"İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis hiss ediblər.
Hadisə ilə bağlı aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, dönər mövzusu hazırda elə bir həddə çatıb ki, sanki bir trendə çevrilib:
"Bu işdən anlayışı olan da, olmayan da, işsiz qalan hər kəs gedib bir dönərxana açır. Lakin unutmaq olmaz ki, dönər bir qidadır və insanlara təqdim olunur. Cəmiyyətdə risk qrupuna daxil olan xüsusi kateqoriyalar var: uşaqlar, yaşlılar, hamilə qadınlar, immuniteti zəif olanlar, kimyaterapiya alanlar, mədəsi həssas olanlar və qıda dözümsüzlüyü (intoleransı) yaşayan insanlar. Sahibkarlar bu insanlara bilmədən zəhər yedirdə bilməzlər, bu yolverilməzdir. Əgər bir şəxsin dönər hazırlamaqdan anlayışı yoxdursa, soyuq və isti zəncir qaydalarını bilmirsə, qida təhlükəsizliyi haqqında maariflənməyibsə, dönərxana açmamalıdır. Hər yoldan keçənin dönərxana açması nəticədə kütləvi zəhərlənmələrə gətirib çıxarır".
Müsahibimiz əlavə edib ki, regionlarda və şəhərdə en ucuz ət toyuq əti olduğu üçün daha çox toyuq dönəri satılır:
"Toyuq və ümumiyyətlə qanadlı heyvan əti, yumurta və s. patogen bakteriya daşıyıcısıdır; onların tərkibində Salmonella bakteriyası olur. Bəziləri düşünə bilər ki, "əgər bu bakteriya varsa, biz niyə hər dəfə zəhərlənmirik?" Burada əsas məsələ bakteriya yükünün miqdarıdır. Bakteriya yükü çoxaldıqda zəhərlənmə baş verir. Bu da düzgün daşınma olmadıqda, yəni ət soyuduculu xüsusi maşınlarda (soyuq zəncir qaydalarına uyğun) daşınmadıqda, emal prosesi düzgün getmədikdə, mühit temperaturu nəzərə alınmadıqda və ya mayonez otaq temperaturunda saatlarla saxlanılıb istifadə edildikdə baş verir".
Ağa Salamov əlavə edib ki, bu işi yalnız lazımi biliklərə sahib olan insanlar görməlidir:
"Bəzən işə götürülən dönərçilər şəxsi gigiyenaya heç bir fikir vermirlər. İnsan dərisində yaşayan Staphylococcus bakteriyası var. Aşpaz əlini üzünə, ağzına vurub sonra çörəyə və ya qidaya toxunduqda birbaşa qıda zəhərlənməsinə səbəb olur. İşçilərin vaxtlı-vaxtında tibbi müayinədən keçməsi, ümumi gigiyena və qıda təhlükəsizliyi qaydalarını bilməsi vacibdir. Sahibkar bu incəlikləri bilməsə belə, orada çalışan dönərçi mütləq bilməlidir. Əks halda qida zəhərlənmələrinin qarşısını almaq mümkün olmayacaq. Bundan əlavə, dönər üçün alınan ətin mənşəyi də bəlli olmalı və haradan alındığı dəqiq bilinməlidir".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 129 Tarix: 05 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPezeşkian: İran yeni iqtisadi plan hazırlayıb
İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil
04.10.2026 246 Makronun siyasəti Fransanı hara apardı? - ŞƏRH
Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib. Bu barədə "Bloomberg" agentliyi yazıb. Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyind
11:24 139 B-1 bombardmançıları Fairford bazasından geri çağırıldı
ABŞ bütün B-1 strateji bombardmançı təyyarələrini Böyük Britaniyada yerləşən Fairford Hava Bazasından geri çəkib. xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb. Qəzetin məlumatına görə, qərar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda qəbul edilib. Hazırda bütün bombardmanç
10:35 143 Alman siyasətçidən Merzə sərt reaksiya: "Vergi ödəyicilərinin pullarını paylayır"
Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel Almaniya kansleri Fridrix Merzin Ukraynaya səfərini və yeni yardım paketi vəd etməsini tənqid edib. xəbər verir ki, Vaydel bu barədə X sosial media platformasında paylaşım edib. "Ukraynaya milyardlarla avro həcmində yardım paketin
11:04 139 Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
04.10.2026 247 Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib
Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"
04.10.2026 226 Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım
Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd
04.10.2026 250 Bu məktəblərdə distant təhsilə keçilir - AÇIQLANDI
Cari ilin sonunadək seçilmiş 100 ümumi təhsil müəssisəsində adambaşı maliyyələşmə mexanizminin tətbiq edilməsi üçün müvafiq prosedurlara başlanılıb. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişa
12:00 208 "İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?
Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his
13:46 64