Bu gündən avtobuslarda onları görəcəyik - Qadın sürücülər işə başlayır - Fotolar
İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni təlim proqramı həyata keçirilib.
"Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində xanım namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçiblər.
Təlimlər sürücülük bacarıqları ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə edib. Təlim müddətində iştirakçılar baxış texnikası, manevretmə, dayanma və durma qaydaları üzrə praktiki məşğələlərə cəlb olunublar. Təlimlərin əsas hissəsini mürəkkəb yol şəraitində idarəetmə, arxa və ön parketmə, slalom hərəkətləri, dönmə trayektoriyalarının düzgün seçilməsi və təhlükəsiz ara məsafəsinin qorunması təşkil edib.
İştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından da keçiblər.
Xanım namizədlər "BakuBus" MMC-də sürücü kimi fəaliyyətə başlamaq üçün müraciət ediblər. Müraciətlər daxil olduqdan sonra namizədlər işə qəbul prosesi çərçivəsində tibbi müayinə, psixoloji qiymətləndirmə və təhlükəsizlik üzrə uyğunluq yoxlamasından keçiblər. Bütün mərhələləri uğurla tamamladıqdan sonra onlar "BakuBus" MMC-də sürücü kimi rəsmi şəkildə işə qəbul olunublar.
İşə qəbul mərhələsində xanımlar üçün "Ehtiyatlı idarəetmə və təhlükəsiz sürücülük" təlimi də təşkil edilib. Təlim zamanı sürücülərə sükan arxasında yarana biləcək faktiki və potensial təhlükə situasiyalarına düzgün reaksiya, fövqəladə manevr bacarıqları və təhlükəsiz hərəkət prinsipləri öyrədilib.
Noyabrın 24-dən isə xanım sürücülər rəsmi şəkildə fəaliyyətə başlayırlar. İlk müddətdə onların fəaliyyətinə təcrübəli mentor-sürücülər tərəfindən dəstək göstərilir.
Qadın sürücülərdən biri Xalidə Səmədova bu sənətə uşaqlıqdan marağı olduğunu deyib: "Avtobus sürücüsü olmaq uşaqlıq arzum idi. Ailəm də buna dəstək oldu. Bundan əvvəl ailə sürücüsü olaraq çalışmışam. Avtomobil sürmüşəm, avtobus sürəcəyəm, hətta "KamAz" belə olsa, sürərəm".
Onun sözlərinə görə, AYNA tərəfindən keçirilən təlimlər onları həm nəzəri, həm də praktiki baxımdan hazırlayıb: "BakuBus"da işə qəbul proseslərində hər bir addımda peşəkar dəstək nümayiş olundu. Artıq fəaliyyətə başlayırıq. Sərnişinlərə təhlükəsiz, diqqətli və mədəni xidmət göstərməyə hazırıq".
"BakuBus"ın digər qadın sürücüsü Rəna Cəfərova isə ixtisasının informatika müəllimliyi olduğunu, lakin sürücülüyə sevgisinin onu bu peşəyə gətirdiyini söyləyib: "Sürücü kimi işləmək uşaqlıq arzum olub. 20 ildən çoxdur ki, avtomobil idarə edirəm. Avtobus idarə etmək çətindir, amma bir o qədər də maraqlıdır. Bu işə başlamaq istəyən qadınlara tövsiyəm odur ki, gəlsinlər, bacarsınlar, bizim kimi fəaliyyət göstərsinlər, şəhərimiz gözəlləşsin".
Qeyd edək ki, qadın sürücülər ilkin mərhələdə 140 və 121E ekspres marşrut xətləri üzrə fəaliyyət göstərəcəklər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1545 Tarix: 24 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
06.10.2026 302 Özəl klinikada "analiz biznesi": Xəstə müalicə olunur, yoxsa kassaya çevrilir?
Özəl klinikaya sadə bir şikayətlə daxil olub, əlində uzun analiz siyahısı ilə çıxan xəstələr az deyil. Baş ağrısı ilə gedir, vitamin paneli yazılır. Yorğunluqdan şikayət edir, hormonlardan tutmuş qaraciyər göstəricilərinə qədər onlarla test istənilir. Sonra USM, rentgen, MRT, təkrar konsultasiya. Xəstəni
06.10.2026 297 Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə
Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə. Əliyevin "heç kimin himayəsinə ehtiyacımız yoxdur" sözləri Ankarada müzakirə edilərkən, Türkiyə-Azərbaycan xəttində əsas sınağın harada yaşanacağı sualı böyüyür. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə siyas
06.10.2026 357 Yüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
06.10.2026 393 Keçmiş xanımı Tatlısəsin son durumunu açıqladı
Türkiyəli müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız sənətçinin səhhətindən danışıb. Axşam.az xəbər verir ki, tədbirlərdən birinə qatılan Yıldız jurnalistlərin Tatlısesin son vəziyyəti ilə bağlı suallarını cavablandırıb. O, müğənninin müalicəsinin davam etdiyini bildirib. "Fikrimcə
06.10.2026 408 "Bizdən sonra aktyor görmürəm"
Aktyor Nicat Rəhimov son illərdə aktyor nəslinin yetişmədiyini bildirib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" proqramında danışıb. O, özündən yaşca böyük və ya həmyaşıdları arasında istedadlı aktyorların olduğunu, lakin onlardan sonra gələn nəsildə bunu görmədiyini deyib:
06.10.2026 293 Husilər hava limanına hücum etdiklərini açıqladı
Yəməndəki Husi Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıb. xəbər verir ki, bu barədə Husi Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səria özünün "Telegram" kanalında məlumat verib
11:04 117 Yəməndəki uşaqlar məktəbə qayıtmaq arzusundadır
Yəmənin Taiz vilayətinin Cəbəl Həbəşi rayonunda, Vadi Bəni Xəvlan ərazisindəki didərgin düşərgəsində yaşayan 12 yaşlı Əhməd səhərlər çadırda oyanır. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Əhməd "Al Jazeera"ya deyib ki, toqquşmalardan qaçarkən məktəb çantasını evdə qoyub: "Bilmirəm
11:09 101 Mühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA
Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna
06.10.2026 331