YAP bundan sonra da Azərbaycanın yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcək

YAP bundan sonra da Azərbaycanın yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcəkYeni Azərbaycan Partiyasının yaradılmasından 34 il keçir. Artıq hər bir bayramı, ölkəmizin həyatında əhəmiyyətli rol oynayan hadisələri, əlamətdar tarixləri Zəfər ruhunda qeyd edir və bundan böyük qürur hissi keçiririk. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə yeni reallıqlar yaradan qalib Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açılır.
Bu gün partiyanın yaradılmasının 34 illiyini yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəfləri fonunda qeyd edirik. Bu dövrün mühüm hadisələrindən biri dünyanın diqqətini Azərbaycana, o cümlədən azad edilmiş ərazilərimizə yönəldən prezident və parlament seçkiləri oldu. Hər iki seçki prosesinin Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətinin təqdimatı, Heydər Əliyev ideyalarına sədaqətin, xalqın həyata keçirilən siyasətə inamının, dövlətimizin başçısı, YAP Sədri cənab İlham Əliyevə etimadının göstəricisi kimi qeyd edirik. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin 7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkilərində inamlı qələbəsi yeni dövrün Azərbaycanının yeni hədəflərə doğru böyük qətiyyətlə addımlamasına stimul oldu.
Dövlətimizin başçısı İlham Əliyev son 22 ilin uğurlarından bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd edir ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir. Həmin dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından Azərbaycan çətin durumla, faciələrlə üz-üzə qaldı. Müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayan Azərbaycanın xilası 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbə ilə hakimiyyətə qayıdışından sonra başladı. Əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Bu məqam da daim qeyd edilir ki, hər bir ölkənin gələcəyi ilə bağlı dönüş nöqtələri olur. Xalqın böyük əksəriyyətinin arzu və istəklərini özündə ehtiva edən 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciəti, 1992-ci il 21 noyabr tarixində partiyanın təsis konfransının keçirilməsi Azərbaycanın həyatında dönüş nöqtələrindəndir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandı. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. "91-lər"in Ulu Öndər Heydər Əliyevə müraciəti, Ümummilli Liderin bu müraciətə çavabı həmin dövrün reallıqları ilə yanaşı, mövcud çətin vəziyyətdən xilas yollarını özündə əks etdirmişdi. Ulu Öndər çavabında belə bir partiyanın yaradılmasına razılığını ifadə etməklə yanaşı, böyük gələcəyi olacağına da əminliyini bildirmişdir: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".
Yeni Azərbaycan Partiyasının yaradılmasından ötən 34 ilə nəzər saldıqda xalqın bu partiyaya inamının və etimadının saysız-hesabsız uğurlara yol açmasından böyük qürur hissi keçiririk. Partiyanın gücünü, nüfuzunu şərtləndirən əsas faktorlar Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olması və Prezident İlham Əliyevin rəhbərliyidir. Dövlətimizin siyasəti nəticəsində qazanılan uğurlar partiyanın nüfuzunu artırır, yeri və mövqeyini möhkəmləndirir. Uğurlarımızda payı olan Yeni Azərbaycan Partiyasının hər bir hədəfi Azərbaycanın qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına xidmət edir.
Ulu Öndər Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi YAP ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası çətin və şərəfli yol keçib. Partiyanın qurultaylarında qəbul edilən qərarlar ölkəmizin davamlı uğurlarında öz sözünü deyir. Belə ki, Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilən III qurultayında partiyanın yeni Sədri Prezident İlham Əliyev seçildi. Ümumilikdə 2003-cü ildən sonrakı dövr Azərbaycanın bugünü və gələcəyi üçün mühüm addımlarla, uğurlarla zəngindir. Reallıq budur ki, müstəqil tariximizin ən həlledici məqamlarından biri məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqlədi. Yəni, Ulu Öndər Heydər Əliyev siyasəti davam etdirildi. Xalq bu siyasətə dəstəyini ifadə edərək cənab İlham Əliyevə səs verdi. Prezident İlham Əliyevin çıxışlarında diqqət yönəldilən reallıqlardan biri məhz bu olur ki, əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi: "Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi".
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin yaradılması Azərbaycanın dayanıqlı inkişafına geniş yol açdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi. Son 22 ilin uğurlarının ümumiləşdirilmiş ifadəsi tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin yaratdığı reallıqlara əsasən VII qurultayını keçirdi. Bu qurultay partiyanın həyatında tarixi hadisə kimi dəyərləndirildi. Qəbul edilən yeni qərarlar gələcək inkişafa stimuldur. Partiyanın "Biz birlikdə güclüyük!" devizi altında hazırlanan və təsdiqlənən yeni Proqramında qarşıdakı dövrün 11 strateji hədəfi öz əksini tapıb.
Yeni Azərbaycan Partiyası 34 il ərzində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək Azərbaycanın inkişafına müstəsna töhfələr verib. 1992-ci ildə 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının sıralarında hazırda 800 minə yaxın üzv birləşir. Bu inam və etimad onun ümumxalq və qələbələr partiyasına çevrilməsini şərtləndirdi. Yeni Azərbaycan Partiyası ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbə qazanaraq siyasi həyatda və ictimai rəydə lider partiya olduğunu təsdiqləyir. Yeni Azərbaycan Partiyası bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın tərəqqisinə, yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcək. Dövlətimizin başçısı İlham Əliyev partiyanın VII qurultayında keçilən yolun təhlili əsasında bu əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 732   Tarix: 18 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəqəmsallaşmanın və rəqəmsal mühitin genişlənməsinin təsirləri

