Sahibkarlara yeni güzəşt: 2 min manat geri qaytarılacaq

Sahibkarlara yeni güzəşt: 2 min manat geri qaytarılacaqNazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-cü il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi maliyyə yardımının ödənilməsi ilə əlaqədar növbəti il üzrə tələb olunan vəsaitlə bağlı büdcə layihəsini "Büdcə sistemi haqqında" qanunun 11.8-ci maddəsinə uyğun olaraq iyulun 1-nə qədər Maliyyə Nazirliyinə təqdim edəcək.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında Milli Məclisin üzvü Vüqar Bayramov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə istehsalatla məşğul olan sahibkarlarımız üçün kifayət qədər büyük miqyasda güzəştlər tətbiq olunur:

Sahibkarlara yeni güzəşt: 2 min manat geri qaytarılacaq"Bu güzəştlərdən biri də məhz istifadə olunan kommunal xidmətlərin 20%-nin dövlət tərəfindən geri qaytarılmasıdır. 
Yəni bu o anlama gəlir ki, işğaldan azad olunmuş ərazilərimizdə - Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən sahibkarlarımız kommunal xidmətlərdən istifadə edən zaman ödənişi tam həyata keçirirlər. Lakin ödənilmiş məbləğin 20%-i dövlət tərəfindən həmin sahibkarlara kompensasiya olunur. Məsələn, əgər sahibkar ay ərzində bütövlükdə kommunal xidmətlərə 10 000 manat ödəyibsə, həmin məbləğin 2 000 manatı dövlət tərəfindən sahibkarın hesabına geri qaytarılır".

Deputat qeyd edib ki, 10 000 manatlıq kommunal xidmət istifadəsinə görə sahibkarın xərci 8 000 manat təşkil edir:

"Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar məhz bu kompensasiyanın ödənilməsi məqsədini daşıyır. Güzəştlərlə bağlı qaydalar, eləcə də həmin güzəştlərin icra mexanizmi Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilib. Bu qaydaların təsdiqi onu göstərir ki, işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlarımız ödədikləri kommunal xidmətlərin 20%-ni əvəzsiz olaraq dövlətdən geri almaq imkanına malik olacaqlar".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 129   Tarix: 06 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Trampdan İranla bağlı sərt açıqlama: "Böyük qələbə" gözləyirəm

ABŞ prezidenti Donald Tramp Nebraskada tərəfdarları qarşısında çıxışı zamanı İranla münaqişənin iki Amerika şəhərinin - Los-Anceles və San-Dieqonun - məhvinə səbəb ola biləcəyini bildirib. " xəbər verir ki, Tramp İslam Respublikası üzərində "böyük qələbə" gözlədiyini deyib. O, bu nətic

10:21 126
.

Sahibkarlara yeni güzəşt: 2 min manat geri qaytarılacaq

Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında"

11:36 123
.

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi

Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfində

10:25 207
.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

05.10.2026 283
.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

05.10.2026 355
.

Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə

Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq

05.10.2026 340
.

Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd edilib ki, 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətl

05.10.2026 351
.

Bütün otaqları qızdırmırlar: Yaponların qışda isinmək üsulları

Qışda evin o qədər soyuq olduğunu təsəvvür edin ki, hətta hamama və ya tualetə getmək belə çətinliyə çevrilir. Yaponiyanın köhnə və istilik izolyasiyası zəif olan evlərində yaşayanlar üçün bu, tanış vəziyyətdir. Onlar soyuqla mübarizə aparmaq üçün bütün evi qızdırmaq əvəzinə, olduqları məkanı və bədənlərini

05.10.2026 282
.

Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan

Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd

05.10.2026 232
.