Niyə Lixtenşteyn Avropanın ən varlı ölkəsidir?

Niyə Lixtenşteyn Avropanın ən varlı ölkəsidir?Lixtenşteyn Avropanın ən kiçik dövlətlərindən biridir. Xəritədə asanlıqla gözdən qaçsa da, bir dəfə görən üçün unudulmaz ölkədir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, sahəsinə görə cırtdan olsa da, Avropanın ən varlı və ən sabit ölkələrindən birinə çevrilməyi bacarıb.

Bəs, Lixtenşteyn niyə müstəqil dövlətdir, necə yaranıb, turistləri nə ilə heyran edir və onu unikal edən xüsusiyyətlər hansılardır?

Knyazlıq Lixtenşteyn Avropanın mərkəzində yerləşən kiçik dövlətdir:
* Paytaxtı Vaduçdur;
* Əhalisi təxminən 39 min nəfərdir;
* Sahəsi 160 kv. km-dən bir qədər çoxdur;
* Qərbdə və cənubda İsveçrə, şərqdə Avstriya ilə sərhəddir, dənizə çıxışı yoxdur;
* Rəsmi dili alman, valyutası isə İsveçrə frankıdır.

Knyazlıq adını Avstriyadakı Lixtenştayn qəsrinin adını daşıyan hakim sülalədən alıb. Lixtenşteyn sözü "parlaq daş" deməkdir.

Hazırkı Lixtenşteyn ərazisində əvvəlcə Şellenberq və Vaduç feodal əraziləri mövcud olub. 1507-ci ildə Vaduça suverenlik statusu verilib, daha sonra bu torpaqlar Lixtenştayn ailəsinə keçib. 1719-cu ildə Şellenberq və Vaduç birləşdirilərək Lixtenşteyn knyazlığı yaradılıb. 1806-cı ildə o, Reyn İttifaqına daxil olub, 1866-cı ildə isə knyaz II Yohann dövründə tam müstəqillik əldə edib.

Lixtenşteyn nə ilə məşhurdur? - Ölkə haqqında 10 maraqlı fakt

Lixtenşteyn kiçik olsa da, çoxsaylı özünəməxsus xüsusiyyətlərə malikdir. Ən diqqətçəkənlərini təqdim edirik:

1. Lixtenşteyn tamamilə Alp dağlarında yerləşir. Ölkə mənzərəli dağlıq relyefə, özünəməxsus iqlimə və aktiv istirahət üçün əlverişli şəraitə malikdir.

2. Lixtenşteyndə nə dəmir yolu, nə də aeroport var – ora yalnız avtomobil və ya avtobusla getmək mümkündür. Ən yaxın hava limanları İsveçrə və Avstriyadadır. Velosiped yerli əhali üçün ən məşhur nəqliyyat vasitəsidir.

3. Dünyanın ən yüksək adambaşına düşən ÜDM göstəricilərindən birinə malikdir. Səbəb – əhalinin azlığı, inkişaf etmiş iqtisadiyyat, biznes üçün əlverişli şərait və aşağı vergilər. Bu faktorlar Lixtenşteyni Avropanın ən varlı ölkəsinə çevirib.

4. Lixtenşteyndə demək olar ki, cinayət yoxdur. Bir çoxları qapılarını belə bağlamır, polis əməkdaşlarının sayı isə yüzdən azdır. 20 nəfər üçün nəzərdə tutulmuş həbsxanada adətən 10-dan çox məhbus olmur. Yemək onlar üçün restoranlardan gətirilir, çünki ayrıca aşpaz saxlamaq sərfəli deyil.

5. Ölkədə şirkətlərin sayı sakinlərin sayını üstələyir. Burada maliyyə xidmətlərindən tutmuş istehsala qədər müxtəlif sahələr üzrə müəssisələr fəaliyyət göstərir.

6. Lixtenşteyn çox sabit və güclü iqtisadiyyata malikdir və demək olar ki, xarici borcu yoxdur. Bu, bank sektorunun inkişafı, işsizliyin azlığı və biznesə yaradılan əlverişli şəraitlə bağlıdır.

7. Lixtenşteynin ordusu yoxdur. Knyazlıq neytrallıq siyasətinə sadiqdir və müdafiə məsələlərində İsveçrəyə güvənir – bu, aralarında imzalanmış razılaşmanın nəticəsidir. Son dəfə 1866-cı ildə, Avstriya–Prussiya müharibəsi zamanı ordu göndərilib. 80 əsgər döyüş görmədən qayıdıb, lakin geri dönənlərin sayı 81 olub – buna səbəb kimi ya avstriyalı əlaqələndirici zabitin, ya da italiyalı bir dezertirin onlara qoşulması göstərilir.

8. Lixtenşteyni bir günlüyə bütöv olaraq icarəyə götürmək olar. Qiymət – 70 000 dollar. Bu məbləğə Vaduç üzrə ekskursiya, qədim qəsrlərin ziyarəti, kolleksiya şərablarının dadılması, Alp turları və atəşfəşanlıq daxildir.

9. Lixtenşteyndə ailələr bir vergi subyekti kimi vergiyə cəlb olunur. Bu sistem ailə dəyərlərinin möhkəmlənməsini dəstəkləyir və demoqrafik problemlərin həllinə yardımçı ola bilər.

10. Ölkədə fermerlərin qeyri-adi ənənəsi var – onlar ölmüş inəklərin xatirəsinə nekroloq dərc edirlər. Bu, heyvanlara hörmət və kənd təsərrüfatının əhəmiyyətinə vurğu kimi qəbul edilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 968   Tarix: 18 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.