitləri, məsələn, Ukraynaya kreditin maliyyələşdirilməsi üçün istifadə olunarsa, beynəlxalq investorlar "Avrozonaya yatırımlarını azaldacaqlar", bu isə, öz növbəsində, Avropanın bütün maliyyə ehtiyaclarına mənfi təsir göstərəcək.
Urben əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan və sanksiyalar götürüldükdən sonra Moskva istənilən vaxt öz pullarını tələb edə bilər və əgər bu vəsaitlər kredit üçün istifadə olunarsa və ya müsadirə edilərsə, "Euroclear" Moskva qarşısında öhdəliklərini necə yerinə yetirəcəyini bilmir.
Nəşr xatırladıb ki, Rusiyada "Euroclear" müştərilərinin 20–40 milyard avro həcmində aktivləri dondurulub və onlar Rusiya depozitarında saxlanılır. "Le Monde" Belçikanın Baş naziri Bart De Veverin sözlərindən sitat da gətirib: "Əgər Rusiya aktivləri müsadirə olunarsa, onlar öz aktivlərini və ya zavodlarını itirəcəklər".
Noyabrın 13-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı bir daha bəyan edib ki, AK Rusiya aktivlərinin reparasiya krediti üzrə istifadəsini Avropa İttifaqına Ukraynanın 2026–2027-ci illərdə maliyyələşdirilməsi üçün ən yaxşı imkan hesab edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 587 Tarix: 16 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKeçmiş kəşfiyyat zabiti UFO-dan sağ çıxan "sürünənlər" barədə danışdı
ABŞ Milli Kəşfiyyatının (NİA) keçmiş zabiti Devid Qruş ABŞ ordusunun kosmik gəmi qəzasından sağ çıxan sürünənabənzər canlıları məhv etdiyini iddia edib. xəbər verir ki, Qruş hökumət rəsmilərindən eşitdiyini bildirdiyi bu hekayəni "The Joe Rogan Experience" podkastında danışıb. Keçmiş kəşfiyya
10:37 178 Co Baydenin son durumu AÇIQLANDI
ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi ilə bağlı son müalicəsinin nəticələrini açıqlayıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Bayden bildirib ki, ötən ilin payızında aldığı şüa müalicəsi "nəzərdə tutulduğu kimi nəticə verib". O, həkimlərə və digər tibb işçilərinə təşəkkü
15:03 171 Yüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
06.10.2026 435 Çində təhsil alan azərbaycanlı tələbədən qürurverici addım - Video
Çinin Zhengzhou Tibb Universitetində təhsil alan sumqayıtlı gənc Fateh Novruzlu oxuduğu təhsil müəssisəsinin önündə Azərbaycan bayrağındakı rəng xətasını fərq edərək dərhal onu düzəldib. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu olan F.Novruzl
10:38 169 Deepfake-ləri işıqla aşkar edən süni intellekt hazırlandı
Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək üçün yeni texnologiya hazırlanıb. ABŞ-ın Kaliforniya Universitetinin (UCLA) alimləri videoları elektrik siqnalları əvəzinə işıq vasitəsilə analiz edən optik süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmay
10:54 169 Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək
16:32 160 Melonidən qeyri-adi qərar
İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard
06.10.2026 360 "Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov
"Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi". Qaynarinfo xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində keçmiş təhsi
06.10.2026 274 Husilər hava limanına hücum etdiklərini açıqladı
Yəməndəki Husi Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıb. xəbər verir ki, bu barədə Husi Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səria özünün "Telegram" kanalında məlumat verib
11:04 173