Milli Özünüdərkin Zirvəsi: Dirçəliş Gününün Siyasi Mənası

Milli Özünüdərkin Zirvəsi: Dirçəliş Gününün Siyasi Mənası"17 noyabr – Dirçəliş Günü Azərbaycanın siyasi tarixində milli özünüdərk prosesinin yeni mərhələyə keçidini göstərən dönüş nöqtəsidir. Bu hadisə əslində uzun illər boyu cəmiyyətin dərin qatlarında yığılan kimlik böhranı, milli hüquqların məhdudlaşdırılması və sosial-siyasi tələblərin repressiya olunması kimi faktorların bir nöqtədə toplanmasının təbii nəticəsi idi".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, prosesi daha dolğun anlamaq üçün 1980-ci illərin sonlarında SSRİ-də yaranmış vəziyyətə nəzər salmaq lazımdır. Həmin dövrdə ittifaq artıq çat vermiş bina təsiri bağışlayırdı. Mərkəzi hakimiyyətin qərarları ilə respublikaların real sosial-siyasi həyatı arasında böyük uçurum yaranmışdı. Moskvada tamam başqa ideoloji xətt aparılır, yerli əhalinin üzləşdiyi problemlər isə nəzərə alınmırdı. Bu parçalanmanın Azərbaycanda ən kəskin hiss olunduğu məsələ isə Qarabağ idi. Erməni separatizminə göstərilən açıq və gizli dəstək, mərkəzin susqun mövqeyi həm siyasi, həm də psixoloji baxımdan Azərbaycan cəmiyyətini sıxırdı. İnsanlar anlayırdı ki, mövcud sistem artıq onların taleyini qorumaq gücündə deyil:

"Məhz buna görə 1988-ci ilin noyabrında Bakıda başlayan kütləvi mitinqlər sovet dövlətinin çökməkdə olduğu bir vaxtda Azərbaycan xalqının öz siyasi iradəsini formalaşdırmaq bacarığını nümayiş etdirdi. Bu proses təkcə siyasi dəyişiklik tələbi ilə deyil, həm də milli yaddaşın, tarixi ədalət duyğusunun bərpası ideyası ilə xalqı birləşdirirdi. Qarabağ məsələsinin qızışması, yerli əhalinin hüquqlarının pozulması və mərkəzi hakimiyyətin ikili standartlarla çıxış etməsi milli həmrəylik hissini daha da gücləndirdi.

Dövlət aparatında isə əks ab-hava hökm sürürdü: mərkəz təzyiq göstərir, yerli strukturlar isə vəziyyəti nəzarətdə saxlamaqda aciz qalırdı. SSRİ-nin ideoloji dayaqları həmin günlərdə səssiz şəkildə dağılırdı. Azərbaycan cəmiyyəti ilk dəfə olaraq mərkəzdən asılılığın nə qədər təhlükəli olduğunu praktiki təcrübə ilə dərk etdi. Bu isə sonrakı dövlətçilik mərhələlərinin ideoloji əsasını formalaşdırdı.

Dirçəliş Gününün dəyəri bu gün daha aydın görünür. Hadisənin müasir dövrdəki əhəmiyyəti ondan ibarətdir ki, milli maraqların müdafiəsində xalqın təşkilatlanma qabiliyyəti, siyasi iradəsi və dövlətçilik idealına bağlılığı həlledici rola malikdir. Bunun ən bariz nümunəsini 44 günlük Vətən müharibəsində gördük. Xalq yenidən həmrəylik nümayiş etdirərək torpaqların işğaldan azad olunmasına nail oldu. Dövlət və millət birləşdikdə nəyə qadir olduğumuzu bir daha sübut etdik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1450   Tarix: 17 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Doğma vətəndə uduzmaq ağırdır" - Hidayət Heydərov

Dünya çempionatında erkən uduzaraq mübarizəni dayandıran Olimpiya çempionumuz Hidayət Heydərov bununla bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb: . "Doğma vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindir

15:02 85
.

Məhkəmə qərarından narazı qalanlar bunu bilməlidir

"Məhkəmədə iddia qaldırmış şəxs məhkəmənin qəbul etdiyi qərar, qərardad, qətnamə və digər məhkəmə aktları ilə razılaşmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin məhkəmə aktından yuxarı məhkəmə instansiyasına şikayət verə bilər. Bu, şəxsin öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçü

14:54 100
.

Deepfake-ləri işıqla aşkar edən süni intellekt hazırlandı

Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək üçün yeni texnologiya hazırlanıb. ABŞ-ın Kaliforniya Universitetinin (UCLA) alimləri videoları elektrik siqnalları əvəzinə işıq vasitəsilə analiz edən optik süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmay

10:54 161
.

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Dırnaqlarınız töküləcək

Arıqlamaq və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı yeni araşdırmada dırnaq problemlərinin daha çox görüldüyü müəyyənləşdirilib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) 2026-cı il konqresində təqdi

11:33 183
.

Keçmiş xanımı Tatlısəsin son durumunu açıqladı

Türkiyəli müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız sənətçinin səhhətindən danışıb. Axşam.az xəbər verir ki, tədbirlərdən birinə qatılan Yıldız jurnalistlərin Tatlısesin son vəziyyəti ilə bağlı suallarını cavablandırıb. O, müğənninin müalicəsinin davam etdiyini bildirib. "Fikrimcə

06.10.2026 449
.

Özəl klinikada "analiz biznesi": Xəstə müalicə olunur, yoxsa kassaya çevrilir?

Özəl klinikaya sadə bir şikayətlə daxil olub, əlində uzun analiz siyahısı ilə çıxan xəstələr az deyil. Baş ağrısı ilə gedir, vitamin paneli yazılır. Yorğunluqdan şikayət edir, hormonlardan tutmuş qaraciyər göstəricilərinə qədər onlarla test istənilir. Sonra USM, rentgen, MRT, təkrar konsultasiya. Xəstəni

06.10.2026 307
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

13:40 144
.

"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya

"Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Hanninqlə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkild

11:00 0
.

Yəməndəki uşaqlar məktəbə qayıtmaq arzusundadır

Yəmənin Taiz vilayətinin Cəbəl Həbəşi rayonunda, Vadi Bəni Xəvlan ərazisindəki didərgin düşərgəsində yaşayan 12 yaşlı Əhməd səhərlər çadırda oyanır. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Əhməd "Al Jazeera"ya deyib ki, toqquşmalardan qaçarkən məktəb çantasını evdə qoyub: "Bilmirəm

11:09 156
.