YAP - dünənin, bu günün və sabahın partiyasıdır

YAP - dünənin, bu günün və sabahın partiyasıdır1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı.
Belə çətin və ağır vaxtlarda respublikada yeni siyasi düşüncəli, dövlət quruculuğunu və idarəetməçiliyi mükəmməl bacaran, yeni sosial təbəqənin maraqlarını ifadə edən və o zaman ki, çox səriştəsiz hakimiyyətə qarşı müqavimət göstərə biləcək yeni bir təcrübəli komandanın və ictimai-siyasi bir peşəkar təşkilatın formalaşmasına ehtiyac yarandı.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı "Səs" qəzeti vasitəsilə xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Ümummilli liderimiz xalqın çağırışına səs verdi və nəhayət, 1992-ci il 21 noyabr günü Azərbaycanın yeni müasir ictimai-siyasi dövrünün ən əlamətdar və ən önəmli və unudulmaz təqvimlərindən biri kimi tarixə düşdü. Naxçıvanda təsis konfransı keçirilərək Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev YAP-ın sədri seçildi.
Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biri kimi yaddaşlara həkk oldu.
Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərinin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılması və ümumiyyətlə bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlandı və həyata keçirilməsi başladı. Azərbaycanın çətin və ağır dövründə hakimiyyətə qayıdan Heydər Əliyev həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək müstəqil Azərbaycan dövlətinin BANİSİ və QURUCUSUNA çevrildi.
Demək olar ki, bu gün Azərbaycanın bütün uğurlarında YAP-ın böyük rolu var. Partiyanın prezident, parlament, bələdiyyə kimi seçkilərdə qazanılan bütün qələbələri Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan etibar və güvəninin bariz nümunəsidir. Xalq öz liderinə inanır və liderin də xalqa olan inamı günü-gündən artır.
Odur ki, mən, öz növbəmdə Yeni Azərbaycan Partiyasının veteranı kimi bütün YAP üzvlərini və İlham Əliyev kimi liderimizlə dinc və firavan gələcəyə inanan və irəliləyən Azərbaycan xalqını YAP-ın yaradılmasının 34-cü ildönümü münasibətilə təbrik edirəm.

İsrafil Kərimov – YAP veteranı, AJB-nin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 783   Tarix: 18 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Doğma vətəndə uduzmaq ağırdır" - Hidayət Heydərov

Dünya çempionatında erkən uduzaraq mübarizəni dayandıran Olimpiya çempionumuz Hidayət Heydərov bununla bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb: . "Doğma vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindir

15:02 85
.

Məhkəmə qərarından narazı qalanlar bunu bilməlidir

"Məhkəmədə iddia qaldırmış şəxs məhkəmənin qəbul etdiyi qərar, qərardad, qətnamə və digər məhkəmə aktları ilə razılaşmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin məhkəmə aktından yuxarı məhkəmə instansiyasına şikayət verə bilər. Bu, şəxsin öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçü

14:54 100
.

Deepfake-ləri işıqla aşkar edən süni intellekt hazırlandı

Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək üçün yeni texnologiya hazırlanıb. ABŞ-ın Kaliforniya Universitetinin (UCLA) alimləri videoları elektrik siqnalları əvəzinə işıq vasitəsilə analiz edən optik süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmay

10:54 161
.

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Dırnaqlarınız töküləcək

Arıqlamaq və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı yeni araşdırmada dırnaq problemlərinin daha çox görüldüyü müəyyənləşdirilib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) 2026-cı il konqresində təqdi

11:33 183
.

Keçmiş xanımı Tatlısəsin son durumunu açıqladı

Türkiyəli müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız sənətçinin səhhətindən danışıb. Axşam.az xəbər verir ki, tədbirlərdən birinə qatılan Yıldız jurnalistlərin Tatlısesin son vəziyyəti ilə bağlı suallarını cavablandırıb. O, müğənninin müalicəsinin davam etdiyini bildirib. "Fikrimcə

06.10.2026 449
.

Özəl klinikada "analiz biznesi": Xəstə müalicə olunur, yoxsa kassaya çevrilir?

Özəl klinikaya sadə bir şikayətlə daxil olub, əlində uzun analiz siyahısı ilə çıxan xəstələr az deyil. Baş ağrısı ilə gedir, vitamin paneli yazılır. Yorğunluqdan şikayət edir, hormonlardan tutmuş qaraciyər göstəricilərinə qədər onlarla test istənilir. Sonra USM, rentgen, MRT, təkrar konsultasiya. Xəstəni

06.10.2026 307
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

13:40 144
.

"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya

"Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Hanninqlə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkild

11:00 0
.

Yəməndəki uşaqlar məktəbə qayıtmaq arzusundadır

Yəmənin Taiz vilayətinin Cəbəl Həbəşi rayonunda, Vadi Bəni Xəvlan ərazisindəki didərgin düşərgəsində yaşayan 12 yaşlı Əhməd səhərlər çadırda oyanır. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Əhməd "Al Jazeera"ya deyib ki, toqquşmalardan qaçarkən məktəb çantasını evdə qoyub: "Bilmirəm

11:09 156
.