"Rəqəmsallaşmanın və rəqəmsal mühitin genişlənməsi iqtisadiyyatın və cəmiyyətin inkişafına əhəmiyyətli təsir göstərir". Bunu BİG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliye

10.07.2026 189
.

Sabah 38 dərəcə isti olacaq

Azərbaycanda iylunun 11-də 38 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24 isti, gündüz 31-3

10.07.2026 219
.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.43% azalaraq 4.123 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.14% ucuzlaşaraq 60.66 ABŞ dolları təşkil edib

10.07.2026 137
.

Ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən yaxşı şəhəri seçildi (SİYAHI)

Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci il dünyanın yaşamaq üçün ən əlverişli şəhəri seçilib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu nəticə "Economist Intelligence Unit" ("EIU") analitik mərkəzinin 2026-cı il üzrə Qlobal Yaşayış Keyfiyyəti İndeksində əks olunub. Hə

10.07.2026 162
.

Yüksək intellektə malik insanlarda bu iki xüsusiyyətə tez-tez rast gəlinir

Bir çox insan ağıllı şəxsi sakit, özünəinamlı və hər zaman düzgün qərarlar qəbul edən biri kimi təsəvvür edir. Lakin müasir araşdırmalar göstərir ki, yüksək intellekt bəzən ətrafdakılar tərəfindən səhvən çatışmazlıq kimi qiymətləndirilə bilən daha az nəzərə çarpan xüsusiyyətlərlə də müşayiət olunur

10.07.2026 152
.

Alimlər ilk dəfə Yer qabığının yeni hissəsinin formalaşmasını müşahidə etdi

Alimlər ilk dəfə Yerin yeni okean qabığının formalaşması prosesini birbaşa müşahidə edərək sənədləşdiriblər. İndiyədək belə bir hadisənin real vaxt rejimində qeydə alınmasının mümkün olmadığı hesab edilirdi. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub. Kəş

10.07.2026 135
.

Tələbə vəfat etdi

Lənkəran Dövlət Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 1-ci kursu bitirən Mirəkbər Muxtarov dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

10.07.2026 261
.

Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib

Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə rəsmi görüş keçirilib. Tədbirin əsas məqsədi proqramın qaliblərini bir araya gətirərək onları təşəbbüsün növbəti mərhələs

10.07.2026 205
.

İlham Əliyev Gürcüstanla sazişi TƏSDİQLƏDİ

Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş təsdiq edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, sənəd 2026-cı il mayın 18-də Bakı şəhərində imzalanıb

10.07.2026 201
.

TOP MP3