"Sildim, deməli, yox oldu": İnternetdəki ən böyük yanlış təsəvvür
"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri "delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində isə internet belə işləmir".
Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib.
O, qeyd edib ki, məlumat internetə düşdükdən sonra yalnız istifadəçinin profilində deyil, müxtəlif serverlərdə, ehtiyat nüsxələrdə, axtarış sistemlərində və bəzən digər istifadəçilərin cihazlarında da qala bilər:
"Bu gün insanların çoxu sosial şəbəkədə paylaşdığı şəkli və ya yazını sildikdə məsələnin bitdiyini düşünür. Halbuki həmin məlumat artıq başqa şəxslər tərəfindən paylaşılmış, kopyalanmış və ya arxivləşdirilmiş ola bilər. Bəzi hallarda məlumatın özü silinsə də, onunla bağlı müəyyən texniki qeydlər və metadata sistemlərdə qalmağa davam edə bilər.
İnsanlar internetdə iz buraxdıqlarını çox vaxt hiss etmirlər. Hər dəfə tətbiqə daxil olmaq, hansısa saytı ziyarət etmək, qeydiyyatdan keçmək, şəkil paylaşmaq və ya hətta bir məhsula baxmaq müəyyən rəqəmsal iz yarada bilər. Bu məlumatların bir hissəsi istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədilə toplansa da, zamanla böyük məlumat bazalarına çevrilə bilər.
Sadə dillə desək, bunu belə təsəvvür etmək olar: otaqda bir söz deyirik və sonra həmin sözü geri götürmək istəyirik. Əgər bunu bir-iki nəfərin yanında demişiksə, həmin məlumatın yayılmasını müəyyən qədər məhdudlaşdırmaq mümkündür. Amma minlərlə insanın eşitdiyi bir sözü sonradan hər kəsin yaddaşından silmək mümkün deyil.
İnternetdəki məlumatlar da buna bənzəyir. Bir məlumat nə qədər çox paylaşılır, kopyalanır və müxtəlif platformalarda yayılırsa, onun tamamilə silinməsi bir o qədər çətinləşir.
Bu səbəbdən məlumat paylaşmazdan əvvəl onun sonradan silinməsinin nə qədər çətin ola biləcəyini nəzərə almaq vacibdir. Xüsusilə şəxsiyyət vəsiqəsi məlumatları, biometrik məlumatlar, şəxsi sənədlər, ailə şəkilləri və maliyyə məlumatları internetdə paylaşılarkən daha diqqətli olmaq lazımdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 127 Tarix: 06 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSahibkarlara yeni güzəşt: 2 min manat geri qaytarılacaq
Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında"
11:36 167 42 kilometrlik marafonu robot it tamamladı
Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun
14:28 86 Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı
"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs
14:42 58 Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?
Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən
05.10.2026 295 Bakıda torpaq sahələri BAHALAŞDI
Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. "Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artım
05.10.2026 258 "Altın Çocuk" vəfat etdi
Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse
05.10.2026 309 Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə
Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq
05.10.2026 364 Mühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA
Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna
13:39 132 Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır
Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə
10:42 146