"Əsl qaçqın statusuna malik olan məhz Qərbi Azərbaycandan didərgin salınmış insanlar və onların varisləridir" - Turan Rzayev
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli İcmanın Hüquq Komissiyası daxilində işçi qrupunun yaradılmasını təklif edib.
Politoloq Turan Rzayev BiG.AZ- a bildirib ki, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli təklifi təqdirə layiqdir. İndiki məqamda həqiqətədə buna çox ehtiyac var. Xüsusi ilə Qərbi Azərbaycandan olan qaçqınlarının statusu haqqında qanun layihəsinin hazırlanması qaçqınlıq statusun yenidən verilməsi vacibdir:
"Məsələ ondadır ki, Qarabağın işğaldan azad edilməsindən sonra Böyük Qayıdış siyasəti çərçivəsində qaçqınların öz torpaqlarına dönüşü həyata keçirilir. Bu fonda Qərbi azərbaycanlıların qaçqınlıq statusunun hüquqi baxımdan müəyyən edilməsi həm tarixi ədalətin bərpası, həm də beynəlxalq səviyyədə mövqelərimizin gücləndirilməsi üçün vacib addımdır. Çünki əsl qaçqın statusuna malik olan məhz Qərbi Azərbaycandan didərgin salınmış insanlar və onların varisləridir. Bu reallığın hüquqi çərçivəyə salınması həm dövlət siyasəti, həm də beynəlxalq hüquqi mübarizə baxımından əhəmiyyətlidir.
Bununla belə, proses olduqca həssas yanaşma tələb edir. Qaçqınlıq hüququ bərpa edildikdən sonra Qərbi azərbaycanlıların və onların varislərinin dəqiq müəyyən edilməsi, siyahıya alınması və onlara müvafiq vəsiqələrin verilməsi tam şəffaf şəkildə aparılmalıdır. Bu mənada İcmanın Hüquq Komissiyası daxilində işçi qrupunda olacaq şəxslərin kimliyi və peşəkarlıq səviyyəsi çox vacibdir.
Məsələ ondadır ki, bundan öncə Qərbi Azərbaycana aidiyyəti olmadığı halda bu gün icmaya üzv olub vəsiqə alan şəxslər var. Qərbi Azərbaycanlı olduğu halda icmaya üzv olmayıb vəsiqə verilməyən şəxslər də var. Bu heç bir halda qəbul edilə bilməz. Başa düşməliyik ki, icmaya Qərbi Azərbaycanlı olmayanların üzvlüyü uzun illər Ermənistanın Qarabağda demoqrafik rəqəmləri süni şəkildə şişirtməsi ilə bağlı etdiyimiz tənqidlərin özümüz tərəfindən təkrarlanması deməkdir. Belə bir yanlışlıq gələcəkdə ciddi strateji zərbə yarada bilər.
Əgər qaçqınlıq statusu da bu cür qeyri-dəqiq yanaşma ilə təsbit olunarsa, prosesin legitimliyinə kölgə düşər və siyasi-hüquqi mübarizəmizin gücü zəifləyər. Əksinə, şəffaflıq təmin edildiyi halda Əziz Ələkbərlinin irəli sürdüyü təklif təkcə hüquqi çərçivənin qurulmasına deyil, həm də Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışının beynəlxalq arenada əsaslandırılmasına mühüm töhfə verə bilər.
Qərbi Azərbaycanlıalrın ata baba yurdlarına qayıdışı bizim hər birimizin ümumi arzusu hədəfidir. Heç kəs bu prosesin əleyhinə nə isə demir. Ynalışlıqları görüb deməmək isə bu məfkurəyə ən böyük xəyanətdir. Başa düşmək lazımdır ki, Qərbi azərbaycanlıların qayıdışı Azərbaycanın xarici siyasətində uzunmüddətli xətt olaraq qalacaq. Lakin bu məsələnin dünya ictimaiyyətində daha geniş rezonans doğurması və siyasi legitimliyinin möhkəmlənməsi üçün ilk addım məhz hüquqi mexanizmlərin düzgün qurulması, prosesin şəffaf və mərkəzləşdirilmiş qaydada idarə edilməsidir".
Şəbnəm Lətifi
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1545 Tarix: 17 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Doğma vətəndə uduzmaq ağırdır" - Hidayət Heydərov
Dünya çempionatında erkən uduzaraq mübarizəni dayandıran Olimpiya çempionumuz Hidayət Heydərov bununla bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb: . "Doğma vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindir
15:02 85 Məhkəmə qərarından narazı qalanlar bunu bilməlidir
"Məhkəmədə iddia qaldırmış şəxs məhkəmənin qəbul etdiyi qərar, qərardad, qətnamə və digər məhkəmə aktları ilə razılaşmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin məhkəmə aktından yuxarı məhkəmə instansiyasına şikayət verə bilər. Bu, şəxsin öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçü
14:54 100 Deepfake-ləri işıqla aşkar edən süni intellekt hazırlandı
Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək üçün yeni texnologiya hazırlanıb. ABŞ-ın Kaliforniya Universitetinin (UCLA) alimləri videoları elektrik siqnalları əvəzinə işıq vasitəsilə analiz edən optik süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmay
10:54 161 Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Dırnaqlarınız töküləcək
Arıqlamaq və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı yeni araşdırmada dırnaq problemlərinin daha çox görüldüyü müəyyənləşdirilib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) 2026-cı il konqresində təqdi
11:33 183 Keçmiş xanımı Tatlısəsin son durumunu açıqladı
Türkiyəli müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız sənətçinin səhhətindən danışıb. Axşam.az xəbər verir ki, tədbirlərdən birinə qatılan Yıldız jurnalistlərin Tatlısesin son vəziyyəti ilə bağlı suallarını cavablandırıb. O, müğənninin müalicəsinin davam etdiyini bildirib. "Fikrimcə
06.10.2026 449 Özəl klinikada "analiz biznesi": Xəstə müalicə olunur, yoxsa kassaya çevrilir?
Özəl klinikaya sadə bir şikayətlə daxil olub, əlində uzun analiz siyahısı ilə çıxan xəstələr az deyil. Baş ağrısı ilə gedir, vitamin paneli yazılır. Yorğunluqdan şikayət edir, hormonlardan tutmuş qaraciyər göstəricilərinə qədər onlarla test istənilir. Sonra USM, rentgen, MRT, təkrar konsultasiya. Xəstəni
06.10.2026 307 Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
13:40 144 "Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
"Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Hanninqlə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkild
11:00 0 Yəməndəki uşaqlar məktəbə qayıtmaq arzusundadır
Yəmənin Taiz vilayətinin Cəbəl Həbəşi rayonunda, Vadi Bəni Xəvlan ərazisindəki didərgin düşərgəsində yaşayan 12 yaşlı Əhməd səhərlər çadırda oyanır. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Əhməd "Al Jazeera"ya deyib ki, toqquşmalardan qaçarkən məktəb çantasını evdə qoyub: "Bilmirəm
11:09 156