Müdafiə Nazirliyinin vəzifəli şəxsi həyat yoldaşını azyaşlı uşaqları ilə birgə evdən qovub? - İDDİA
Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin vəzifəli şəxsi Eduard Hacıyev həyat yoldaşı Xanım Hacıyeva (ad şərtidir) tərəfindən məhkəməyə verilib.
BiG.AZ "Teleqraf"a istinadən xəbər verir ki, əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsində baxılıb.
X.Hacıyeva ərizəsində qeyd edib ki, həyat yoldaşı onu döyərək yaşadıqları evdən azyaşlı uşaqları ilə birgə qovub. Onun sözlərinə görə, əri uzun müddətdir Müdafiə Nazirliyinin Maliyyə İdarəsində işləyir.
Hazırda boşanma ərəfəsində olan qadının iddiasına görə, Eduard Hacıyev aldığı avtomobil və daşınmaz əmlakları qohumlarının adına sənədləşdirir. Onun sözlərinə görə, ərinin maaşı təqribən 2 min manat olsa da, qeyd edilən əmlakları əldə etməsi mümkün deyil və həmin qanunsuz pullar onların ailəsinin dağılmasına səbəb olub.
X.Hacıyeva ərizəsində onu da bildirib ki, ümumilikdə 47 650 manat dəyərində cehiz kimi gətirdiyi şəxsi əmlak və birgə nikah dövründə alınan əşyalar cavabdehdən alınaraq ona verilməlidir.
Məhkəmənin hökmünə əsasən, iddia qismən təmin edilib. Qərara əsasən, cavabdeh həyat yoldaşına dəyəri təxminən 7 min manat olan qızılları qaytarmalı, o cümlədən 1 047 manat ödəməlidir.
Qeyd edək ki, Eduard Hacıyev daha öncə Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmələrdə dindirilib.
Eduard Hacıyev 2020-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi hərbi hissədə işlədiyi dönəmdə 151 min manat pul mənimsədiyini, onu da geri qaytardığını etiraf etmişdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2025 Tarix: 17 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Doğma vətəndə uduzmaq ağırdır" - Hidayət Heydərov
Dünya çempionatında erkən uduzaraq mübarizəni dayandıran Olimpiya çempionumuz Hidayət Heydərov bununla bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb: . "Doğma vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindir
15:02 85 Məhkəmə qərarından narazı qalanlar bunu bilməlidir
"Məhkəmədə iddia qaldırmış şəxs məhkəmənin qəbul etdiyi qərar, qərardad, qətnamə və digər məhkəmə aktları ilə razılaşmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin məhkəmə aktından yuxarı məhkəmə instansiyasına şikayət verə bilər. Bu, şəxsin öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçü
14:54 100 Deepfake-ləri işıqla aşkar edən süni intellekt hazırlandı
Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək üçün yeni texnologiya hazırlanıb. ABŞ-ın Kaliforniya Universitetinin (UCLA) alimləri videoları elektrik siqnalları əvəzinə işıq vasitəsilə analiz edən optik süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmay
10:54 161 Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Dırnaqlarınız töküləcək
Arıqlamaq və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı yeni araşdırmada dırnaq problemlərinin daha çox görüldüyü müəyyənləşdirilib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) 2026-cı il konqresində təqdi
11:33 183 Keçmiş xanımı Tatlısəsin son durumunu açıqladı
Türkiyəli müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız sənətçinin səhhətindən danışıb. Axşam.az xəbər verir ki, tədbirlərdən birinə qatılan Yıldız jurnalistlərin Tatlısesin son vəziyyəti ilə bağlı suallarını cavablandırıb. O, müğənninin müalicəsinin davam etdiyini bildirib. "Fikrimcə
06.10.2026 449 Özəl klinikada "analiz biznesi": Xəstə müalicə olunur, yoxsa kassaya çevrilir?
Özəl klinikaya sadə bir şikayətlə daxil olub, əlində uzun analiz siyahısı ilə çıxan xəstələr az deyil. Baş ağrısı ilə gedir, vitamin paneli yazılır. Yorğunluqdan şikayət edir, hormonlardan tutmuş qaraciyər göstəricilərinə qədər onlarla test istənilir. Sonra USM, rentgen, MRT, təkrar konsultasiya. Xəstəni
06.10.2026 307 Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
13:40 144 "Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
"Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Hanninqlə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkild
11:00 0 Yəməndəki uşaqlar məktəbə qayıtmaq arzusundadır
Yəmənin Taiz vilayətinin Cəbəl Həbəşi rayonunda, Vadi Bəni Xəvlan ərazisindəki didərgin düşərgəsində yaşayan 12 yaşlı Əhməd səhərlər çadırda oyanır. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Əhməd "Al Jazeera"ya deyib ki, toqquşmalardan qaçarkən məktəb çantasını evdə qoyub: "Bilmirəm
11:09 156